AzTU-da Payız-qış mövsümünə hazırlıq

AzTU-da Payız-qış mövsümünə hazırlıq
Müsahibimiz
AzTU-nun təsərrüfat işləri üzrə
prorektoru, dosent
Abuzər Mirzəliyevdir.

-Hörmətli Abuzər müəllim, bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin maddi texniki bazasının möhkəmləndirilməsi və Universitetin tədris-laborotoriya otaqlarının yeni tədris ilinə hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Xahiş edirik ki, bu barədə və eləcə də 2019-cu ildə AzTU-da Payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq görülmüş işlər barəsində oxucularımıza ətraflı məlumat verəsiniz.

- Bəli, Universitetdə aparılan təmir-tikinti və abadlıq işləri, hamınıza bəllidir. Bunlarla bərabər, hər il olduğu kimi 2019-cu tədris ilində də Universitetin tədris-laboratoriya otaqlarını payız-qış mövsümünə hazırlamaq, onların istilik sistemlərinin sazlaması, nəqliyyat vasitələrinin fasiləsiz işini təmin etmək, tələbələrin, köməkçi tədris heyyətinin, professor-müəllim kollektivinin əməyinin, istirahətlərinin və sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Təhsil naziri cənab Ceyhun Bayramovun Təhsil Nazirliyinin tabeliyində olan tədris müəssisələrinin 2019/2020-ci tədris ilində payız-qış mövsümünə hazırlığının təmin olunması haqqında əmrinə müvafiq olaraq Universitetin payız-qış mövsümünə hazırlıq planı tərtib olunmuş və iş icrası vaxtları konkret göstərilmişdir.
2019-2020-ci tədris ildə Universitetdə əsaslı təmir işəlri görülmüşdür. Bu təmir işlərinin içərisində, o cümlədən, binaların yenilənmiş istilik və elektrik avadanlıqları bir daha nəzərdən keçirilmişdir.
Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aşağıdakı işlər görülmüşdür:
Tədris və yataqxana binalarında istilik sisteminin əvvəlcədən soyuq su ilə kipliyi yoxlanılmış və cari təmir işləri görülmüşdür.
İstilik təminatı ilə əlaqədar sistemdə quraşdırılmış siyirtmələrin işlək vəziyyəti yoxlanılmış, nizamlanmış və nasaz siyirtmələri dəyişdirilmişdir.
Yataqxana binalarında qapı və pəncərələrin aralıqlarının kipliyi yoxlanmış və 44 m2 2 qat şüşələnmə işləri görülmüşdür.
Universitetin ərazisində yerləşən 10 KV transformator məntəqəsinin yüksək gərginlik hissəsində elektrik ayırıcılarında cari təmir işi aparılmış, sıradan çıxmış VQM-133 markalı yağ açarlarının 6 ədəd yağ balonları dəyişdirilmişdir və sallahxana yarımstansiyasından universitetə gələn yüksək gərginlik xətlərində 10 kV-lıq 3 ədəd keçid izolyatoru dəyişdirilmişdir.
Həmin transformatorun 0,4 kV-lıq məntəqəsində 630 Kv-lıq güc trasformatorunun alçaq gərginlik tərəfində tələb olunan bütün cari və profilaktik təmir işləri görülmüşdür. O, cümlədən 1000 A-lik yeni seksiya ayrıcısı dövrəyə qoşulmuşdur. Yüksək gərginlik xəttində 4 ədəd OM-10 kV xətti izolyatorlar dəyişdirilmişdir.
İşıqlandırma və güc avadanlıqlarında, elektrik sistemlərində, yardımçı paylayıcı şitlərdə cari təmir işləri görülmüşdür.
İnternet və Koyka sistemini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 75 kV-lıq avtomatik işə düşən elektrik generatoru quraşdırılmışdır.
Tədris binalarında yardımçı nasaz elektrik paylayıcı şitləri texniki tələblərə cavab verən müasir tipli elektrik paylayıcı şitlərlə əvəz edilmişdir.
Tədris binalarında kontur torpaqlama işinin normativə uyğun olmasının yoxlanması işləri yerinə yetirilmişdir.
Yanğına qarşı istifadə olunacaq nasosların texniki cəhətdən etibarlı işləməsini təmin etmək üçün cari təmir işləri görülmüşdür.

Universitetimizə məxsus böyük bir təsərrüfat hissəsində payız-qış mövsümünə hazırlıqla bərabər bir sıra işlər indi də aparılmaqdadır. Bunlardan:
-Payız-qış mövsümündə tədris binalarını istiliklə təmin etmək məqsədilə qazanxanada buxar qazanında profilaktik təmir işi aparılmışdır. Eyni zamanda, yeni 2 ədəd L-4000, D-300 mm-dan istilik dəyişdiricinin qapaqları açılaraq içərisi ərpdən təmizlənmişdir.
Tədris binalarının istilik sisteminin qovşaqlarında cari təmir işləri başa çatdırılmışdır.
Universitetin tədris binalarına daimi verilən su xəttinə birləşdirmə işləri tam yerinə yetirilmişdir və hazırda universitetə 24 saat ərzində su verilir.
Həyətyani ərazidəki su axıdıcı borular bir yerə yığılaraq kanalizasiya quyularına ötürülmüşdür və 3 ədəd su kranları quraşdırılmışdır.
Universitetin ərazisində 11500 m2 yeni asfalt-beton örtüyü çəkilmişdir.
Əraziyə yeni keçid darvazası quraşdırılmış və avtomobilləri saxlamaq üçün 250 m2 sahədə metal çardaq quraşdırılmışdır.
Əməkdaşların avtomaşınlarını saxlamaq üçün universitetin ərazisində 125 yerlik sahələr ayrılmışdır.
Tələbə şəhərciyində su təchizatını yaxşılaşdırmaq məqsədilə nasaz su nasosları təmir olunmuşdur.
Tələbə şəhərciyindəki sanitar qovşaqlarında bir sıra cari təmir işləri yerinə yetirilmişdir.
Universitetin II və V tədris binalarının arasında olan tikilinin təmir-tikinti işləri başa çatmışdır. Növbəti simestr istifadəyə veriləcək.

Bütün bunlarla yanaşı sonda onu da vurğulayım ki, Payız-qış mövsümünə hazırlıq işlərinin tam öz gücümüzlə aparılmasına baxmayaraq, belə hesab edirik ki, görülən işlərlə bərabər görülməmiş, amma görülməsi zəruri olan işlərimiz də az deyildir.

- Biz də müsahibə üçün təşəkkür edir və Sizə gördüyünüz bu şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq!...


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: