Tanınmış jurnalistdən «Facebook» istifadəçilərinə xəbərdarlıq

Tanınmış jurnalistdən  «Facebook» istifadəçilərinə xəbərdarlıq Tanınmış jurnalistdən  «Facebook» istifadəçilərinə xəbərdarlıq
Təbriz Vəfalı: «Nasıl ve ne zaman öleceksin?» aldı proqram saxtadır və o, istifadəçilərlə məzələnmək üçün yaradılıb»

Bir müddət əvvəl «Facebook» sosial şəbəkəsində http://tr.viaquiz.com internet portalı üzrə yeni bir proqram təminatı istifadəyə verilib. Həmin proqram yalnız adıçəkilən sosial şəbəkənin üzvləri olan istifadəçilərin ölüm və onun səbəbi barədə məlumat verir.

Tanınmış tədqiqatçı jurnalist, «Həftə içi» qəzetinin redaktoru Təbriz Vəfalı «Zirvə» İnformasiya Mərkəzi açıqlamasında bildirir ki, sözügedən proqram sorğu xarakterlidir. «Nasıl ve ne zaman öleceksin?» adı ilə kodlaşdırılan proqramda istifadəçilərə «Nasıl ve ne zaman öleceğini öğrenmek istermisin?» sorğusu ünvanlanır. Onun dediyinə görə, bu sorğu «Facebook»dan istifadə edənlərin marağına səbəb olub:
«Hətta bəzi vətəndaşlar sorğunun cavabının doğru olmasına inanmağa başlayıblar. Əksər insanlar isə bu proqramdan istifadə etməyə can atırlar.


Ən dəhşətlisi budur ki, bu insanlar həm özlərinə, həm yeri, göyü bizə bəxş edən Uca Allaha, həm müqəddəs dinimiz İslam dininə, həm də müqəddəs dini kitabımız olan «Qurani-Kərim»ə inanclarını tamamilə itiriblər. Haqqında danışdığımız proqram da məhz «Facebook»dakılarla məzələnmək üçün hazırlanmış əyləncə proqramıdır. Çünki insanların nə vaxt öləcəyini Allahdan başqa kimsə bilmir. Ölümü və onun səbəbini kodlaşdırmaqla bunları öyrənməyin mümkünlüyünü iddia edənlər isə belə demək mümkünsə özlərini Allaha tay, bərabər tutmağa çalışanlardır. Bu proqramma inananların yanlış yolda olduğunu və özlərini sadəlövh yerinə qoyduqlarını sübut etmək üçün elementar bir faktı oxucularımızın, xüsusilə də «Facebook» istifadəçilərinin diqqətinə çatdırmaq istəyirəm. Səbəbini açıqlamaq istmədiyim bəzi məsələlərə görə «Facebook»dakı profilimdə təvəllüdümü 13 aprel 1914-cü il yazmışam. Təxminən 1 ay əvvəl iş yoldaşlarımın bu proqrama maraq göstərdiyini görəndə bunun yanlış yol olduğunu sübut etmək üçün həmin proqramdan istifadə etdim. Həmin vaxt ölüm ilimi 2026-cı il və ölüm səbəbi isə böyrək xəstəliyi göstərilmişdi. Bu sahədə apardığım araşdırmalara görə, hər gün 200-300 nəfər müsəlman olan «Facebook» istifadəçisi həmin proqramdan istifadə edir. Bu, dəhşətli məqamdır. Ancaq bəziləri bu proqramma etibar etmirlər və oradakı hesablamaların yanlış olduğuna inanırlar. Dünən apardığım növbəti araşdırma zamanı sözügedən proqramdan yenidən istifadə etdim. Bu dəfə ölüm ilimi 2084-cü il, xəstəliyim isə «ishal» olaraq göstərilmişdi. Əgər təvəllüdümü 1914-cü il götürəndə 2084-cü ildə 170 yaşında öləcəyim bildirilirdi. Bu ağ yalandır. Bəşəriyyətin yaranışından bu günədək 170 il yaşayan kimsə olubmu? Əgər «Facebook» istifadəçisi təvəllüdünü düzgün və səhv yazıb proqramdan istifadə etsə, ölüm tarixləri və ölüm səbəbləri arasında nə qədər böyük fərqin oldugunu görər. Bütün bunlara görə birmənalı şəkildə «Facebook» istifadəçilərinə xəbərdarlıq edirəm ki, «Nasıl ve ne zaman öleceksin?» aldı proqram saxtadır və o, istifadəçilərlə məzələnmək üçün yaradılıb. Ona görə də bu cür saxta proqramlara inananları qınayıram və onlara bildirmək istəyirəm ki, ölüm UCA ALLAHın əlindədir. Ölüm haqqdır, qaçmaq olmaz əmrdən. Şərəfli ömür sürün. Babək demişkən, 40 gün sürünə-sürünə yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır».
Təbriz Vəfalı «Qurani-Kərim»də və İslam dinində ölümlə bağlı bəzi məqamlara çox geniş yer ayrıldığını da diqqətimizə çatdırır. Tədqiqatçı jurnalist deyir ki, İslam dininə görə, ölüm mütləq yoxluq deyil, bir haldan bir başqa hala keçiş və bir evdən digər bir evə köçüşdür. Bu köçüşün başlanğıcı, dünyada bir-birinə ən möhkəm bağlarla bağlı olan, bədənlə ruhun bir-birindən ayrılmalarıdır. Müqəddəs kitabımız Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində hər kəsin təəccüblə qarşıladığı ani ölümlə bağlı belə buyurulur: «Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” - deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” - söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!». Ənkəbut surəsinin 57-ci ayəsində isə buyrulur: «Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!». Əgər kimlərsə yenə də tərəddüd içində qalaraq haqqında danışdığım proqramma etibar edirlərsə, belələri işıqlı dünyaya nə üçün gəldiklərini, niyə və nədər ötrü yaşadıqlarını, nəyə görə öləcəklərini bilməyən və bunu dərk etməyən zavalı insanlardır. Qoy Allah onları HAQQ YOLU-na qaytarsın».

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Borçalı'nın En Küçük Aşığı

Borçalı'nın En Küçük Aşığı

---
Borçalı'nın En Küçük Aşığı

Borçalı'nın En Küçük Aşığı

Tv, Rustavi, Turan
“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

Hüquq
AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU
İSLAM  VƏ  İSRAFÇILIQ

İSLAM VƏ İSRAFÇILIQ

Sosial
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!..

İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!..

Digər ali məktəblər, Məktəblər, Elanlar
İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Digər ali məktəblər, Məktəblər, Elanlar
Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separat ...

Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separat ...

Tv, Tiflis
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

Elm, Humanitar elmlər, "Zirvə"
QƏZƏNFƏR MƏMMƏDOV - Saqareco rayonundan majoritarlığına namizəd

QƏZƏNFƏR MƏMMƏDOV - Saqareco rayonundan majoritarlığına namizəd

Tv, Qaraçöp, Siyasət
Gənc xeyriyyəçi Məşədi Famik Aslan oğlu Xudayev

Gənc xeyriyyəçi Məşədi Famik Aslan oğlu Xudayev

Borçalı
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
“Gənc Heydərçilər  olaraq Sosial şəbəkələrdə ermənilərə layiqli cavab verir ...

“Gənc Heydərçilər olaraq Sosial şəbəkələrdə ermənilərə layiqli cavab verir ...

"Şərqin səsi"
Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Tiflis, Köşə yazılar
Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Mədəniyyət
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Rusiya, Diaspora

"Yarananı sevək, Yaradandan ötrü!.."

Köşə yazılar
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Rəy yazın: