AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib

AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan tədbir keçirilib Azərbaycan Texniki Universitetində (AzTU)
Aprel döyüşlərinin ildönümünə həsr olunan geniş və möhtəşəm
tədbir keçirilib.


Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçən AzTU məzunlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, Şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir AzTU-nun Böyük akt zalında davam edib.

Tədbir Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə universitetin rektor əvəzi Xalıq Yahudov açıb. O, AzTU-da vətənpərvərliyin daima yüksək səviyyədə olduğuna diqqət çəkərək 90-cı illərdə, eləcə də sonrakı mərhələlərdə Vətənin bütövlüyü uğrunda canından keçən məzunlar haqqında danışıb və Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu bildirib.

Rektor əvəzi qeyd edib ki, döyüşlər nəticəsində, Silahlı Qüvvələrimiz Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib və ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları sıradan çıxarılıb, 320 düşmən döyüşçüsü öldürülüb, eləcə də 500-dən artıq döyüşçüsü yararsız elan edilib.

Daha sonra AzTU-nun televiziya studiyasında ərsəyə gətirilən və universitetin şəhid məzunlarına həsr olunan film nümayiş olunub.

Filmin nümayişindən sonra Silahlı Qüvvələrimizin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Silahlı Qüvvələrimizin ehtiyatda olan polkovniki Şair Ramaldanov, müdafiə nazirinin müşaviri, polkovnik Abdulla Qurbani çıxış edərək, belə qəhrəmanların gənclərimizə örnək olacağını, onlarla qürur duyduqlarını bildirib və Aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar.

AzTU-nun məzunu olan
Milli Qəhrəman
Fariz Qəhrəmanov
hazırda universitetdə təhsil alan Milli Qəhrəman
Zabit Quliyev
ali məktəbdə gənclərlə hərbi-vətənpərvərlik mövzusunda aparılan işə diqqət çəkiblər.

Fariz Qəhrəmanov qeyd edib ki, təhsil aldığı illər daima universitetin məzunu olan Milli Qəhrəmanlar, Şəhidlər onlara örnək göstərilib.

AzTU-nun məzunu olmuş şəhid Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayevsə tədbirə görə AzTU-nun rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Aprel döyüşlərində şəhid olan AzTU məzunları Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin MirzəyevMüşfiq Orucovun valideynləri çıxışlarında Azərbaycan xalqına, AzTU-nun rəhbərliyinə övladları üçün deyilən xoş sözlərə və onlara həsr olunmuş tədbirlərə görə təşəkkür ediblər.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlunun ölümündən sonra hər kəsin ona "Ana!" - deyərək müraciət etdiyini bildirib.

Şəhid anası qeyd edib ki, bütün Şəhidlər vətənpərvər gənclərin qəlbində yaşayır və Azərbaycan var olduqca yaşayacaqlar.

Şəhid Elvin Mirzəyevin atası Azadxan Mirzəyev isə oğlu haqqında söz deməkdən çəkindiyini bildirərək qeyd edib ki, Elvin igidliyi ilə şah sözünü deyib.

Şəhid Müşfiq Orucovun atası Arif OrucovŞəhid Mahir Quliyevin atası Qadir Quliyev oğlanları haqqında danışanda ilk növbədə vətəndaş mövqeyindən çıxış ediblər.

Qadir Quliyev çıxışında həm ata kimi, həm də bir azərbaycanlı kimi Mahirin igidliyi ilə qürur duyduğunu bildirib.

Qeyd edək ki, 2016-cı ilin 2-5 aprel tarixində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi quluqçusu həlak olub.
Onlardan dörd nəfəri Azərbaycan Texniki Universitetinin məzunları olub.

Tədbirə universitetin rektor əvəzi Xalıq Yahudov yekun vurub.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

Əsas xəbər, AzTU
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU
AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU
AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU
Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

AzTU
AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU
AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub

AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub

Digər ali məktəblər
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçir ...

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçir ...

AzTU
AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU
Şəhid Çingiz Qurbanovla Bakıda vida mərasimi keçirilib, sonra onun cənazəsi ...

Şəhid Çingiz Qurbanovla Bakıda vida mərasimi keçirilib, sonra onun cənazəsi ...

Qarabağ, Regionlar, AzTU
Rəy yazın: