Elimizin fəxri

Elimizin fəxri Rəhimov Eyvaz Aslan oğlu Borçalıda – Başkeçid (Dmanisi) rayonunda sayılıb-seçilən insanlardan biri idi.
O, uzun illər Dmanisidə
milis sistemində məsul vəzifələrdə çalışmışdır. Eyvaz ilə, öz elliləri olan Qızılkilsəlilərlə bərabər, hamı fəxr edirdi. Kimin nə çətin işi olardısa, Eyvaza müraciət edərdi. O, hamıya köməklik göstərərdi. Rəhimov Eyvaz elin adamı, elin ağsaqqalı idi. Eyvaz kişi unudulmayıb, onun adı yenə ürəklərdə yaşayır.
Allah ona rəhmət etsin.


EYVAZIN

Başkeçidin olub canı,
Qəlbi təmiz saf insanı.
Dilə düşüb şöhrəh-şanı,
Ruha qanad – pər Eyvazın.

Yaylaqlarda izi qalıb,
Bulaqlarda közü qalıb.
El içində sözü qalıb,
Dağlar oğlu - ər Eyvazın.

Qoruyurdu asayişi,
Yoxdu onun kimi kişi.
Danışılır yaxşı işi,
Güc-qüvvətdə nər Eyvazın.

Qurban Əziz Qardaşıydı,
İgidlərin o, başıydı,
Yüzü dostu-sirdaşıydı,
O sərvərin – sər Eyvazın.

Çoxlarına olub ibrət,
İladidə deyir, əlbət,
Görüm yeri olsun cənnət,
Məsəlləri zər Eyvazın.


BİR GÜLMƏCƏ...

Anası ölmüş...


Rəhimov Eyvaz Dmanisidə milis sistemində işləyən zaman qohumlarından biri onun anası, Zöhrə xaladan soruşur:
-Necəsiniz. Eyvazın işi yaxşıdırmı?

Zöhrə xala:
-Anası ölmüş neyləsin, dalaşan yox, döyüşən yox. İşi necə yaxşı olsun.

Səadət Buta,
İladi Öməroğlu.

ZiM.Az
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: