İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov Başkeçid, İdman 28 октября 2819 100 1 2 3 4 5 Borçalı mahalı hərzaman istedadlı insanları ilə tanınmışdır.Yurdumuz idmanın bir çox növlərində bəşəriyyətə tanınmış simalar bəxş etmişdir.Bu simalardan biridə yunan-roma güləşi üzrə iki qat SSRI çempionu,iki qat Dünya çempionu,üç qat Avropa çempion,Dünya kuboknun sahibi,FILA qramprisinin qalibi,Olimpiya çempionu Kamandar Məcidovdur. Kamandar Bafalı oğlu Məcidov - 17 Oktyabr 1961-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Hamamlı kəndində anadan olmuşdur. 1973-cü ildən yunan-roma güləşi ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıda idman internatına qəbul olunmuşdur və güləş kariyerasını burada davam etdirmişdir.1982-ci ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən etibarən Belarusiyanın adından çıxış etməyə başlamışdır.1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalibi olmuş.1983-cü ildə gənclər arasında SSRİ çempionu olmuş.1983-cü ildə SSRİ çempionatında bürünc medal qazanmış.1983-cü ildə İvan Poddubnın xatirəsinə həsr olunmuş turnirin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.Kamandr Məcidov 1984-cü ildə SSRİ yığma komandasının tərkibində İsveçin Yençepinq şəhərində 62 kq çəkidə Avropa çempionu olub.1984 -cü ildə Dosdlug-84 turnirinin qalibi olmuş.1985-ci ildə Leypsiqdə ikinci dəfə həmin çəkidə Avropa çempionatında qızıl medal qazanib.Kamandar Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür.1985-ci ildə Dünya çempionatında səkkizinci olur.1986-cı ildə Budapeştdə 62 kq çəkidə Dünya çempionatının qızıl medalını qazanır.Kamandar Məcidov 1987-ci ildə Dünya çempionatının gümüş, FILA qranprinin bürünc medallarına sahib çıxır.1988-ci il FILA qranprinin qalibi olur.1988-ci il Seulda Yay Olimpiya oyunlarında SSRI yığmasının tərkibində Olimpiadanın qızıl medalını qazanır və planetin bu çəkidə ən güclüsü olur.Kamandar Məcidov 1989-cu ildə Martinidə Dünya çempionatının ikinci dəfə qalibi olaraq qızıl medala sahib olur.1990-cı ildə isə kariyerasında ilk dünya kubokunu qazanaraq çempionluq sevincini yaşayır.1991-ci ildə Aşaffenburqda üçüncü dəfə Avropa çempionu olur.1992-ci ildə sonuncu SSRİ çempionatının qızıl medalnı qazanır.1993-cü ildə ardıcıllıqla Avropa çempionatında bürünc, Dünya çempionatında isə gümüş medalları qazanır.1996-cı ildə Atlanta Olimpiya oyunlarında dördüncü, və Avropa çempionatında səkkizinci yerə çixir.Kamandar Məcidov idman kariyerasında çox böyük naliyətlər qazanmış bir güləşçi olmuşdur.İdman kariyerasından sonra məşqçilik fəaliyyətinə başlamışdır.1998-ci ildən Belarus güləş yığmasına rehbərlik etmişdir.1999-2000-ci illərdə Qazaxıstan yığmasında baş məşqçilik edib.2002-2003-cü illərdə yenidən Belarus güləş yığmasında baş məşqçilik edib.2004-cü ildə Yunanıstan, 2005-ci ildə isə Türkiyə millilərində məşqçilik edib.Kamandar Məcidov tanınmış bir idmançı olmaqla yanaşı, həmdə cox zəngin bir məşqçilik fəaliyyəti olmuşdur.Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir, Minsk şəhərində yaşayır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.