TƏBRİK EDİRİK, Məhəmmədəli ARANLI!..

TƏBRİK EDİRİK, Məhəmmədəli ARANLI!..
TƏBRİK EDİRİK!...

ŞAİRİN YENİ KİTABI ÇIXIB


Məhəmmədəli Aranlı (Yadigarov Məhəmmədəli İxtiyar oğlu) - İmişli rayonunun Aranlı kəndində 2 avqust 1947-ci ildə anadan olub. 1966-cı ildə İmişli rayon 34 saylı orta məktəbi bitirib. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı şöbəsini bitirib. 1974-cü ildə hərbi xidmətdə olub. 1975-1976-cı illərdə 123 saylı texniki peşə məktəbində, direktor müavini və müəllim işləyib. 1976--1990-cı illərdə Azərbaycan melariasiya və su tikinti nazirliyinin 8-saylı avtomobil nəqliyyatı idarəsində, 1990-2002-ci illərdə isə Azərbaycan kənd təsərüfatı nazirliyinin avtomobil nəqliyyatı müəssisində rəhbər vəzifələrdə çalışıb.
Hal-hazırda təqaüdçüdür. Evlidir 2 qızı, bir oğlu var. Fiziki şəxs kimi özəl sektorda fəaliyyət göstərir.
O, həm də istedadlı şair kimi tanınır. “Ömür çiçəyim” “Ürəyimin səsi” kitablarının müəllifidir. "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilən və “Oğluma nəsihətim” adlanan bu kitab şairin oxucularla üçüncü görüşüdür.
Məhəmmədəli Aranlını ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.



SÖZ

Cahanda yaşayan iki qüvvə var,
İkisi bir məkanda tutmuşdur qərar.
Birisi bal kimi şirindir desək,
Digəri də zəhər dadar, istəsək.
Hər ikisi canımda tutmuşdur qərar,
Birisi dağ kimi məni ucaldar.
Digəri kül kimi məni alçaldar.
Hər ikisi sözdür ki, lətafəti var,
Sahibsiz olarsa qiymətdən qalar.


Dost seçərkən

O dosta yaxınlıq eyləmə heç vaxt,
Çalış ki, sən ondan olasan uzaq.
O, sənin səhvini demirsə əgər,
O, sənə dost olmaz, olacaq əngəl.
O, kəslə yoldaşlıq eylə ki, hər an,
O, səni heç zaman etməsin peşman.
Söyləsin üzünə hər nöqsanını,
Bəladan ayırsın, sənin canını.
Haqq danışmaq olsun onun adəti,
Belə yoldaşların olmaz qiyməti.
Çəkinmə, heç zaman, dost ol onunla,
Sən sevinəcəksən hər uğurunla.
Çəkin o kəsdən ki, eyləməyir ar,
Hər addım atarkən verməyir qərar,
Ondan kənar dolan, gəzmə heç zaman
Onunla dostluqdan olarsan peşman.
Mənim sözlərimi eşitsən əgər,
Hər vaxt çalacaqsan uğurla zəfər.

TƏBRİK EDİRİK, Məhəmmədəli ARANLI!..

















(Şairin ömür-gün yoldaşı İradə xanım nəvələri Məhəmməd və Əli ilə)

Şirin nemətdir nəvə

Dünyada bir şirin nemətdir nəvə,
Qəlbində canlanan şöhrətdir nəvə.
Qızıldır, dövlətdir, vardır, bilmirəm,
Onsuz danışmıram, onsuz gülmürəm.
Dəniz tək, dərya tək, cuşa gəlirlər,
Sənə sığınırlar, qəlbə girirlər.
Sevinclərin sənin ilə bölüşürlər,
Dalaşırlar, oynayırlar, gülürlər.
Dərdsiz, qəmsiz, danışırlar dinirlər,
Bu dünyada qayğı nədir anlamaz.
Hey sevinər, o, nahaqdan ağlamaz,
Dərdin-sərin nə olduğun anlamaz.
Ağ vərəqdir, yazilmamış kitabdır,
О qayğıdan, dərddən, sərdən uzaqdır.
Allahın verdiyi bir şirin paydır,
Çalış onun mənliyinə toxunma.
Bu nemətin əvəzi yox dünyada,
Allah onu bəxş etmişdir övlada
Arxanızdır, çagır gəlsin fəryada,
İşlət onu, qızıl kimi, zər kimi.
Gəzsin xan kimi, gəzsin ər kimi.
Bu aləmdə insan kimi tanınsın,
Qayğıya möhtaclar onu çağırsın .
Səndən sonra yaşasınlar adınla,
Ruhun şadlansın hər bir övladınla.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

AzTU, "Elm və Təhsil", Təbriklər
Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

Başkeçid
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
Əmrah Kərimov:

Əmrah Kərimov: "Ondan xəbər gətir şair..."

Poeziya, Müsabiqə
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Nazirlik, BDU, "Şərqin səsi", Darvaz, Təbriklər
ƏLÖVSƏT VİLƏŞ (1956)

ƏLÖVSƏT VİLƏŞ (1956)

Poeziya, Müsabiqə, Təbriklər
RAFİQ ZƏBANİ

RAFİQ ZƏBANİ

Poeziya, Müsabiqə
AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid
Mahirə NAĞIQIZI:

Mahirə NAĞIQIZI: "Sirri saxlayanın sırdaşı olmaz..."

Naxçıvan, ADPU, Poeziya, Müsabiqə
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Rəy yazın: