Surxay Hatəm MÖVLAVERDİ (1966)

Surxay Hatəm MÖVLAVERDİ (1966)

Surxay Hatəm Mövlamverdi - 1966-ci ildə Şamaxı şəhərində anadan olub.

1985-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu,
daha sonra isə 1990-ci ildə Bilik Cəmiyyətinin
Express Universitetini bitirib.

“Həsrətinlə oyanan nəğmələr” kitabının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir, 2övladı var.




Şirvanlı qoca şair
 (qələm dostum Şair Pərviz Rəvaya)


Şirmayi əsasına söykənib, durdu, baxdı
Buxara papağını hamarladı başında
Çıxardıb eynəyini sildi, gözüne taxdı
Cəngavertək dayandı şairler savaşında.

***
Heyatin her uzunde kecib sinaqlarindan
Bir omru girov qoyub boyuk soz senetinde
Alib ulvi bir vuqar vetenin daglarindan
Etir sacib aleme seir seltenetinde.

***
 Perviz Reva,ureyi pambiqdan yumsaq insan
Her kelmesi,her sozu insana ruh getirer
Qelbinde mesken salib ilahi bir gozellik
Duygulari bahartek xos cicekler bitirer.
***
Indi cox qocalarin yadinda qalmir nagil
Eylesib  cayxanada baxir"Toy olsun"lara.
Yaddasini gundelik evez edir telefon
Oyresib gezsin arsiz haqqsiz qoy olsunlara
***
Sizki,omur yolunda vaxti vermediz bada
Tikdiz saysiz korpuler heyatin caylarinda
Qelem sahibi olmaq asan deyil dunyada
Sukur varmis qismetin ALLAHIN paylarinda.
***
Qarsimda goz yaslarin suzuldu gile-gile
Rehmete gedenimcin mene verdin teselli
Men dogmalar gormusem aglamir dogmasiycin
Bu yuxa ureyine daha da oldum belli
**
Kovrek qelbinle menim gozlerimde ucaldin
Bildim teze olacaq cennetdeki libasin
Kim kime xos soz deyir,yuksekde tutur adin
Demek o,anlamisdir bu heyatin menasin.
**
Indi tapmaq cetindir senintek mudrik qoca
Her emeli,her sozu,temiz olsun deyerli
Yasasin ureyinde gozel xeyallar uca
Nesihetli sozleri zulmet qovan seherli...
**
Felek cox insanlari getirse de aparar
Beser tapar ruzisin sevdiyi torpagindan
Asiq sevdiyi qizcin bir qonce gul qoparar
Bir gorus vedesine bu heyatin bagindan.
**
Sirvanli qoca sair, Surxay Senin onunde,
Ucaliqla tarazda cinar yaninda koldur
Agilli yaslilarin sozune ehtiyacim
Onlara cox hörmetim, xos sevgilerim Boldur....
  

Miqrant gəmiləri batır Egeydə

Bir miqrant gəmisi batdı Egeydə,
Sandım o gəminin içindəyəm mən.
Bir ömür hər yerdə ağı gileydə,
Dünyanın qovhaqov köçündəyəm mən.

Hər yerdə qırırlar müsəlmanları,
Harda müsəlman var müharibədir.
Tale bizə yazıb belə anları,
Bilmirəm ömürdə axı bu nədir...?

Atıb vətənini qaçır adamlar,
Bir tikə çörəyin pis ucbatından,
Dolanmaq,güzəran çəkilib ərşə,
İnsan zərbə alır yeddi qatından.

Düşmənlər göz dikib bol sərvətlərə,
Daşıyıb aparır obasın,elin.
Doğma yuvasından bezikib hərə,
İnsan qurbanıdır fitnənin,felin.

Rəngli inqilablar “Ərəb bahar”,
Durdu Yaxın Şərqin tamam qəsdinə.
İrakla Suriya tarimar oldu.
Dava neft üstündə,başqa qəsdi nə?!

Düşmən “Perşinq”lərin qanadlarında,
Bombalar gətirdi fəlakət dolu.
Talayıb aparır sərvətlərini,
Budur qazandığı qənimət yolu.

Üz tutur yadların dar qucağına,
Bir vaxt öz elində azadə gəzən.
İndi yad sularda boğulmaqdadır,
Müsəlman qardaşım bağrımı əzən.

Kim qaçar evindən, günü xoşdusa,
Yanında dilbilməz körpə balası..?
Əgər vətənində cibi boşdusa,
Ruzusuz bir insan necə qalası..?

Qurd qurdun balasın heç vaxt dişləməz,
İnsandı insana kəsilən qənim.
Gözləri doymayır yad ölkələrin,
Deyir müsəlmanın hər şeyi mənim.

Şərqin siyasətli baş liderlərin,
Düşmənlər aradan apardılar tez.
Bir evin böyüyü vəfat edərsə,
Soyuyar ocaqda tez kül olar köz.

Qəddafi qırx ilə qurduğu dövlət,
Düşmənin əli ilə uçdu,dağıldı.
Səddamın hünəri böyük şücaət,
Hələ oxunmamış sirli nağıldı.

Ölüncə çalmasın açmadı başdan,
Sevdi ərəbləri Yasir Ərəfat.
Nə qədər Fələstin işğaldadırsa,
Dedi:-“Yaylığımı açmaram heç vaxt!..”

Bir vaxt Napaleonun qoşunlarını,
Ərəblər əzmişdi döndərib muma.
Mərdi qova-qova namərd eyləyən,
Xainlər hazırdı xain hücuma.

Miqrant gəmiləri Egeydə batır,
İçində olanlar hamısı candılar..
Qəlbimdə iztirab,bir təşviş yatır,
Nə üçün qaçqınlar müsəlmandılar?...

Biz hara gedirik Yer kürəsində,
Hardan tapacağıq xoş səadəti?
Ey Tanrı hifz elə müsəlmanları,
Görməyək Egeydə batmaq adəti...


Salam Mirzə Ələkbər

Şairin anadan olmasının 155 illik yubileyinə


Sənin kimi sözü demək nəsib olmaz heç kəsə,
Milyon şair dayansa burda nəfəs-nəfəsə
Zaman salıb ruhumu sanki zülmət qəfəsə,
Bilmirəm, üzümüzə nə vaxt doğacaq səhər
Salam Mirzə Ələkbər.
***
Dediyin haqq sözlərin çox səslənir zamanla,
Sobamız qazla yanıb,sənin soban samanla.
Durduğun uca yerdən gəlib bizləri danla,
Silkələyib dünyanı yazdığın min-min əsər
Salam Mirzə Ələkbər.
***
Düzəltdiyin sabunlar yararlıydı hər işə,
İndi “sabunsuz” gedir kələkbazlar yürüşə,
Saxta südlər yaranıb,çoban getmir örüşə,
Çətin işlər düzəlmir bir sağ ola,öpüşə,
Xəcalətdən üzümü hər gün basır soyuq tər,
Salam Mirzə Ələkbər.
***
Gördüyüm Şirvan eli bu gün toy-büsatdadır,
Satılmış o “Rey”lərin dərdi məni çatladır.
Nəsiminin Hələbi indi batabatdadır,
Müsəlman dünyasında üstələyib haqqı şər,
Salam Mirzə Ələkbər.
****
Avtomobil minmişik növləri var min cürə,
Evdə it saxlayır bağlamırıq zəncirə,
Döyülən adamları bənzədirik əncirə,
Bilmirəm hansı üzlə sabaha gedir bəşər
Salam Mirzə Ələkbər.
***
Dediyin o qorxaqlar,çırmanar,çaya gəlməz,
İndi bir çox kişilər çağırsan toya gəlməz
Dostun Mirzə Cəliltək kişilər saya gəlməz,
uzaq zamanı görən insanlar heykəlləşər
Salam Mirzə Ələkbər.
****
Küftə basan mollalar yaşadı qəlbində dərd,
yaratdığın əsərlər elədi onları pərt,
Faciəli illərin ötüşdü olduqca sərt,
Ağıllı kəs həmişə gəzdirər salamat sər
Salam Mirzə Ələkbər.
***
Gəlmişik ziyarətə sənin ev muzeyinə
Tale adamı salır həyatın quzeyinə,
Kim heykələ gül qoyar,heç gələrmi eyinə?!
Səni sevir el-oba,bəxtəvərsən,bəxtəvər
Salam Mirzə Ələkbər.


İLAHİ TƏPƏ DÖYÜŞLƏRİ

Bu döyüşlər bu xalqçın asan gəlmədi başa,
Neçə-neçə igidlər üzdü qanlar selində.
Gücləndikcə bu xalqın yatmış intiqam eşqi,
Böyük matəm yaşandı düşmənlərin elində.

Düşmən səngərlərinə düşəndə güclü bomba,
Şəhid ruhu sevindi düşmənlərin yasında.
İgidlərin əzmiylə yelləndi bayrağımız,
İlahi təpəsində-Qarabağ havasında.

Məqsədimiz irəli,çatmaqdır Kəlbəcərə,
Bütün vətən torpağı yağılardan alınsın.
Haylayın igidləri,səfərbər olsun hərə,
Qarabağda möhtəşəm zəfər marşı çalınsın.

Yağı düşmən bilsin ki, torpaq vermərik ona,
İndi biz qüdrətliyik,Ordumuz var səfərbər.
Bütün müharibələr sülh ilə çatıb sona,
Qan axmasın bir daha,elə bundadır hünər.

Nə vaxtdır yol gözləyir gözəl diyarım Şuşa,
Hələ bu başlanğıcdır irəlidədir savaş.
Səbr etmişik əzabla neçə ötüşən qışa,
Vətən oğlu,İrəli,görünən dağları aş!

Ürəyim hökm eyləyir vuruş qisasını al.
Baş qaldırır sinəmdə güclü bir eşq,intiqam.
Qoy düşmənin ovqatın bürüsün pis-pis əhval
Azad olsun bu Vətən,işğalçılardan tamam.

Ruhlandırdı xalqımı ordumun şücaəti,
Bayraq həsrətindədir hələ Murov, Dəlidağ.
Vətən şəhidlərinə hər an deyək, rəhməti,
Qardaş gedək irəli, yerimizdə durmayaq.


Hacı

Görkəmli professor Seyfəddin Qəniyevə həsr olunur


Söz satmaq çətindi bu qıt bazarda,
Yoxdu Bəhlul kimi söz alan, Hacı.
Dəllallar tutulub pula azarda
Aldanar alanda düz alan, Hacı.
                    ***
Savadsız başını az əlləşdirib,
Dağları,gölləri gözəlləşdirib,
Balıqlı dəryanı özəlləşdirib,
Tapılmır yovşanlı düz alan, Hacı.
                    ***
Hamı asan işin qaçıb dalınca,
Koroğlu həsrətdi misri qılınca 
Sevinir çinlidən ərzaq alınca 
Gedib Masazırdan duz alan, Hacı.
***
Halal zəhmətlərin çatıbdı sonu,
Gəda var zəhmətsiz tapıb milyonu,
Qazanmır vətəndə ildə bir donu,
Bir vaxt kirpiyilə köz alan, Hacı.
                  ***
Biz görən zamanlar belə ötüşdü,
Qışda bostanlarda qarpız yetişdi.
Zamanın çarxına tamah ilişdi,
İndi min istəyir,yüz alan, Hacı.
                   *** 
Gələr süfrəsinə balı,qaymağı,
Ağlına gətirməz heç vaxt doymağı,
Öyrəşib  hər yerdə xalqı soymağı
Gürzə dayılardan güc alan, Hacı.
                 ***
Biz sənin güvəndik alim adına,
Vətən tarixini saldın yadına,
Bu ağır zəhmətin yanıb oduna
Qəlblərdə zirvətək ucalan Hacı.
               ***
Əsərlər  yazmısan aşıq sazından,
Elin baharından,yurdun yazından,
Nəcib adamların xoş avazından,
Qələmlə düşməndən öc alan Hacı.
             ***
Bütün tarixləri yazmaq çətindi,
Kim tarix yazırsa,qəlbi mətindi.
Hər cümlən Vətənə şücaətindi,
Döyüş səngərində qocalan Hacı.
                                               
ZiM.Az

Surxay Hatəm MÖVLAVERDİ (1966)


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                          ...

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı - ...

Köşə yazılar
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

Humanitar elmlər
Müfti Hacı Salman Əfəndi  (1958)

Müfti Hacı Salman Əfəndi (1958)

Başkeçid
Salam SARVAN:

Salam SARVAN: "ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏ..."

Poeziya, Müsabiqə
GETDİN SAVAŞA, ORXAN

GETDİN SAVAŞA, ORXAN

Qarabağ, Müsabiqə
Yunis Qaraxanov: QARAYAZIM!..

Yunis Qaraxanov: QARAYAZIM!..

Qarayazı, Müsabiqə
XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

Publisistika, Köşə yazılar
Səidə Əşrəfqızı:

Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA"

Müsabiqə
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
Valeh MİRZƏ: CAHANGİRİN ADIYLA QOŞADIR ABAZALLI

Valeh MİRZƏ: CAHANGİRİN ADIYLA QOŞADIR ABAZALLI

Regionlar
AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Arxiv, Müşfiq Borçalı
Sabir ŞİRVANın Yeni ŞEİRləri

Sabir ŞİRVANın Yeni ŞEİRləri

Azərbaycan, Poeziya

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
Pərvanə Zalamlı:

Pərvanə Zalamlı: "QƏLƏBƏ BİZİMDİR"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
MURAD ŞİRİNOV (1994)

MURAD ŞİRİNOV (1994)

Poeziya, Müsabiqə
Əmrah Kərimov:

Əmrah Kərimov: "Ondan xəbər gətir şair..."

Poeziya, Müsabiqə
Xatirə ömrü

Xatirə ömrü

Milli Məclis, Poeziya
RUHUN ŞAD OLSUN, HACI MİRZALI...

RUHUN ŞAD OLSUN, HACI MİRZALI...

Darvaz, Nekroloqlar
Yunis NOVRUZ:

Yunis NOVRUZ: "İndi köç qayıdan vaxtdı..." və yaxud: "Dahilər öləndən so ...

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Qabal
MİRZƏ MƏMMƏDHÜSEYN: Sınağın ardında zəfər gizlənir!..

MİRZƏ MƏMMƏDHÜSEYN: Sınağın ardında zəfər gizlənir!..

Poeziya, Müsabiqə
Rəy yazın: