Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL... Bu ananın əllərindən öpən generalı tanımıram.
Yalnız şəklini görmüşəm.
Qarabağ uğrunda
şəhid olan bir oğulun
anasının qarşısında
generalın başını əyərək
ananın əllərindən öpməsi
bütün qəhrəman,
müqəddəs anaların
qarşısında onlara olan
sevginin, məhəbbətin
səmimi etirafıdır!


Qəlbində Qarabağ,
torpağ ağrısı,
Şəhid dərdlərini daşıyır hələ.
Dərdli anaların dərdinə şərik,
Yaxşı ki, oğullar yaşayır hələ.

Bütün ürəklərin ağrısı torpaq,
Dil açar yurdların əsir səsində.
Bir ana laylası, Ana ağısı,
Dillənər “Qarabaq” şıkəstəsində.

Tale sınağından üzü ağ çıxan,
Nər təki bir oğul böyüdən ana.
Müqəddəs ananı, qəhrəman oğlu,
Tale bəxş eləyib Azərbaycana.

Başını çiyninə qoyub dərdinin,
Gözləri zillənər yollara sarı.
Analar qəlbində sağalmaz yara,
Bir müjdə gətirməz kənd uşaqları.

Səcdəyə, hörmətə layiq hər zaman,
Ana qarşısında diz çökən oğul.
Çiynini ananın tərbiyəsinə,
Ananın adına söykəyən oğul.

Yurdumun cəngavər, igid balası.
Özünü öymədin, öyünmədin sən.
Ana qarşısında başını əydin,
Ölüm qarşısında baş əymədin sən.

Analar ömrünü sıxar intizar,
Gözünün nurunu yollara səpər.
Şəhid məzarını bağrına basar,
Şəhid torpağını gözünə təpər.

Şəhid oğulları - boyları çinar,
Qələbə bayrağın zirvəyə qaldır.
Ana əllərindən öpən general,
Sənə də ananın südü halaldır.

Ümidi qırılmaz bu anaların,
Deyər,- təki başın sağ olsun, Vətən!
Belə oğulları böyütdüyündən,
Qoy sənin də üzün ağ olsun, Vətən!

Heç nəylə ölçülməz sənin qiymətin,
Ey odlar diyarı, ulu Vətənim,
Ana qarşısında başını əyən,
Oğul da mənimdir, ana da mənim!

Nəsib Nəbioğlu,
Moskva,

07.11.2017



REDAKSİYADAN:

Ana əllərindən öpən GENERAL... ZiM.Az xəbər verir ki, “Facebook” istifadəçisi erməni Haykaz Gevorkyanın öz səhifəsində
“Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşdığı
bu fotoda ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirov şəhid anasının əlini öpür.

Qeyd edək ki, Yaşar Aydəmirovun həmin fotosu noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib.

Fotoda 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edən general-leytenant Yaşar Aydəmirov ehtiram əlaməti olaraq şəhid anasının əlindən öpür və qarşısında baş əyir.



ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Məryəm ƏLİYEVA:

Məryəm ƏLİYEVA: "Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası"

Publisistika, Müsabiqə, Köşə yazılar
Ağlama, şəhid anası...

Ağlama, şəhid anası...

Başkeçid
Pərvanə Salmanqızı:

Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR"

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənə ...

Elmi Məqalələr, Müsabiqə
Ruhlar qovuşan yerdə... (Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş SƏNAN ...

Ruhlar qovuşan yerdə... (Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş SƏNAN ...

Qarabağ
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
GENERALIM

GENERALIM

Müsabiqə, Qərbi Azərbaycan

"Cəsur Kəşfiyyatçı” filmi

Qarabağ, Tv, Müşfiq Borçalı
Dürdanə Zahidqızı Gümüş:

Dürdanə Zahidqızı Gümüş: "İndi gördünmü ki, Qarabağ - Azərbaycandır!.."

"Mən Şirvanın səsiyəm", Müsabiqə
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: