DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR

DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR REDAKSİYAMIZIN ARXİVİNDƏN:

DÜNƏNKİ ŞAGİRDİM -
BU GÜN HƏMKARIMDIR


İş gününün sonu idi. “Azərbaycan” nəşriyyatından çıxıb evə gedirdim. Mətbuat prospektini keçəndən sonra maşından bir nəfər çıxıb əllərini yana açaraq: - "Xoş gördük sizi, müəllim" - deyib məni qucaqladı.

Bu, gənc şair, jurnalist Nizami Məmmədzadə idi. Xəyal məni bir qərinəyə yaxın keçmiş illərə - Qərbi Azərbaycanın (İncəsu, Barana) Noyemberyan rayonunun Ləmbəli kənd orta məktəbinə apardı. Bir gün Borçalının Yuxarı Saral kənd sakini Zilli Məmmədov cılız bir oğlan uşağını gətirmişdir.
-Bu mənim oğlum Nizamidir. Sizin məktəbdə oxumasını arzulayıram. Savadlı, bajarıqlı uşaqdır, gələjəyi parlaq görünür,-dedi…
Maarif şöbəsinin üzvlərinin (haylar idilər) narazılığı olsa da, Gürcüstan vətəndaşını Ləmbəli məktəbinə qəbul etdik. Həqiqətən də çalışqan, ijtimaiyyətçi, savadlı şagird kimi özünü göstərdi. Mənim "Sovet Gürcüstanı""Yeni Marneuli" qəzetlərində çıxan şerlərimi oxuyur, qəzetləri də mənə gətirirdi. Bu hərəkəti ilə də fəxr edirdi.

Nizami IX sinif şagirdi idi. Mən tərbiyə işləri üzrə direktor müavini işlədiyimə görə şagirdlərlə daha yaxın münasibətdə olurdum. Bir dəfə Nizami utana-utana, tər tökə-tökə mənə yaxınlaşıb dedi ki, "Müəllim buna baxa bilərsinizmi"?

Şeir idi. Deyəsən "Kür" adlanırdı. Doğrusu bəzi qüsurlarının olmasına baxmayaraq şeirdə şagirdləri, oxujuları düşündürəjək nə isə var idi. Qüsurların qarşısına sual işarəsi qoyub, hələ işlə"-deyib özünə qaytardım. Bir neçə gündən sonra həmin şeiri düzəlişləri ilə mənə göstərdi. Vərəqin qırağına "Redaksiyaya göndər" qeydini yazdım. Dediyinə görə Nizami indi də onu bir xatirə kimi saxlayır. On, on beş gün keçəndən sonra Nizaminin məktəbdə məni kölgə kimi izlədiyini duydum. Sağ əli də cibində idi.

-Nə var, Nizami bala, hey arxamca gəzirsən?
-Müəllim…şeirim qəzetdə çıxıb, -dedi və qəzeti mənə uzatdı.

Onun əllərini sıxıb təbrik etdim. Sonra ara-sıra divar qəzetində onun şeirlərini qəzetdə verdik. Məktəb divar qəzeti redaksiya heyyətinə üzv seçildi. Ədəbiyyata meyili daha da artdı. 1973-cü ildə "Son zəng" tədbiri keçirirdik. Nizami Məmmədov IX a- sinifində oxuyurdu. çəkinə-çəkinə mənə yaxınlaşıb:
-Müəllim, bizim sinif şagirdləri ilə şəkil çəkdirməyinizi xahiş edirik,-dedi.

Onların sinif rəhbəri rəhmətlik Mustafa Vəliyev mənim də müəllimim olmuşdu. Onunla çəkdirdiyim şəkil və 1974-jü ildə buraxılış imtahanlarından sonra sinfin 8 nəfər şagirdi ilə çəkdirdiyim "ayrılıq" şəkli dəyərli xatirə şəkillərindən biridir. O, məktəb təhsilini başa vurub, ali təhsil aldı. Yuxarı Saralda doğulmuş, Ləmbəli məktəbində kamala çatmış Nizaminin artıq səsi mətbuatdan gəlirdi. Sonradan "Yeni Marneuli" qəzetində çalışdı, "Sovet Gürcüstanı" və Azərbaycanın bir sıra qəzetlərində şeirləri, yazıları dərj olundu.

Bir gün o əlində bir neçə qəzet Ləmbəlidəki evimin qapısını döydü. "Sovet Gürcüstanı" və "Yeni Marneuli" qəzetlərində dərc olunmuş şeirlərimi oxuyub, qəzetləri mənə gətirmişdir.

-Müəllim, redaksiyada təşkil olunmuş bədii dərnəklərdə iştirak etməyinizi arzulayırıq.
Beləcə, müəllim şagird münasibətimiz, artıq həmkar münasibətinə çevrildi.
Doğma yurddan ermənilər tərəfindən deportasiya olunduq. Görüşlərimiz zəiflədi. Nizami hər Bakıya gələndə mənimlə görüşür.
Bu gün də o görüşlərdən biri oldu. Xəyaldan ayrılaraq, onun yenə sevimli şagirdim kimi başını sığallayıb soruşdum:
-Şair bala, necəsən? İşin, fəaliyyətin nə yerdədi?
Elə bil sual onu yuxudan oyatdı. Tez başını maşına salıb oradan kiçik bir kitabça çıxarıb: "Dünyalar qədər xətrini istədiyim əziz müəllimimə, ən xoş arzularla şagirdi Nizamidən" avtoqrafını yazıb mənə verdi. Kitabın üzündə atası Zilli Məmmədovun şəklini gördüm. Birjə anlığa onun dediyi:”Nizaminin gələjəyi parlaq görünür" sözlərini də xatırladım… Nejə deyərlər, "Ata" poemasını bir nəfəsə oxudum.

Sənsiz ömrüm keçir qəmli,
Gülər gözüm daim nəmli,
Sinəm mənim ox sitəmli,
Məni tənha qoyan atam!


Şeirin bu bəndi məni tutdu. Qohumu, əqrabəsi, dostu çox olan Nizami Məmmədzadəyə: "Təki heç vaxt Tanrı valideynlərə övlad dağı göstərməsin. Övlada valideyn dağı haqqın səsidir. Bu səslə razılaşmaq lazımdır. Tanrı səbrini versin!;- pıçıltısı mənim dodaqlarımdan qopdu.
Şair qəbiristanlığa salır yolunu. Qoşa dayanmış qəbir daşlarının önündə xəyala dalır:

Burda iki daş var durub yan-yana,
Biri mənim atam, biri də anam.
Bayatı yazılıb sinə daşına
Ki, mən ömrüm boyu alışıb yanam.


Bax bu övladın valideyninə olan məhəbbətidi.

-Müəllim, bir doğma yurda tərəf gələsiniz. Çox istəyirəm sizinlə Koroğlu qalasına, Babakər dağına, Vəlihli meşəsinə birlikdə çıxaq, birlikdə səni də, məni də ayrılığı ilə yaxıb-yandıran Ləmbəlini kənardan seyr edək,-dedi Nizami. Keçmişini unutmayan şairin "Ata" adlanan poeması Zilli kişinin qeyrətindən, yurdsevərliyindən, qayğıkeşliyindən, insanpərvərliyindən bəhs edir. Oğul-ata münasibəti poemada ön plana çəkilir. Bundan başqa kitab həm də mənim üçün ona görə dəyərlidir ki, şair oxuduğu, tərbiyə aldığı, elmlərin ilkin sirlərini öyrəndiyi Ləmbəli məktəbini, onun qayğıkeş müəllimlərini də unutmur, yeri gəldikjə xatırlayır.

Ah, doğma Ləmbəli-o uzaq ellər,
Dolaşır xəyalda keçsə də illər.
Heç əskik olmadı pətəyi,balı,
Ah, doğma Ləmbəli, doğma Ləmbəli!


Şair şeirinin bu bəndi ilə orada doğulub, orada boya-başa çatan hər ləmbəlilinin kədərini ağrısını qələmə almışdı. Sevinirəm ki, dünənki şagirdim bu gün şair kimi tanınan həmkarım olub.

"Bu yurd mənim Borçalımdır", "Yurd həsrəti" kitablarından sonra dünyaya gələn "Ata" poeması şirin dillə yazılmış, xırda qüsurlardan xali olmasa da, qiymətli əsərdi. Mən dünənki şagirdimə, bu gün tanınmış, oxujular tərəfindən sevilən, atası kimi xeyir işlər görməyə çalışan Nizami Məmmədzadəyə, yeni-yeni yaradıjılıq uğurları arzulayıram!

Bilal ƏNSƏR,
AYB-üzvü, jurnalist.
"Şərqin səsi" qəzeti,
N: 05-06 (209-210), Mart, 2008-ci il
.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Bilal Ənsərin Ağrılı-acılı həyat yolu...

Bilal Ənsərin Ağrılı-acılı həyat yolu...

Qərbi Azərbaycan, Borçalı, Arxiv
Bilal Ənsərin ağrılı-acılı həyat yolu...

Bilal Ənsərin ağrılı-acılı həyat yolu...

Borçalı, Arxiv, Qərbi Azərbaycan
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
Qasımlı orta məktəbində Yubiley tədbiri

Qasımlı orta məktəbində Yubiley tədbiri

Borçalı
Qasımlı ictimai məktəbində kitab təqdimatı

Qasımlı ictimai məktəbində kitab təqdimatı

Borçalı
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
QAZAX ALI (1948)

QAZAX ALI (1948)

Müsabiqə, Qaraçöp
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Yuxarı Əbdürrəhmanlıda qırılan ömür yolu

Yuxarı Əbdürrəhmanlıda qırılan ömür yolu

UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Borçalı
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

Borçalı
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Mənim balaca qızım, şirinim, doyulmazım!.."

"Şərqin səsi", Təbriklər
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
Rəy yazın: