TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!.. Gürcüstanda azərbaycandilli qəzetin
redaktor müavini
"Əməkdar Jurnalist"
fəxri adına layiq görülüb


Gürcüstanda nəşr olunan azərbaycandilli "Gürcüstan" qəzetinin redaktor müavini
Elman Hüseyn oğlu Kələyev
Gürcüstan jurnalistikasında uzunmüddətli
uğurlu fəaliyyət göstərdiyinə görə
bu günlərdə "Əməkdar Jurnalist"
fəxri adına layiq görülüb.

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!.. TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..APA-nın Gürcüstan bürosunun rəhbəri
Nizami Məmmədzadənin Tiflisdən verdiyi
məlumata görə, bu barədə 2015-ci il,
mayın 12-də Gürcüstan Jurnalistlər İttifaqı
İdarə heyətinin sədri Hamlet Qeqia
sərəncam imzalayıb.

Elman Kələyev 1974-cu ildən indiyədək "Gürcüstan" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin noyabr ayından isə
redaktor müavini təyin olunub.
O, "Gürcüstan" qəzetində çalışmaqla yanaşı,
eyni zamanda "Əhli-Beyt" jurnalının baş redaktoru, APA-nın Gürcüstan bürosunun müxbiri olub, Türkiyənin "Anadollu" agentliyinin Gürcüstan təmsilçiliyində çalışıb.

E. Kələyev Gürcüstan və Azərbaycan
mətbuatında, radio verilişlərində, Moskvada
nəşr olunan "Azərbaycan panoraması"
qəzetində müxtəlif səpgili yazılarla çıxış edib.
1978-ci ildən SSRI Jurnalistlər İttifaqının,
1990-cı ildən isə Gürcüstan Jurnalistlər İttifaqının üzvüdür. O, Gürcüstan prezidentinin
1997-ci il, 16 oktyabr tarixli fərmanı ilə "Şərəf" medalına layiq görülüb.

Biz də Gürcüstanda yaşayıb-yaradan soydaşımız, əziz eloğlumuz, xalqımızın dəyərli ziyalısı, çox hörmətli qələm dostumuz, tanınmış jurnalist Elman Kələyevi çoxdan layiq olduğu "Əməkdar jurnalist" Fəxri adına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.

ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: