QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU

QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLU QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞLUAzərbaycanın dilbər guşələrindən birində Gədəbəy rayonunun Çalburun kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açdı Kənan Müzəffərli. O, ailənin ikinci övladı idi. Atası Azər bəy, anası Rəmziyyə xanımın ailəsinə öz gəlişi ilə dünya boyda sevinc,gözəllik gətirdi. Bütün kənd uşaqları kimi böyüdü: dəcəl,şıltaq bəzən də üzüyola. Anasının sirdaşı, atasının dostu oldu hər zaman. Ürəyində çox böyük Vətən sevgisi, torpaq həsrəti  daşıyırdı Kənan. O, hər yerdə, hər addımında nümunəvi olmağa çalışırdı. Onun üçün dostluq da,yoldaşlıq da ,səmimiyyət də çox önəmli idi. Məhz buna görədir ki, o, uşaqlıq illərindən  dostluq etdiyi Elvin Mustafayevlə şəhadətə də birlikdə getdi.

  Kənan 1995-ci ildə dünyaya göz açmışdı. Və 25 il yaşadı. Amma bir millətin qəhrəmanlıq salnaməsini əbədi yaşadanlardan oldu. O, bir ananın bətnindən dünyaya göz açdı, amma bütün Şəhidlər kimi milyonlarla anaların övladına çevrildi.
Kənan 2002-2013-cü illərdə  öz doğma kəndində orta təhsil almış və orta məktəbi bitirdiyi il də Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdu. Ali təhsilini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə çağırılmış və 2017-2018-ci illərdə Naxçıvan Xüsusi Təyinatlı Qoşunlarında  xidmət etmişdi. Orda göstərdiyi nümunəvi xidmət və Cünnüt kəndinin azad olunması uğrunda göstərdiyi şücaətə görə xatirə hədiyyəsi və fəxri fərmanla mükafatlandırılmışdı.
Ruhunda vətənpərvərlik hissi daşıyan,damarında vətən sevgisi axan bu gənc müəllim 2019-cu ilin sentyabr ayında pedaqoji fəaliyyətə başlamış və bir il müddətində məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. Kənan hər yerdə nümunəvi olmağa çalışırdı. Məktəbdə şagirdlərinin sevimli müəllimi,evdə valideynlərinin sevimli övladı, yaxınlarının doğması,əzizi idi. O,dostluğa  dəyər verən, dost olmağı bacaran bir gənc idi.Onun Elvin Mustafayevlə uşaqlıqdan başlayan dostluğu səmimi bir qardaşlığa çevrilmişdi.Məhz həmin dostluq və səmimiyyət onları 2020-ci ildə könüllü olaraq təlimlərə birlikdə qoşulmağa  sövq etdi. Və sonunda onlar şəhid məqamına da birlikdə çatdılar: Eyni gündə,eyni anda, eyni yerdə...

Məğrur-məğrur dayanıbsan zirvədə,
Vətənə əmanət olan, Şəhidim.
Qürur verdin bu xalqa,bu millətə,
Gənc yaşda baharı solan Şəhidim...

Bu gün Rəmziyyə ana kövrəlir... oğluna ünvanladığı kövrək və həssas duyğularını həzin-həzin dilə gətirir.Onunla keçən günlərini həsrətlə soraqlayır.  Kənan haqqında danışanda,ona olan bağlılığından söz açanda ananın gözləri dolur, hönkür-hönkür ağlayır...Atası Azər bəy...o, daha möhkəm dayanmağa çalışır. Axı o, şərəfli bir oğulun atasıdır. Amma atanın gözlərindəki kədər, baxışlarında olan həsrət onun qəlbində olan  acının nə qədər böyük, çiyinlərində olan yükün nə qədər ağır olduğunu göstərir.
  Kənan və onun dostu Elvin Mustafayev Zəngilan uğrunda gedən döyüşlərdə 27 oktyabr tarixində eyni anda, eyni yerdə şəhidlik zirvəsinə ucalmışlar.Vətəni ürəyində daşıyıb əməli ilə yaşadan bu iki qəhrəman şəhid bütün digər Şəhidlərimiz kimi Azərbaycan dövlətinin zəfər tarixinin şanlı səhifəsini yazanlardan oldular.
Müzəffərli Kənan Azər oğlu ölümündən sonra "Vətən Uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. O, qələmi silaha dəyişən, təhsil ordusunda olan xidmətini qızğın döyüş meydanlarında davam etdirən,isti yatağını soyuq səngərlərlə əvəz edən tarix yazan və özü də tarixə dönərək ölümsüzlük qazanan şərəfli bir Azərbaycan əsgəri və əsil Azərbaycan vətəndaşı idi.
Müzəffər ordunun  Müzəffər soyadlı qəhrəman Şəhidinin ruhu qarşısında baş əyir və şəhadət şərbətini içən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Və sonda Kənana ünvanladığım bir şeirlə fikrimi tamamlamaq istəyirəm:

ŞƏHİD KƏNAN

Şəhid  Müzəffərli Kənan  Azər oğlunun ruhuna ithaf olunur.


Bir ana ağlayır tutub üzünü,
Köksündə bir Kənan həsrəti qalıb.
Bir ata yollardan çəkmir gözünü,
Yollarda bir oğul qisməti qalıb.
***
Ananın qəlbindən bir fəryad qopur,
Torpaq da ağlayır,daş da ağlayır.
Atanın ruhuna bir kədər hopur,
Quru da ağlayır, yaş da ağlayır.
***
Bir oğul böyütmək asan deyil ki,
Qəlbinin odunu qoyasan  gərək.
İgidlik dastanı yazan deyir ki,
Vətəni ruhunda duyasan gərək.
***
Bir Şəhid boylanır xatirələrdən,
Üzündə təbəssüm, əlində qələm.
Vətən harayına yetişən gündən,
Qələm silah  oldu, dəyişdi aləm.
***
Məqamın ucadır, ey Şəhid  Kənan,
Dağtək əzəmətli oğulsan,ərsən.
Əminəm yenə də igid olardın,
Dünyaya yenidən Kənan tək gəlsən!


RAMİLƏ ƏLİYEVA,

"ZƏFƏR"
İNFORMASİYA MƏRKƏZİNİN
REDAKTORU

zefer.info.az

ZiM.A
z



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
RAMİLƏ ƏLİYEVA (1977)

RAMİLƏ ƏLİYEVA (1977)

Poeziya
MUROV QARTALI - Əkbər Pənahov

MUROV QARTALI - Əkbər Pənahov

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
QAZİ KƏNAN BABAYEV

QAZİ KƏNAN BABAYEV

Qarabağ
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Pərvanə Salmanqızı:

Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR"

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM!

VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM!

Məktəblər, Müsabiqə
Xalidə NURAY:

Xalidə NURAY: "Həyatın qisası" (Hekayə)

Nəsr, Müsabiqə
Şəhidliyin ünvanı Əbədiyyətdir

Şəhidliyin ünvanı Əbədiyyətdir

Qarabağ
Rəy yazın: