Doğum gününüz mübarək, hörmətli Həsən müəllim!.. AzTU, Təbriklər 7 сентября 2023 1091 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu gün Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının məsləhətçi-professoru, tanınmış alim, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, çox hörmətli Həsən Əhməd oğlu Hüseynovun doğum günüdür. Həsən Əhməd oğlu Hüseynov - 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır. Professor H.Ə.Hüseynov 150-dən artıq çap olunmuş elmi-metodiki materialların, 4 ixtiranın, 3 monoqrafiyanın, onlarla dərslik və dərs vəsaitinin müəllifidir. Madaqaskar Demokratik Respublikasında onun fransız dilində 4 dərsliyi çap edilmişdir. Professor H.Ə.Hüseynov 6 nəfər texnika elmləri namizədi hazırlamışdır. 2005-ci ildə prof. H.Hüseynovun təşəbbüsü və yaxından iştirakı ilə AzTU-nun 55 illiyinə həsr edilmiş “Maşınqayırma və Cihazqayırmanın müasir problemləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilmişdir. Prof H.Ə.Hüseynov dövlət orqanları olan “Respublika” və “Azərbaycan” qəzetlərində ölkənin ali təhsil sistemi üçün prioritet əhəmiyyət kəsb edən Boloniya konvensiyasının baza prinsiplərinin tətbiqinə, maşınqayırma kompleksinin mövcud problemlərinin həllinə,Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiq müxanizmlərinə, Difernsial əmək haqqı sisteminin tətbiqi imkanlarına və digər aktual məsələlərə həsr olunmuş iri həcmli məqalələrlə çıxış etmişdir. H.Ə.Hüseynovun rəhbərliyi ilə iki elmi istiqamət üzrə yerinə yetirilmiş dövlət büdcəli elmi-tədqiqat işlərinin mühüm nəticələri dövlət qeydiyyatından keçmiş və Respublika sənayesinin müxtəlif sahələrində tətbiq olunmaq üçün nəzərdə tutulmuşdur.Professor Həsən Hüseynovun beynəlxalq əlaqələrinin coğrafiyası genişdir. O, dəfələrlə DAAD xəttilə, TEMPUS proqramı çərçivəsində Avropanın bir çox aparıcı unuiversitetlərində uzun müddətli elmi ezamiyyətlərdə olmuşdur. Professor H.Ə.Hüseynovun Almaniyanın: “Frayberq Dag Akademiyası”Texniki Universiteti”, DerezdenTexniki Universiteti,Nyürenberq- Erlangen Texniki Universiteti, Essen Duysburq Universiteti, Braunsveyq Texniki Universiteti, Hemnеts Texniki Universiteti; Fransanın: Оrlеan Texnoloji Universitei və Qrеnоbl Akadеmiyası, Italiyanın Telematika Univеrsitеti,Portuqaliyaın Espinyo Universiteti, İspaniyanın Jiron Universiteti,Rumıniyanın İoan Aleksandru Cuza Universiteti, Bolqarıstanın Aqrobiznes Universiteti, eləcə də, Rusiya Federasiyasının «Moskva Dövlət Texnologiya Universiteti-CTAНКИН», İ.E.Bauman adına ”Moskva Dövlət Texniki Universiteti”, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyası, Gürcustan Texniki Universitei, Moldova Dövlət Universiteti və s., ilə sıx elmi-pedaqoji əməkdaşlıq əlaqələri mövcuddur. Hal-hazırda isə onun koordinatorluğu ilə regional Tempus və Erazmus+ layihələri fəaliyyət göstərir. Onun yetirmələri Almaniyanın müxtəlif universitetlərində müəllim vəzifəsində çalışırlar. Professor H.Ə.Hüseynov “Texnoloji maşınlar” fakultəsinin, Universitetin Elmi Şurasının, Elmi-metodiki şuranın, Dissertasiya Şurasının üzvü və Dissertasiya şurası nəzdində fəaliyyət göstərən Elmi seminarın sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli sərəncamı ilə professor Həsən Hüseynov Azərbaycanda mühəndis kadrların hazırlanması və texniki elmlərin inkişafındakı xidmətlərinə görə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür.Onu da qeyd edək ki, Həsən müəllim həm də poeziya vurğunudur. Arada özü də şeirlər yazır.Biz də əziz və dəyərli ziyalımız, yurdsevər, vətənpərvər və xeyirxah insan, Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının məsləhətçi-professoru, tanınmış alim, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, çox hörmətli Həsən Əhməd oğlu Hüseynovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir şeirini dəyərli oxucularımıza təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzZƏFƏR GÜNÜZəfər günü,zəfər anı,Sevincimin hüdudu yox.Tariximin şərəf-şanı,Düşmənlərin gözündə ox.Zəfər niyə şirindir,Zəfər bir nida,bir səs.Zəfər sözü dərindir,Zəfər sözü müqəddəs.Zəfər bir ərmağandır,Acılardan qüdrətli.Ucalardan ucadır,Şöhrətlərdən şöhrətli.Ataların gözündə,hüzür-qürrur rəmzidir.Anaların gözündə, Oğulsuzluq şöhrəti.Oğulların gözündə,şəhidlik zirvəsidir.Övladların gözündə,atasızlıq möhnəti.Çox çalışdım başa düşəm,Yaşadığım bu hissləri.İtirdiyim əzizləri,Keçirdiyim stressləri,İtirdiyim Məhəmmədi,İtirdiyim Xudayarı,Nakam getmiş cavanları,Açıq qalmış kitabları.Zəfər bala əvəzi,Zəfər ərdir, ərəndir.Zəfər ata əvəzi,Zəfər qürur verəndir.Bacılara qardaşdır,Qardaşların abisi,Vətən üçün dayaqdır,Hikmət,qüdrət hamisi.Qürur verən acıdır,Zəfər hər vətandaşa.Gənc ömürün tacıdır,Qurbanla gəlmiş başa.Oğul aparmış zəfər,Ata aparmış zəfər,Qardaş aparmış zəfər,Torpaq qaytarmış zəfər.Zəfər ata tək şirin,Zəfər bala tək dadlı.Zəfər qürur mənbəi,Zəfər şadlıqdan şadlı.Əcdadların önündə,Qürur yaşatmış zəfər.Müstəqillik yönündə,Şərəf qaytarmış zəfər.Zəfərə qiymət vermək,Yaşadığın acıya,Şəhid olmuş ataya,Qiymət vermək deməkdir.Zəfəri dərk eyləmək,Şəhid olmuş oğulun,Nakam məhəbbətini,Dərk eyləmək deməkdir.Zəfərə qiymət vermək,Protez əl-ayaqlara,Qazilik həyatına,Qiymət vermək deməkdir.Zəfərə qiymət vermək,Ana kimi sevdiyin,Doğma vətən torpağın, Azad görmək deməkdir.Zəfərə qiymət vermək,Əcdadların önündə,Alnı açıq,üzü ağ,Hesab vermək deməkdir.Həsən HÜSEYNOV,AzTU-nun məsləhətçi-professoru,Əməkdar Elm XadimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.