SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!.. Samirә İsmailova 1990­-cı ildә qədim Borçalı mahalının Bolnisi rayonundakı ağır ellərdən olan Darvaz kәndindә anadan olub.
Orta tәhsilini Rustavi şәhәrindә alıb.
Gürcüstan Texniki Universitetinin İnformatika vә idarәetmә sistemi fakultәsini bitirib.
Daha sonra Macarıstanda bir illik siyasi mәktәb, İngiltәrәdә ingilis dili vә politologiya ixtisası üzrә tәhsil alıb.
Gürcü, rus, ingilis vә türk dillәrindә sәlis danışır.

Onun iş tәcrübәsi 2008-ci ildәn başlayır.
Dövlәt, qeyri­hökümәt tәşkilatlarında vә şәxsi müәssәsәlәrdә çalışmışdır.
İndiyә qәdәr “Gürcüstan Azәrbaycanlı Tәlәbәlәr Assosasiyası”nın sәdridir.
Gürcüstan parlamentinә dәvәt olunmuş mütәxәssisdir.
“CIDF” fondunun “ yeniyetmә gәnclәrin aktivlәşdirilmә” lahiyәsinin direktoru olub, bununla yanaşı ABŞ-­ın kiçik qrantlar proqramı lahiyәsi üzrә tәhsil resurs mәrkәzinin direktoru, “GUAM”­ın gәnclәr forumunun iştirakçısı, “Beynәlxalq patriot düşәrgәsi”nin lideri, uşaq vә gәnclәrin inkişaf fondu lahiyәsi üzrә “Qardabani Gәnclәr Mәrkәzi” nin rәhbәri olaraq çalışıb.
Gürcüstan Tәhsil vә Elm nazirinin mәslәhәtçisi vә Gürcüstan prezidentinin milli azlıqlar üzrә müşavir - mәslәhәtçisi olub.
Gürcüstan parlamentinin insan haqqlarının qorunma vә vәtәndaş inteqrasiya komitәsi tәrәfindәn vәtәndaş inteqrasiya sahәsindә göstәrdiyi xidmәtlәrә görә sertifikatla mükafatlandırılıb.
Ölkәnin inkişafında göstәrdiyi xidmәtlәrә görә Gürcüstan prezidenti Mixeil Saakaşvili tәrәfindәn “Şәrәf” ordeni ilә tәltif olunmuşdur.
Ailәlidir, bir övladi var.

Biz də SAMİRƏ İSMAYILOVA-ya UĞURLAR ARZULAYIRIQ!..

ZiM.Az

С А М И Р А
/Молодому политику
Самире Исмайловой/


Ты спослание Самира
В этот трудный, важный час.
Иль гонцом, как голубь мира
Прилетела в нужный час.

Озари путь ярким светом,
Засияй лучом во мгле.
Ты свети зимой и летом,
И зажги свет в темном дне.

В высоте лети пархая
Над вершиной стройных гор.
В жизнь всели надежду рая,
Стань примером с юных пор.

Азиз Даливалов.



REDAKSİYAMIZIN ARXİVİNDƏN:

21 YAŞLI NAMİZƏD


Gürcüstanda parlament seçkilərində namizəd kimi 21 yaşlı azərbaycanlı qız da iştirak edir. Samirə İsmayılovanın adı hətta hakim Milli Hərəkat Partiyasının seçki siyahısında 27-cidir. Bu gənc azərbaycanlı qız Gürcüstan təhsil və elm nazirinin müşaviri vəzifəsində çalışıb. Deputatlığa kifayət qədər iddialı olan S.İsmayılova görmək istədiyi işlər barədə “New Baku Post”a danışıb:
- Siyasətə marağınız haradandır, deyilənə görə, sizin dayınız siyasətçidir, bu, belədir?
- Xeyr. Daha dəqiq desək, marağım siyasətdən çox, ictimai fəaliyyətədir. 16 yaşımda milli azlıqların hüquqları və onların cəmiyyətə inteqrasiyası məsələləri ilə məşğul olmağa başlamışam. Mən Bolnisi rayonundanam və Gürcüstandakı azərbaycanlı gənclərin problemlərini yaxşı bilirəm. Amalım bizim gənclərin Gürcüstanın ictimai-siyası və iqtisadi həyatına aktiv qoşulmasına yardım etməkdir.
Siyasətçi qohumlarım yoxdur. Ailəmin bir tərəfi həkimlər, digəri isə təəssüf ki, təhsil almayanlardır. Analiz etdim özümdə ki, nə yaxşıdır? Təhsil alaraq perspektivə doğru getmək, yoxsa savadsız vəziyyətdə seçimsiz həyat sürmək? Beləliklə, gənclərin təcrid vəziyyətdən çıxmasına yardım etməyi düşündüm.
- Siz çox gözəl gürcü dilində danışırsız, buna necə nail olmusuz? İndiki parlamentdə azərbaycanlı deputatlar gürcü dilini yaxşı bilmədiyinə görəmi fəal deyillər?
- Gürcü dilini həyətdə gürcü uşaqlarla oynaya-oynaya öyrənmişəm. Orta məktəbdə təhsil alarkən, hətta gürcü ədəbiyyatı və dili üzrə olimpiadada qalib gəlmişəm. O ki qaldı deputatlarımıza, onlardan biri tamamilə dili bilmir. Digər ikisi isə müəyyən dərəcədə yiyələniblər.
- Sizcə, bu gün Gürcüstandakı soydaşlarımızın əsas problemləri nədir?
- Savadsızlıq və məlumatsızlıqdır. Söhbət təkcə gənclərdən getmir, yaşlı nəsil onlar üçün yaradılmış imkanlardan yararlana bilmir.
- Niyə məhz M.Saakaşvilinin milli hərəkatını seçdiniz? Camaat arasında belə bir fikir var ki, azərbaycanlılar şəxsdən asılı olmayaraq hər zaman Gürcüstan hakimiyyətini dəstəkləyir?
- Keçmişə - 5, 10 il əvvələ nəzər salaq. Hər namizəd əvvəlcə çoxlu vədlər verir vəzifəyə gəldikdən sonra da camaatın problemi olduğu kimi qalır. Mən keçmişlə yaşamaq istəmirəm, gələcəyə doğru üz tuturam. Azərbaycan xalqının inkişaf etməsini istəyirəm. Bu ideyanı mən qoşulduğum Milli Hərəkatda görürəm. Konkret addımlar təklif olunur. Gürcüstan naminə hərəkatın əsas 3 prioriteti var: ilk növbədə işsizliyin aradan qaldırılmasıdır.
Bu gürcülərə olduğu kimi, azərbaycanlılara və burada yaşayan digər xalqlara da aiddir. 2-ci tibbi sığorta. Analarımız, nənələrimiz, uşaqlarımız saatlarca növbələrdə əziyyət çəkirdilər. 3-cü isə infrastrukturdur. Mənim uşaqlığım qaranlıq, işıqsız məhlədə keçib, mədəniyyət ocaqları yox dərəcəsində, məktəblər isə pis vəziyyətdə, hələ uzaq məsafəni demirəm.
- Sizin 21 yaşınız var və hərəkatın siyahısında 27-cisiz. Bu necə oldu, siz siyahını, yoxsa siyahı sizi tapdı?
- Siyahı məni tapıb. Mən Texniki Universitetdə oxuduğum 4 il ərzində Gürcüstandakı Azərbaycanlı Tələbələr Təşkilatının təsisçisi olmuşam, ictimai proqramlar təşkil etmişəm. İndiki hakimiyyətin də, bizim də bir məqsədimiz var, o da azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasıdır. Ali təhsil ocağını bitirdikdən sonra Gürcüstan təhsil və elm nazirinin müşaviri vəzifəsində eyni zamanda parlamentin İnsan Hüquqları Komitəsində çalışmışam. Gənclərlə bağlı məsələlərlə məşğul olmuşam. Səbəb budur.
- Sizdən əlavə Milli Hərəkatın siyahısında azərbaycanlılar var?
- Bəli. Daha 6 azərbaycanlı var. Biri mojaritar, digərləri isə proporsional qaydada namizədliklərini irəli sürüblər.
- Necə düşünürsünüz, Saakaşvili tərəfdarları parlamentdəki çoxluğu təşkil edəcəklər?
- Buna inanıram. Gürcü xalqı seçim etməzdən əvvəl yaxşı gələcəyi düşünməlidir. Əlbəttə, digər partiyalar da aktivlik nümayiş etdirirlər, bunu da etiraf etmək lazımdır.
- Qızılgül inqilabı dövründə gürcü gənclərinin M. Saakaşvilini dəstəklədiyini gördük, indi isə keçirilən mitinqlər göstərir ki, gənclər artıq Saakaşvilini dəstəkləmirlər? Siz necə düşünürsünüz?
- Mən bu fikirlə razı deyiləm. Bəzi siyasətçilər tələbələrdən öz məqsədləri üçün istifadə edirlər, vədlər verərək mitinqlərə cəlb edirlər.
- Birdən uduzdunuz, buna hazırsınızmı?
- Mən optimistəm və qələbəyə artıq köklənmişəm.
Kənan QuluzadƏ,
Gürcüstan, Tiflis.

“Bakupost” qəzeti, 29.09.2012.

"Şərqin səsi" qəzeti, N: 43 (273),
Oktyabr, 2012-ci il
.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: