SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OLUNUB

SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OLUNUBTƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13.07.2023-cü il tarixli Sərəncamı ilə Aqil Səlim oğlu Qurbanov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.



Qurbanov Aqil Səlim oğlu - 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.
Əslən qədim Borçalı mahalından - indiki Gürcüstanın Bolnisi rayonundakı Zol-Güvəc kəndindəndir.
2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
09.12.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.
27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
13.07.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.
Ailəlidir. İki övladı var.

Dəyərli soydaşımız Aqil Qurbanovu yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: