Liseydə mükafatlandırma mərasimi

Liseydə mükafatlandırma mərasimi Liseydə mükafatlandırma mərasimi Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə “Düşüncəyə Tamaşa” layihəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və DVC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Düşüncəyə Tamaşa” layihəsi gənclərin bədii qiraətə olan marağının artırılması, asudə vaxtlarının daha səmərəli keçirilməsi, özlərini daha dolğun ifadə etməsi və təhliletmə bacarığına yiyələnməsi məqsədlərinə xidmət edir.

“Düşüncəyə Tamaşa” layihəsi çərçivəsində gənclər onlara təqdim olunmuş əsəri komanda şəklində müzakirə edərək, müəllifin oxucuya çatdırmaq istədiyi ideyanı səssiz film şəklində hazırlanmış videoçarxlar vasitəsilə təqdim ediblər. Videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qalib gələn komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Tədbirdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əskərov, rejissor Əfqan Yusibov, DVC-nın proqram meneceri Canoğlan İlyasov, eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi fəaliyyətə başlayan DVC cəmiyyətin maarifləndirilməsi məqsədilə “Milli Debat”, “Youth İnc.” və “Yaşıl ofis” proqramları çərçivəsində fəaliyyət göstərir.
DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramı gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədlərinə xidmət edir. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik, eləcə də digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayon və iri şəhərlərini əhatə etməklə, 11 regional nümayəndəliyi özündə birləşdirir.

İndiyə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40 000-dən artıq gənc iştirak edib.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Digər ali məktəblər
“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

Nazirlik
“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

Regionlar, QHT
AzTU-da

AzTU-da "KinoMan" Layihəsi çərçivəsində tədbir keçirilib

AzTU, QHT, GVİİM
“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

Tv, Sosial, QHT
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

AzTU, QHT, GVİİM
REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

BMU
Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclik, QHT
ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

AzTU
“Ənənəvi Peşə Boxçası” layihəsi

“Ənənəvi Peşə Boxçası” layihəsi

AzTU, QHT, GVİİM
“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

QHT
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Marneulidə yeni layihənin təqdimatı keçirilib

Marneulidə yeni layihənin təqdimatı keçirilib

Borçalı
Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Biologiya və tibb elmləri, Digər bölmələr, Dünya, Avropa
AzTU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

AzTU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

AzTU, QHT
“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, Nazirlik, Məktəblər
AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU, QHT
Erasmus+ KA2 ECAR layihəsi üzrə növbəti görüş keçirilib

Erasmus+ KA2 ECAR layihəsi üzrə növbəti görüş keçirilib

AzTU
AzTU –da ”Nar” günü keçirilib

AzTU –da ”Nar” günü keçirilib

AzTU
Rəy yazın: