İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir

İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir
İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir İnnovasiya sahibkarlığına dövlət dəstəyi bazar islahatları dövründə böyük önəm kəsb edir və ölkənin innovasiya potensialının dağılmasının qarşısının alınmasında yeganə faktordur. İqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün lazım olan texnoloji islahatlar biznes və dövlətin elmi-texniki və innovasiya fəaliyyətinə şamil edilməlidir.

Azərbaycanda bu istiqamətdə bir sıra vacib addımlar atılır. Belə ki, startap inkubasiya mərkəzlərinin və bir sıra qurumların tabeliyində innovasiyalar agentliyinin yaradılması, Vençur kapitalının dövlət tərəfindən dəstəklənməsi, startap şirkətlərinin vergidən azadolma mexanizminin mövcudluğu startap hərəkatının getdikcə genişləndiyindən xəbər verir.

Təbii ki, Azərbaycan Texniki Universiteti (AzTU) bu hərəkatdan geri qala bilməzdi. Artıq bir neçə ildir ki, ölkəmizdə texniki ali təhsilin flaqmanı olan AzTU-nun tələbələri startap yarışmalarında qalib olurlar. Bir sıra fondlardan öz startaplarını maliyyələşdirmək üçün investisiya cəlb edirlər, hələ tələbə ikən innovativ şirkət qururlar. Bu proses ölkəmizdə biznesin, innovativ iqtisadiyyatın inkişafına təkan verdiyi kimi, həm də, tədrisin modernləşdirilməsinə, tələbələrin praktik vərdişlərdən yaranan iqtisadi, idari, texnoloji və İKT biliklərinə yiyələnməsinə xidmət edir. Təsadüfi deyil ki, AzTU-da 2018-ci ildə iki dəfə startap yarışları təşkil olunub. Ölkə səviyyəsində kifayət qədər yüksək imici olan “Startap günləri”, Azərbaycanda ilk dəfə bütün respublika startapçılarını bir araya gətirən və bir il davam edən “İdeyadan biznesə”, Azərbaycanla yanaşı dünyada da tanınan “Airospace” və bu kimi yarışlarda AzTU tələbələri qalib olub, mükafatlar qazanıblar.

“Startap günləri” yarışmasında 2 gün ərzində ölkənin ən məşhur və uğurlu mentorları, investrlar, müxtəlif qurumların təmsilçiləri AzTU startapçıları ilə görüşdü. AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şəxsən tələbələrlə görüşərək onların ideyalarını dinlədi, bu ideyaların biznesə çevrilməsi üçün startapçılara müvafiq tövsiyələrini verdi. Göstərilən diqqət və qayğının nəticəsi olaraq qısa vaxt ərzində 26 startap, bu startapları yaratmaq üçün komandalar formalaşdı. İki günün ərzində bu ideyalar mentorlar tərəfindən cilalandı və sonda bütün ölkəyə səs salan maraqlı layihə halına gətirildi. Hər biri özlüyündə innovativ yanaşma əks etdirən bu layihələr ekspertlərin qarşısında bir-biri ilə yarışdı və ən yaxşı üç layihə seçilərək qalib elan olundu. Qaliblər - “Smart Makeup” (bu mobil proqram ilə üzünüzə yaraşan makiyajı müəyyən edə biləcəksiniz), “E-diagnose” (bu mobil tətbiq xəstəliyin öncədən müəyyən olunmasını təmin edir) və “Asfalt enerji” (maşının ağırlıq qüvvəsini elektrik enerjisinə çevirir) startapları oldu və rektorun əmri ilə pul mükafatı ilə mükafatlandırıldı.

“Startap günləri” bitsə də AzTU-da startap hərəkatı getdikcə genişlənirdi. Cəmi iki ay sonra AzTU tələbələri respublika səviyyəsində keçirilən “İdeyadan biznesə” layihəsinə hazırlaşmağa başladılar. Xeyli sayda startap layihəsinin təqdim olunması və bu layihələrin hər birinin uğur qazanma ehtimalının yüksəkliyi ekspertləri çətin vəziyyətə saldı. Seçim etmək çətin oldu. Nəticədə AzTU “İdeyadan biznesə” layihəsində iki komanda - “Just” və “Eagle 2.0” ilə təmsil olundu. Nəzərə alsaq ki, “İdeyadan biznesə” layihəsində iştirak üçün respublika üzrə ümumilikdə 16 komanda seçilmişdi, AzTU startapçılarının nə qədər büyük bir uğura imza atdığını anlamaq olardı. Növbəti addım respublika finalı idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Fondu, Gənclər Fondu və digər mötəbər qurumların təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən respublika finalında AzTU startapçıları xüsusi ilə seçilirdi. Təhsil aldıqları universitetin təəssübkeşi olan tələbələr səhnəyə üzərində AzTU yazılan köynəklərlə çıxdılar və startapları haqqında dövlət məmurlarına, fonların nümayəndələrinə məlumat verdilər. Tələbələrin uğurlu çıxışları universitet rəhbərliyinin üzündə qürur, tədbirin digər iştirakçılarında isə gələcəyimizə inam hissi yaratmışdı.

AzTU startapçılarının uğurları davamlı oldu. “Just” və “Eagle 2.0” komandası Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”də iştirak hüququ qazandı. Komandaların startapları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) startaplar üçün ayrılan pavilyonunda uğurlu layihə kimi Prezident İlham Əliyevə təqdim olundu.

Sərginin ikinci, üçüncü və dördüncü günləri isə “Just” və “Eagle 2.0” komandalarının eyniadlı startap məhsulları investorlara və digər ziyarətçilərə təqdim olundu. Hazırda hər iki layihənin investisiyalaşma prosesi gedir. Yeri gəlmişkən qeyd etmək olar ki, “Eagle 2.0” layihəsinin dəstəklənməsi üçün rektor əvəzi, professor Xalıq Yahudovun əmri ilə komanda üzvlərinin hər birinə AzTU-nun büdcəsindən pul mükafatı ayrılıb.

Təbii ki, AzTU startapçılarının uğurları bunlarla bitmir. Bu ilin oktyabr ayında “Azərkosmos” ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında “CanSat Azərbaycan 2018” müsabiqəsi keçirildi. AzTU tələbələrindən təşkil olunan “Dragon of Space” komandası “Ən yaxşı mühəndislik həlli” nominasiyası üzrə müsabiqənin qalibi oldu və universitetə kubok, medal gətirdilər. Milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb edən bu müsabiqədə məhz “Ən yaxşı mühəndislik həlli” nominasiyası üzrə qalib olmaq böyük uğur hesab olunmalıdır. Qalib tələbələrlə görüşdə rektor əvəzi, professor Xalıq Yahudov bildirmişdi ki, Cənubi Qafqazda ilk peyki olan Azərbaycan dövlətinin kosmik sənayenin inkişaf etdirilməsinə xidmət edən bu layihə ilə bağlı tədqiqatlarının dərinləşdirilməsi istiqamətində universitet olaraq hər cür köməklik göstəriləcək.

Bütün bu uğurların nəticəsi və davamı olaraq yaxın zamanlarda universitetdə “AzTU Akselerator Mərkəzi”nin yaradılması planlaşdırılır. “AzTU Akselerator Mərkəzi”nin işi ilk olaraq AzTU tələbələrinin formalaşdırdığı və uğur qazanmış 10 startapı - “Wake Me Up”, “Enerji verən ayaqqabı”, “Eagle 2.0”, “Just”, “Miraculous Crystal”, “Dragon of Space”, “ Sağlam həyat”, “Smart Makeup”, “E-diaqnoz” və “Asvalt enerji” layihələrini inkişaf etdirmək və yeni startaplar, startapçılar formalaşdırmaq olacaq.

Qeyd edək ki, AzTU tələbələri tərəfindən yaradılan “Wake Me Up” layihəsinə İKT-nin İnkişafı Dövlət Dəstəyi Fondu tərəfindən qrant şəklində 10 000 (on min) AZN investisiya yatırılıb. Digər layihələrə isə bir neçə təşkilat və fonddan ümumilikdə 22 650 AZN investisiya yatırılıb. Layihələrdən bir neçəsi artıq real biznes subyektinə çevrilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU
AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AzTU-nun rektoru “AgroHackathon 2020” müsabiqəsində iştirak edən tələbələrl ...

AzTU-nun rektoru “AgroHackathon 2020” müsabiqəsində iştirak edən tələbələrl ...

AzTU
“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış ...

AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış ...

AzTU
UTECA-da

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçi ...

Gəncə, Digər ali məktəblər
AzTU-nun “Şən Hazırcavablar Klubu” qalib oldu

AzTU-nun “Şən Hazırcavablar Klubu” qalib oldu

AzTU
AzTU-da “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin təqdimatı keçiril ...

AzTU-da “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin təqdimatı keçiril ...

AzTU
AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında

AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında

AzTU, İdman
AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Digər bölmələr, AzTU
AzTU tələbələri “İstehsal texnologiyaları” təlim-təcrübə proqramını uğurla  ...

AzTU tələbələri “İstehsal texnologiyaları” təlim-təcrübə proqramını uğurla ...

AzTU
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU

"Şəxsi inkişaf məktəbi" adlı layihənin keçirilmə prosesi müzakirə edilmiş ...

AzTU
AzTU ilə “İdrak Texnoloji Transfer

AzTU ilə “İdrak Texnoloji Transfer" MMC arasında əməkdaşlıq memorandumu im ...

AzTU
TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

AzTU
AzTU-da I kurs tələbələri ilə görüş keçirilib

AzTU-da I kurs tələbələri ilə görüş keçirilib

AzTU
Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

AzTU
Rəy yazın: