80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80) Bu gün tanınmış ictimai-siyasi xadim, millət vəkili, 40 ildən artıq "Gürcüstan" qəzetinə rəhbərlik edən səmimi insan, "Birlik" Cəmiyyətinin sədri Süleyman Əfəndi Süleymanlının 80 yaşı tamam olacaqdır.

Dünyasını dəyişməsindən
10 ay keçməsinə baxmayaraq bu gün də dünyanın müxtəlif bölgələrindən Süleyman Əfəndinin dostları zəng edərək onun dünyasını dəyişdiyinə inanmaq istəmirlər. Onun haqqında xoş xatirələr danışırlar.

Dünyada ən əziz varlıq kimi, mehriban, səmimi bir ata olub Dədəm. Süleyman Əfəndi! O, bütövlükdə ailəsinə, övladlarına, nəvələrinə qarşı çox mehriban idi. Nəvələri hər gün “Dədəm niyə gəlmir?” –deyə soruşurlar.Bu suala cavab vermək çox çətindir.

O, özü gördüyü əhəmiyyətli işlər haqqında danışmazdı. Təvazökarlıq mənəvi meyarı idi. Insanlar arasında mehribanlığı sevirdi, kin-küdurət ona yad idi.
Dünyanın əşrəfi olan insanda mənəvi dəyərlərin ucalığını görmək istəyirdi.
Dədəm bizim hər gün, hər saat, hər dəqiqə qəlbimizdədi.
Ay Dədə, yoxluguna inana bilmirəm, istəmirəm inanmag...

Leyla SÜLEYMANOVA.

REDAKSİYADAN:

Bəli, Leyla xanım, Siz həqiqətən də haqlısınız...
Bu gün əziz xatirəsini böyük hörmət və ehtiramla xatırlayıb qəlbən yad etdiyimiz Süleyman müəllim, həqiqətən də sözün əsl mənasında, MÜƏLLİM idi.
O, demək olar ki, son 50 ildə Gürcüstanda yaşayıb-yaradan soydaşlarımız arasında əlinə qələm alib yazı yazan hər birimizin müəllimi - Ustadı olub. Bizlər yazmağı məhz ondan və onun rəhbərlik etdiyi "Gürcüstan" qəzetindən öyrənmişik. İlk yazılarımız məhz "Gürcüstan" qəzetində çap olunub. Elə buna görə də, xüsusilə vurğulamaq istəyirəm ki, hələ ötən əsrin 80-ci illərində "Gürcüstan" qəzetini məktəb, hətta ali məktəb - universitet adlandıranlar heç də yanılmayıblar.
Deyərdim ki, hətta böyük bir universitetin görə bilməyəcəyi işin öhdəsindən "Gürcüstan" qəzeti tək başına gəlmişdir. Məhz "Gürcüstan" qəzetinin hesabına Gürcüstanda yaşayan soydaşlarımız öz ana dillərini nəinki unutmamış, əksinə öz ana dilimizi ədəbi və elmi cəhətdən daha da zənginləşdirmiş və inkişaf etdirmişlər.

Hələ ötən əsrin əvvəllərindən Gürcüstanda ana dilimizdə nəşrə başlayan və uzun müddət burada ana dilimizdə işıqüzü görən yeganə mətbuat orqanı olan "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetinə az qala yarım əsrə yaxın rəhbərlik etmiş
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80) Süleyman Əfəndi həm də ictimai xadim idi, o, uzun illər millət vəkili kimi öz ürərinə düşən vəzifənin öhtəsindən şərəflə gəlmiş, Gürcüstanda yaşayan soydaşlarımızın maariflənməsi yolunda əlindən gələni əsirgəməmiş, Gürcüstanda Azərbaycan mətbuatının, ədəbiyyatının və mədəniiyyətinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.

Bir sözlə, Süleyman Əfəndi xalqımızın ən DƏYƏRLİ ZİYALILARINDAN BİRİ idi...

(Soldan: Süleyman Süleymanov, Ələddin Həkimov, Mədəd Çobanov və Şahvələd Musayev...
Onlar 20 ildən sonra bir daha görüşdülər...)


80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)Elə buna görə də, mən hər dəfə Gürcüstana gedəndə mütləq çalışardım ki, Süleyman Əfəndiyə baş çəkəm. Hər dəfə də o, bizi gülərüzlə, olduqca səmimi və mehriban qarşılayardı... Sizlərə təqdim etdiyim bu foto-şəkil də məhz həmn görüşlərin birindən əziz bir xatirədir..

Amma təəssüflər olsun ki, ötən ilin yayında onun ölüm xəbəri bizləri sarsıtdı. Mən çalışdıqım qəzetdə Süleyman Əfəndi haqqında geniş nekroloq çap etdim və onun 40-da iştirak etməyi özümə borc bildim... Hər dəfə Gürcüstana getdikdə Tiflisdə görüşdüyüm Süleyman müəllimi indi doğma kəndində axtardım... Demək olar ki, Gürcüstanın hər yerindən məhz Süleyman müəllimə bu doğma kəndində rəhmət söyləməyi özünə borc bilərək yüzlərlə adam gəlmişdi... Elə mənim kimi...
Bəli, biz hamımız bu günümüz üçün məhz ona - Süleyman Əfəndiyə borcluyuq...
Allah ona rəhmət eləsin!.. Ruhu şad olsun!..
O, bizim qəlbimizdə əbədi olaraq həmişə yaşayacaqdır!..

Və aşağıda NAZİM BORÇALInın SÜLEYMAN ƏFƏNDİ HAQQINDA BİR XATİRƏsini dərc edirik.

Müşfiq BORÇALI,
ZiM.Az -ın baş redaktoru.



* * *

Süleyman Məhəmməd oğlu Süleymanov - Süleyman Əfəndi, Borçalının, Gürcüstanın görkəmli ictimai xadimi, uzun illər "Sovet Gürcüstanı" ("Gürcüstan") qəzetinin redaktoru(baş redaktoru) kimi fəaliyyət göstərdi. Sovetlər dağılıb, durum ağırlaşan dövrdə, qəzeti yaşatdı, təsadüfi cızma-qaraçılardan, "reket-jurnalistlər"dən qoruya bildi. "Gürcüstan", həmişə etalon ola biləcək əsl jurnalist yazıları ilə çıxdı. Süleyman Müəllimi Borçalıda tanımayan, sevməyən yox idi. Şəxsi tanışlığımız, ilk dəfə, bir tədbirdə gürcü dilində yazdığım yumoristik hekayəni oxuyarkən, hörmətli Jurnalistimizin təşəbbüsü ilə baş verdi. Çıxışımın sonunda, qarşımda onu görəndə, karıxdım. "Yazdığını mənə ver, oğul"-dedi.
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80) Mən əlyazmanı verməyə utandım, xəttim pis idi, üzrhaxlıqla, kiməsə verəcəyəm deyəndə, "Bəri ver, onların hamısı bizim qəzetdən oxuyurlar!"-dedi. Nə sözüm olasıydı, vərəqi verib, tez aradan çıxdım. Bir də xəbər gəldi ki, Süleyman Müəllim səni redaksiyaya çağırıb. Səhər tezdən qəbul otağının qabağını kəsdirdim. Məni kabinetə dəvət elədi. "Gürcüstan" qəzetinin zəhmi məni əzirdi. Bu yerdə, Süleyman Müəllimin unudulmaz, gözəl səsi gəldi: "Sənin kiçik həcmli satirik hekayələrini ("məzə" adı qoymuşdu), müntəzəm olaraq, çap etməyi qərara almışam. Hər həftənin birinci günü, Binnət Əlioğlu Tiflisə gəlir, ondan göndər. Əli Bəy Hüseynzadə Cəlil Məmmədquluzadəni kəşf elədiyi kimi, bəlkə mən də səni kəşf etmiş olacam"-deyəndə, lap ayağımın altından yer qaçdı. Mən doqquz-on yaşımdan Mirzə Cəlilin vurğunuydum, nə qədər oxumaq olardı, doya bilməzdim. İndi, əlbəttə, miqyasım lap xırda olsa da, sevincimdən az qala uçurdum. Dərhal: "Baş üstə, Süleyman Müəllim, çox sağ olun!"- deyib, təşəkkür elədim. Süleyman Müəllim: "Sən Culfaların hansı qolundansan?"-soruşdu. "Əzizkəndin (Yuanalı) Alget çayının o üzundəki Hacıisakənd (Hajılar) qolundanam"-dedim. "Yəqin bilirsən, mən sizin qonşu Kürtlər kəndindənəm, sizin o tərəfə, Ayvaz Dursun oğlu Həsənovun dayısı vəfat edəndə getmişəm. Alget çayı da bərk daşmışdı"-dedi. "Siz mənim atam İslam Əsgər oğlunun yasında olubsunuz"-deyə mütəəssir oldum. "Niyə "Culfalar" təxəllüsü götürdüyümü xəbər alanda, "əvvəlcə "əfəndi" təxəllüsünü götürmək istəyirdim, amma sizin Süleyman Əfəndi imzanızı görüb, o təxəllüsün mənə çox böyük olduğunu başa düşdüm, sevdiyim türk soyadı forması kimi indi qəbul elədiyimlə qane oldum. "Əfəndi mənim təxəllüsüm deyil"-Süleyman Müəllim bildirdi - "Soyum, nəslim əfəndilərdi. Hacı Əfəndini eşıtmisənmi?"-soruşdu. Necə yəni eşitməmişəm, Qazax, İncə mahalı, Astanbəyli Hacı Əfəndi ocağında olmuşam da! Atam, lap cavanlığından, hər il atla, ora ziyarətə gedərmiş. Bütün Borçalı, Qarayazı, Qaraçöp..., doğma Əzizkənd-Hacıların and yeri, Türfələr (Türbələr), ojax! Süleyman Əfəndi: "Atam Məhəmməd, Hacı Əfəndinin qardaşı oğludu"-dedi. Ay aman, Süleyman Müəllim, adi jurnalist yox, övliya bir şəxsiymiş! Ona görə millətin taleyinni bu qədər düşünür, Mirzə Cəlillər yetirməyə çalışır! O, sözünə davam edib: "Hacı Əfəndi həyat yoldaşı ilə söhbət edərkən, :"Məhəmmədi ilan vursun, tərsdi, razı omaz ki, yeganə qızımızı ona verərdik, yanımızda qalardılar"-deyir. Söz ağzından çıxan kimi, səhv etdiyini başa düşüb, dərhal yüyürüb Məhəmmədi axtarmağa başlayır, tapanda artıq ilan qardaşı oğlunu çalmışdı. Çox çətinliklə, zəhəri dəf eləyib, onu sağaldır. Sonradan, Məhəmməd başqa qızla evlənib Qazaxdan Borçalıya, Kürtlər kəndinə köçür"-deyib, gülümsündü. Əhvalat elə tutmuşdu ki, harda olduğumu da unutmuşdum. Beləcə, yumorum drama çevrilməkdəydi...
Uzun illərdi, uzaq Sibirdən Süleyman Əfəndini, onun Məhəmməd adlı, Peyğəmbər xasiyyətli oğlunu çox axtardım, əlaqə yaradammadım. Axırda Süleyman Müəllimin dünyasını dəyişdiyini eşidib inana bilmədim. Hələ də inanammıram. O, Əli bəy Hüseynzadə çəkili ziyalı idi, mən isə ona borclu ola-ola, borcumu, cüzi də olsa, ödəyəmməmişəm...
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Süleyman Səmədoğluna Başsağlığı

Süleyman Səmədoğluna Başsağlığı

Azərbaycan, Borçalı, Nekroloqlar
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

"Gürcüstan"
Müfti Hacı Salman Əfəndi  (1958)

Müfti Hacı Salman Əfəndi (1958)

Başkeçid
NAZİM MUSAYEVə BAŞSAĞLIĞI

NAZİM MUSAYEVə BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

AzTU
Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

AzTU, Turan
Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

"Gürcüstan", Tiflis, UNUTSAQ, UNUDULARIQ!....

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİ ...

Elm, Publisistika
ŞAMXƏLİL MƏMMƏDOV  (1965-2021)

ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021)

Başkeçid
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
Dilarə Süleyman Zahidqızı:

Dilarə Süleyman Zahidqızı: "Ay mənim yuxumu aparan adam..."

Müsabiqə
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Rəy yazın: