Jurnalist Zülfüqar Xeyirxəbər Prezidentə müracət edib

Jurnalist Zülfüqar  Xeyirxəbər Prezidentə müracət edib Dəyərli həmkarlarım, bilirsiniz ki, imkanlarım daxilində hər bir dostumuza probleminin işılqlanadırlmasında əlimdən gələni etmişəm. Mənzilə ehtiyacı olan həmkarlarımın problemini həmişə gündəmdə saxlamışam. 2002-ci ilin noyabr ayında Qafqaz Reportyorları İctimai Birliyi adından jurnalistlərin mənzil problemini ilk dəfə gündəmə gətirmişik, 157 jurnalistin imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət etmişik. Təklifimiz çox müsbət qarşılanıb və uzun müddət bu məsələ gündəmdə olub. İndi mənim Sizin yardımınıza ehtiyacım var. Cənab Prezidentə mənzil problemimin həlli ilə bağlı müraciət etmişəm. Xahiş edirəm müraciətin yayılmasına yardım edin. Bu mənim üçün ədalətin sınaq dövrüdü. Öncədən təəşəkkürlər.

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

1997-ci ildən mətbu fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm.
2003-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Şərq” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır. Belə bir gələcəyə inanaraq nə vaxtsa Azərbaycanda jurnalistlər üçün dövlət dəstəyi ilə yaşayış binasının tikilməsi təşəbbüsünü də 2002-ci ildə bir qrup həmkarımızla birgə ilk dəfə biz irəli sürmüş və 157 jurnalistin imzası ilə Ulu Öndərə müraciət etmişdik. Sizin dəstəyiniz sayəsində bu arzumuz 2013-cü ildə reallaşdı. İllərlə evsizlikdən əziyyət çəkən Azərbaycan jurnalistlərindən böyük bir qrupu onlar üçün inşa edilmiş yaşayış binasında mənzil sahibi oldu. Birinci dəfə bu imkandan bəhrələnə bilmədiyimdən bütün ümidlərimi bu il təhvil veriləcək ikinci binaya bağladım.

Möhtərəm cənab Prezident!
20 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişəm. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2008-ci ildə Reportyor İnformasiya Agentliyini təsis etmişəm. Maliyyə problemlərinə görə agentliyin fəaliyyəti dayansa da, hazırda agentliyə məxsus RePost.Az saytı fəaliyyət göstərir. Eyni zamanda 1 milyondan çox oxucusu olan BAKU.WS saytında redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram.

Zati-Aliləri!
1992-cı ildən bəri – düz 25 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 43, böyük oğlumun 17 yaşı var. Onun Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur.

Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun.


Dərin ehtiramla,
Zülfüqar Xeyirxəbər

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanın Baş Naziri Zati-aliləri cənab Giorgi Qaxariyaya

Gürcüstanın Baş Naziri Zati-aliləri cənab Giorgi Qaxariyaya

Rəsmi Xəbərlər, Gürcüstan, Təbriklər
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Rəsmi Xəbərlər, Turan
Akademik İsa Həbibbəyli mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlə ...

Akademik İsa Həbibbəyli mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlə ...

"Zirvə"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Əsas xəbər, Rəsmi Xəbərlər
BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

Əsas xəbər, Azərbaycan, Siyasət

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Qarabağ, Başkeçid
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
Nə xoş ki, belə bir parlaq şəxsiyyət Azərbaycana rəhbərlik edir...

Nə xoş ki, belə bir parlaq şəxsiyyət Azərbaycana rəhbərlik edir...

Azərbaycan, MEDİA, Təbriklər
Müdrik lideri olan xalq xoşbəxtdir

Müdrik lideri olan xalq xoşbəxtdir

AzTU
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Mehriban xanım Əliyevanı təbrik edirik!..

Mehriban xanım Əliyevanı təbrik edirik!..

Rəsmi Xəbərlər, Təbriklər
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
Rəy yazın: