İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Agentliyi ASİİN tərəfindən akkreditasiyadan keçirilmişdir

İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Agentliyi ASİİN tərəfindən akkreditasiyadan keçirilmişdirAzərbaycanda mühəndis təhsili verən ali məktəbdə 15 ilə yaxındır ki, Tempus layihələri yerinə yetirilir. Bu layihələrin ümumi koordinasiya işlərini Köln Tətbiqi Elmlər Universitetinin professoru, Rza Talibi-Dəryani həyata keçirir. Bu istiqamət üzrə həyata keçirilən sonuncu 516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR: „Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması“ Tempus layihəsidir.
Layihənin məqsədi Azərbaycanda mühəndis təhsili verən seçilmiş üç ali məktəbdə (AzTU, SDU və ADNA) əvvəlki Tempus layihələrində açılmış bakalavr/magistr ixtisaslarında keyfiyyətin üçpilləli təhsil sisteminə uyğun davamlılığının təmin olunması, bu ixtisasların strukturunun fasiləsiz modullaşdırılması və Avropa kredit sisteminə (ECTS-ə) əsasən dərs modullarının kreditləşdirilməsinin təmin edilməsidir.
Layihə çərçivəsində aşağıda göstərilən ixtisaslar üzrə məzmunlar, proqramlar və dərsliklər tam hazırlanmışdır.
Bakalavr təhsili:
a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);
b) Elektroenergetika mühəndisliyi;
Magistr təhsili:
a) Proseslərin avtomatlaşdırılması;
b) Elektroenergetika;
c) Neft sənayesi enerji menecmenti;
d) Kimya sənayesi enerji menecmenti;
Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmunlar Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara tam uyğun hazırlanmışdır.
Cari ilin İyun ayının 30-da Avropa Akkreditasiya Agentliyinin (ASİİN) mütəxəssisləri hər üç ali məktəbdə apardıqları yoxlamaların və təqdim olunmuş sənədlərin qiymətləndirməsi ilə bağlı yekun qərar çıxarmışdır. Həmin qərara əsasən AzTU –nun 4 ixtisası, SDU- 3 ixtisası və ADNA-nın 3 ixtisası Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatı ilə təmin ediləcəkdir. Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcəkdir.
Layihə üzrə yekun konfransın 2015-ci ilin sentyabr ayının 23-də Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılır. Konfransın fəxri sədri Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov seçilmişdir.
Konfransın işində Avropadan olan tərəfdaş universitetlərin rektorları ilə yanaşı, ASİİN təşkilatının baş direktoru, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqının nümayəndə heyətinin sədri və digər yüksək səviyyəli qonaqların iştirakı nəzərdə tutulur. Konfransın işinə Azərbaycan Respublikasının bütün ali məktəb nümayəndələri də dəvət ediləcəklər.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Əsas xəbər, AzTU
Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Təhsil, AzTU
AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

AzTU-da TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

Əsas xəbər, AzTU
AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU
AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair m ...

İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair m ...

Milli Məclis, AzTU, "Zirvə", Dünya, Avropa
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

AzTU
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

AzTU, Avropa
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Nazirlik, "Zirvə"
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

AzTU
Rəy yazın: