MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK ƏHƏMİYYƏTLİ TƏDQİQAT İŞİDİR

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK ƏHƏMİYYƏTLİ TƏDQİQAT İŞİDİR Müşviq Mədəd oğlu Çobanovun “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatına

RƏY


Azərbaycan ədəbiyyatının yaranış coğrafiyası çox genişdir. Belə ki, azərbaycanlıların yaşadığı digər ölkələrdə də Azərbaycan ədəbiyyatı yaranır və inkişaf edir. Ötənlərdə bu proses daha diqqətçəkən olmuşdur. Çünki azərbaycanlıların dədə-baba torpaqlarının ərazisi genişliyi əhatə etmiş, bu ərazilərin bəziləri sonralar yaranmış digər dövlətlərin tərkibinə qatılmışdır. Məsələn, İrəvan ədəbi mühitinin, Tiflis ədəbi mühitinin, Dərbənd ədəbi mühitinin məhsullarını bu qəbildən hesab etmək olar. Gürcüstan (Tiflis) ədəbi mühiti davamlılığı ilə seçilmiş, bütöv Azərbaycan ədəbiyyatının inkişaf etməsinə öz təsirini göstərmişdir. Düşünürəm ki, azərbaycanlıların yaşadığı tarixən mövcud olan digər ölkələrdəki ədəbi mühit də araşdırılmalı, qazanılmış təcrübə dəyərləndirilməlidir. Çox yaxşı haldır ki, qonşumuz Gürcüstanda Azərbaycan ədəbiyyatı nümunələri öz varisliyini davam etdirir, Gürcüstanda yaşayan azərbaycanlı sənət-söz nümayəndələri onu inkişaf etdirirlər.

M.M.Çobanovun rəy verdiyim dissertasiyası bu baxımdan diqqətçəkən tədqiqat əsəridir. Müəllif Gürcüstanda Azərbaycan ədəbiyyatının 1960-2010-cu illər inkişaf meyillərini tədqiqat obyekti seçmiş və öz dissertasiyası ilə tədqiq etdiyi mövzunun inkişafına kömək etmişdir.


Müəllif mövzunun aktuallığını kifayət qədər əsaslandıra bilmişdir. Eləcə də tədqiqatın obyekti və predmetini, nəzəri və metodoloji əsaslarını, elmi yeniliyini, məqsəd və vəzifələrini, tərcübi əhəmiyyətini düzgün müəyyənləşdirmişdir.
Dissertasiyanın sistem sturukturu dinamikdir və məntiqi ardıcılığa malikdir. Belə ki, M.M.Çobanov “Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poeziyasının inkişaf təmayülləri” adlanan birinci fəslin birinci bölümünü Gürcüstanda yeni ədəbi-ictimai mühitin və onun xarakterinin şərhinə həsr etmiş və bununla da inkişaf etdiriləcək məsələlərin metodoloji əsasını hazırlamışdır. Bundan sonrakı ikinci bölümdə şərh edilən milli poetik ənənələr və aşıq şeiri məsələləri həmin metodoloji baza əsasında qurulur. Birinci fəsilin üçüncü bölümü isə konkret olaraq Gürcüstanda Azərbaycan poeziyasının yeni yaradıcılıq meyillərinin araşdırılmasını və şərhini əhatə edir.
M.M.Çobanov dissertasiyanın ikinci fəsilində Gürcüstanda nəsr və dramaturgiyanın inkişaf problemlərini təhlilə cəlb edir. Əvvəlcə nəsrin mövzu, janr və forma müəyyənliyini sonra isə dramaturgiyada obraz, mövzu, süjet və kompozisiya problemlərini araşdırır.

Fikrimcə, birinci və ikinci fəsillərdə şərh olunan məsələlər diqqət çəkdiyi kimi, üçüncü fəsilin əhatə etdiyi Gürcüstanda ədəbiyyatşünaslıq və ədəbi əlaqələr və bədii tərcümə məsələləri də maraq doğurur.
Müəllif haqlı olaraq ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında ayrıca yarımfəsildə geniş bəhs edir. Eləcə də, ədəbi əlaqələr və bədii tərcümə məsələlərinə xüsusi yarımfəsil ayırır.

Hər bir fəsil məzmunluluğu, faktlara söykənməsi və elmi ümumiləşdirmələri ilə seçilir. Müəllif mövzuya uyğun olaraq müəllifləri qeyd etməklə ədəbi əsərlərin dəyərini müəyyənləşdirir, həmçinin müəlliflərin yaradıcılıq xüsusiyyətlərini, kredosunu, üslubunu şərh edərək hər birinin Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişafında mövqeyini üzə çıxarır.

Avtoreferatda verilmiş şərhlər oxucunu lazımınca məlumatlandırır və qane edir. Şərhlər konkret olaraq faktları ortaya qoyması əsərin inandırıcılığını artırır.
Dissertasiyada qaldırılan bəzi problemlər yeni tədqiqat işlərinin aparılmasını meydana qoyur. Belə ki, gürcü ədəbiyyatında Azərbaycan mövzusu, ayrı-ayrı ədəbi simaların qarşılıqlı ictimai-ədəbi münasibətləri, ədəbi əsərlərin xalqların bir-birinin dilinə tərcümə edilməsi kimi problemlər üzrə yalnız Gürcüstanda deyil, Azərbaycanlılar yaşayan digər məkanlarda da ədəbi mühit kontekstində araşdırma aparıla bilər.
Müəllifin mövzu ilə əlaqədar çap etdirdiyi materiallar kifayət qədərdir.

Dissertasiya müstəqil yazılmış bitkin, orijinal tədqiqat işidir, elmi-nəzəri və praktik əhəmiyyəti şübəsizdir.
Yekun olaraq qeyd etmək istərdim ki, Müşviq Mədəd oğlu Çobanovun “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya bitkin, müstəqil yazılmış, orijinal, elmi-nəzəri və praktik əhəmiyyətli tədqiqat işidir, onun müəllifi filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa tamamilə layiqdir.


MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK ƏHƏMİYYƏTLİ TƏDQİQAT İŞİDİRƏJDƏR AĞAYEV
(Əjdər Əbdülhüseyn oğlu Ağayev)
Pedeqoji elmlər doktoru, professor
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

26.10.2016


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Elmi tədqiqatlar (2016)

Elmi tədqiqatlar (2016)

Elmi Məqalələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Rəy yazın: