Məhsəti ŞEYDA: "TANI MƏNİ ƏZİZİM..."

Məhsəti ŞEYDA: "TANI MƏNİ ƏZİZİM..." MƏHSƏTİ ŞEYDA ƏLİ QIZI

TANI MƏNİ ƏZİZİM...


Məni tanımırsan? tanı, əzizim...
Məhsəti Şeydayam yəni əzizim ...
Mahalım Borçalı, kəndim Faxralı
Bax budur sözümün canı, əzizim.
***

Əli Səngərlinin mən öz qızıyam,
Səmada parlayan Dan ulduzuyam.
Vətən eşqi ilə döyünür qəlbim,
Mən Türkəm ... Vətənin elə özüyəm ...
Bilməyənlər bilsin bunu, əzizim.


NƏ OLAR... RUHUMU İNCİTMƏ MƏNİM...

Nə olar... ruhumu incitmə mənim,
Neynəsəm özünə gələ biməyir...
Gülüşü gözündə canını verir
Sevinə bilməyir gülə bilməyir...

Nə olar... ruhumu incitmə mənim
Qovğasız canına gəl qovğa salma...
Yaşayan ölü tək dolanır sonra
İnsaf et ağlını əlindən alma...

Nə olar... ruhumu incitmə mənim
Sən onun qəlbini dara çəkirsən...
Hər anı cəhənnəm yaşayır elə
Əlinlə ömrünü gora çəkirsən...

Nə olar... ruhumu incitmə mənim
Ruhumun səninlə işi yoxdur ki ...
Başına dolanır pərvanə təki
Payızdır ... şaxtası ... qışı yoxdur ki ...

Nə olar... ruhumu incitmə mənim
Cilovla könlünü... tox tut nəfsini...
Viranə eyləyib xəyallarını
Öldürmə... ruhumun sən EŞQ həzzini...

Nə olar... Ruhumu incitmə mənim
Neynəsəm özünə gələ bilməyir!..

19.02.2015

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: