Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün iftar süfrəsi açılıb

Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün iftar süfrəsi açılıb Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün iftar süfrəsi açılıb Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün iftar süfrəsi açılıb Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşları üçün iftar süfrəsi açılıb.

Universitetin rektoru vəzifəsini icra edən dos. Yaşar Ömərov kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, dünyaya sülh və əmin-amanlıq arzulayıb.

Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov da çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətiriblər.

İftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.

ZİM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: