Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Tbilisi meri Kaxa Kaladze yaxın gələcəkdə şəhərin küçələrinin adlarını bildirən köhnə lövhələrin vahid standart əsasda hazırlanacaq yeniləri ilə əvəz olunacağını açııqlayıb.

O bildirib ki, yeni dizaynlı lövhələrin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb. Gürcüstan paytaxtında görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin olmasını nəzərə alsaq, bu açıqlamanı Azərbaycan cəmiyyəti üçün də xoş xəbər hesab etmək olar.

Lakin APA-nın Gürcüstan müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, həmin küçələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarını real deyil, yalnız Tbilisinin xəritəsində “daşıyır”.

Tbilisinin Abanotubani adlanan köhnə hissəsinin 4 küçəsinə 20 ildən artıqdır ki, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İbrahim İsfahanlıNizami Gəncəvinin adları verilib. İlk üç görkəmli azərbaycanlının həyatı və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub.

M.Ş.Vazeh küçəsində son 8 il ərzində böyük söküntü işləri aparılıb, küçənin adını bildirən lövhələr də köhnə evlər kimi tarixə qovuşub.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Bu yaxınlarda Tbilisi meriyası İsrail şirkətinə bu küçədə hotel tikintisinə icazə verib. Hotelin tikintisindən sonra M.Ş.Vazeh küçəsi yeni görkəm alacaq və ümid edək ki, küçənin adını bildirən lövhələr də vurulacaq.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMAGörkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA M.F.Axundovun adını daşıyan kiçik küçədə lövhələr olsa da, 20 ildən artıq müddətdə köhnələrək pas atıb, üzərindəki yazını oxumaq çətinləşib.

Ən təəccüblü vəziyyət isə İ.İsfahanlı küçəsi ilə bağlıdır. Azərbaycanın görkəmli aktyor və rejissoru, Gürcüstanın xalq artisti İ.İsfahanlı bizə “Böyük dayaq” filmində Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır.

O, Tbilisidə anadan olub və Gürcüstanda Azərbaycan teatrının yaradılmasında müstəsna rol oynayıb. 1997-ci ildə Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə İ.İsfahanlının 100 illiyi münasibətilə Tbilisi şəhərində Vaxtanq Qorqosali küçəsinin dördüncü döngəsinə aktyorun adı verilib. Küçənin yeni adını bildirən lövhələrin hazırlanması Tbilisi meriyasına həvalə olunsa da, artıq 20 ildir, həmin küçə həqiqi adını daşımır. Bu gün küçədə əvvəlki adı - Vaxtanq Qorqosalinin adını əks etdirən köhnə və nisbətən yeni lövhələr görmək olar.

Tbilisidə Nizami Gəncəvinin adını daşıyan kiçik küçə olsa da, bunu bildirən lövhələr yoxdur. Bu küçənin harada yerləşdiyini yalnız Tbilisinin xəritəsindən öyrənmək olur. Sakinlərlə söhbət zamanı məlum olur ki, onlar buranı Nizami küçəsi adlandırırlar. Onların sözlərinə görə, küçənin adını bildirən lövhələr sovet dövründə olub, lakin illər sonra sıradan çıxıb.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMAAraşdırma zamanı Abanotubani rayonunda yerləşən bir küçə də diqqəti çəkib.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMABu, Vəzirov küçəsidir. Məlum olur ki, bu şəxsin tam adı Mirhəsən Vəzirovdur. O, Şuşada anadan olmuş "26 Bakı komissarı"ndan biridir. Azərbaycan paytaxtında “26 Bakı komissarı”na aid abidə və adlar çoxdan götürülüb, lakin onlardan biri hələ də Tbilisidə “yaşayır”.

Əhməd Cavadın adını daşıyan küçə isə Tbilisinin İsani rayonunda yerləşir. Küçəyə Azərbaycanın görkəmli şairinin adı 2011-ci ildə verilib. Həmin il şəhərin bəzi adsız küçələri Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməçilərinin adları ilə adlandırılıb. Ə.Cavad 1930-cu ildə gürcü ədəbiyyatının klassikinin məşhur əsərini orijinaldan azərbaycancaya çevirib.

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMABu küçənin adını bildirən lövhələr nisbətən yeni olsa da, Ə.Cavadın ingilis dilində yazılmış soyadında səhvə yol verilib. Fotodan da göründüyü kimi, şairin ingiliscə soyadı “Djavadan” kimi qeyd olunub. Gürcü dilində isə şairin ad və soyadı düzgün yazılıb.

Bu yazıda bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycanın məşhur mahnı ifaçısı, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudov Tbilisidə anadan olub. Tbilisililər Rəşid Behbudovun həmyerli olması ilə fəxr etdiklərini tez-tez dilə gətirirlər. Gürcüstan paytaxtında əslən tbilisili olan təkrarsız ifaçı R. Behdudovun xatirəsi isə bu günə qədər əbədiləşdirilməyib. Məsələn, elə “26 Bakı komissarı”ndan biri olan M.Vəzirovun adını daşıyan küçəyə R.Behbudovun adının verilməsi gürcü və Azərbaycan xalqlarını tərənnüm edən dahi sənətkarın əziz xatirəsinə böyük hörmət və ehtiram nümunəsi olardı. Bu məsələ ilə bağlı Gürcüstanın azərbaycanlı icması və Tbilisinin tanınmış azərbaycanlı ziyalıları da təşəbbüs göstərə bilərlər.

Əlavə edək ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib.

Göründüyü kimi, Tbilisinin Azərbaycanın böyük və tanınmış şəxsiyyətlərinin adlarını daşıyan küçələrində vəziyyət heç də ürəkaçan deyil. Ümid edək ki, paytaxtın inkişaf strategiyasına əsasən küçə adlarını bildirən yeni lövhələrin hazırlanması və vurulması zamanı tanınmış azərbaycanlıların adlarını daşıyan küçələr də diqqətdən kənarda qalmayacaq.

Cəmilə BABAYEVA,
APA


ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə İbrahim İsfahanlı küçəsinin qanuni adı bərpa olunacaq

Tbilisidə İbrahim İsfahanlı küçəsinin qanuni adı bərpa olunacaq

Tiflis
Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan
Xocaliya ədalət Tbilisidə

Xocaliya ədalət Tbilisidə

Tiflis
ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

"Varlıq", Tiflis, Rustavi, Darvaz, Elanlar
Xocalıda əli azərbaycanlılarımızın qanına bulaşan cinayətkara Gürcüstanda a ...

Xocalıda əli azərbaycanlılarımızın qanına bulaşan cinayətkara Gürcüstanda a ...

Gürcüstan, Qarayazı, Tarix
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, "Gürcüstan", Tiflis, Borçalı, Arxiv, Dünya
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Borçalı
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Mədəniyyət, Tiflis

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Rəy yazın: