Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunubGürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL


Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Bakı, 21 avqust, 2024, [10.50] AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində mərhum akademik Mədəd Çobanov haqqında “Ədəbi dilimiz – xalqımızın milli sərvətidir!” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə görkəmli elm xadimi, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun mənalı həyat yolu, zəngin elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məlumat verilir.

Qeyd edək ki, 1937-ci ildə Bolnisi rayonunun Darvaz kəndində dünyaya göz açmış, ömrünün 50 ilindən çoxunu Gürcüstanda yaşamış, Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış və həmin ali məktəbdə müəllim, dosent və professor vəzifələrində çalışmış mərhum Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir.
O, 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan çox dərslik və dərs vəsaitinin, 60-dan çox elmi əsərin müəllifidir. Bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır.

Professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif ölkələrdə 8 dəfə çap olunub.

Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud - qəhrəmanlıq dastanı” kitabında Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunub. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə verilib.

M.Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunub.

Alimin əziz xatirəsi uzun illər onu tanıyanların, xüsusilə də tələbələrinin, yetirmələrinin, davamçılarının və çoxsaylı oxucularının qəlbində əbədi yaşayacaq.

Burada

AZƏRTAC

Turan.İnfo.Az

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”

Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Darvaz, Mədəd Çobanov
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Əsas xəbər, Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

TDPİ-nin Azərbaycan bölməsi, Elm, "Region-Press", Borçalı, Darvaz, Arxiv
Rəy yazın: