AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV (1951)

AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV (1951) DƏYƏRLİ ZİYALILARIMIZI VƏ
EL AĞSAQQALLARIMIZI
TANIYAQ VƏ TANIDAQ!..


XEYİRXƏBƏROV AĞABALI VƏLİ OĞLU -
1951-ci il may ayının 10-da
qədim Qaraçöpdə anadan olub.

Uzun müddət orta məktəbdə müəllim işləyib,
məktəb direktorudirektor müavini
vəzifələrində çalışıb.

Ağabalı Xeyirxəbərov hazırda təqaüddə olmasına baxmayaraq yüksək hazırlıqlı pedaqoq və gözəl təşkilatçı kimi bu gün də Qaraçöpdə maarifin inkişafında öz bilik və bacarığını əsirgəmir.

Həsə keçmiş Sovet dövründə "SSRİ MAARİF ƏLAÇISI" Fəxri adına layiq görülmüş Ağabalı Xeyirxəbərov 1986-cı ildə SSRİ Təhsil Nazirinin Fəxri Fərmanı ilə və elə həmin ildə "Qoqebaşvili adına medal"la, 2003-cü ildə isə "ŞƏRƏF" ORDENİ ilə təltif olunub. 2007-ci ildə PREZİDENT təqaüdünə layiq görülüb.

Qaraçöp Ağsaqqallar Şurasının sədri, sözün əsl mənasında El ağsaqqalı Ağabalı Xeyirxəbərov hazırda fəal və şərəfli ictimai xadim kimi tanınır. Məhz elə buna görə də o, həm də Gürcüstan Azərbaycanılarının Ağsaqqallar Şurasının Qaraçöp bölgəsi üzrə nümayəndəsi“Professor Mədəd Çobanov adına "XEY­RİY­YƏ FON­DU”nun Qaraçöp bölgəsi üzrə nümayəndəliyin rəhbəri seçilib.

Ağabalı müəllim həm də istedadlı saz-söz adamı kimi tanınır. Neçə-neşə şeirlər müəllifidir.
Biz də ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli el ağsaqqalı Ağabalı Xeyirxəbərova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayır və aşağıda onun bədii yaradıcılığından bir neşə nümunəni dəyərli oxucularımıza təqdim edirik!..


* * *

Arxana güvənmə, güvənmə oğlan,
Arxasız qalmağa güman var axı.
Kölgədə olmaqdan ləzzət alma gəl
Kölgələr düşməyən məkan var axı.

Bir gün olan deyli bu səltənətə də
Günah var zəkətsiz varda , döylətdə
Doğrudur olmaylb bu məmləkətdə
Ancaq Haq yanında divan var axı.

Yolun əyri yoldu, dolanma böylə
Elin dərdini çək, sözünü söylə
Yenə də gec deyil, tövbəni eylə
Ölüm ayağına zaman var axı.

***

Bu qədər dözümlü olarmış Ayı,
Dözərmiş cahillər dözənə qədər.
Yatanda tanınmır qaraltısından
Durub ayaq üstə gəzənə qədər.

Doğrudan qəribə heyvandır Ayı
Nə bir bənzəri var, nə də bir tayı,
Susamır, nə acmır yatır qış ayı ,
Baharı burnunda sezənə qədər.

Ayının fərqli günləri olur
Gəzməsi başqadır, yatması başqa,
Yazıq bu cahilin gününə yazıq,
Niyyəti başqadır, çatması başqa.

***

Dərd öldürər çəkəni,
Dərd özü ağır olub,
Çəkəni yüngül olsa.

Əkini dərin olmaz,
Düşər hər zaman dayaz,
Əkəni yüngül olsa.

Çəhlim düşməz, tez itər,
Yerindən otlar bitər,
Gəzəni yüngül olsa.

Ehtiyac yox imdada,
Batmaz heç vaxt dəryada,
Üzəni yüngül olsa.



Yadıma düşür


Usaqlıq vaxtını xatırlayıram
Yadıma anamın kəlməsi düşür.
,,Qalın geyinin ki, soyuq dəyməsin"
Həmişə bu sözü deməsi düşür.

Cox olsa da ailəmizdə sayımız
Var idi ruzimiz, haqdan payımız
Yaylaqda kecirdi hər il yayımız
Yadima anamın nəmisi düşür.

Zəhməti cox idi, gec yorulardı
Təzək dənləyərdi, yappa yapardı
Birimiz belində inək sağardı
Yadıma anamın şələsi düşür.

Corək bişirəndə , sac külləyərdi
Xəmir.yoğurardı, kündə tokərdi
,,Kökə bişirəcəm sizə "- deyərdi
Yadıma anamın kökəsi düşür

Vaxt tapanda əvəlik də dərərdi
Əvəlikdən uzun hörük hörərdi
Qurumağa dəyə üstə sərərdi
Yadıma anamın dəyəsi düşür

Bər bəzək bilməzdi, sadə geyərdi
Ne tapsa, ne olsa şükür deyerdi
Yeməyi hamıdan sonra yeyərdi.
Yadıma anamın yeməsi düşür.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: