AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..
Bu gün sevimli həmkarımız,
istedadlı qələm dostumuz,
"Şərqin səsi" qəzetinin redaktoru
Murtuz Fərhadoğlunun ad günüdür!..

Murtuz Fərhad oğlu Məmmədli 3 dekabr 1967-ci ildə
Ulu Bor­çalı ma­halının qədim Başkeçid ra­yonundakı
Qı­zıl­­­­kilsə kən­dində dünyaya göz açıb.
1991-ci ildə S.S.Orbeliani adı­na
Tbi­lisi Döv­lət Pedaqoji İnstitutunun
Azər­baycan dili və ədə­biyyatı bölməsini bitirib.
Doğma kənd­lərində müəllim və
«Yurd­daş» qə­zetinin Gür­cüstan üz­rə
xüsusi müxbiri işləyib.
Ba­kı­ya köçdükdən sonra bir müddət
«Azərbaycan yol­ları» qə­­zetində çalışıb.
Hazırda “Şərqin səsi” qəzetinin redaktorudur.
Hələ tələbəykən şeirləri mətbuat səhifələrində
tez-tez gö­rü­nən Murtuz Fərhadoğlunun
«Eloğlu, yur­duna qayıt» adlı ilk şeirlər kitabı
1990-cı ildə Tbilisinin «Etrad» nəş­riy­yatında
işıq üzü görüb.
Kitab iki hissədən ibarətdir. Bi­rinci hissədə müxtəlif məz­munlu və bir-birindən maraqlı 112 bənd bayatı, ikinci hissədə isə şairin müxtəlif illərdə qələmə aldığı şeirləri ve­rilmişdir. «Eloğlu, yurduna qayıt» şeiri ilə açılan bu böl­mədə özünə yer tapmış şeirlərin əksə­riyyyəti kökümüzə, ruhumuza, aşıq havalarımıza köklən­miş­dir.

Tərk eyləmə öz yuvanı,
Söndürmə gur çırağını,
Sevindirmə yad-yağını,
Eloğlu, yurduna qayıt!

Vətənimdir əzəl gündən
Doğulduğum Qızılkilsəm.
İnsaf eylə, köç etmə sən,
Eloğlu, yurduna qayıt!

Nə edibdir bu yurd sənə,
Tapşırırsan özgəsinə?
Gəl səs verək haqq səsinə,
Eloğlu, yurduna qayıt!

Doğmaların qəbirləri
Arxaya səsləyir səni,
Tək qoymayaq bu elləri,
Eloğlu, yurduna qayıt!


- deyən şair şeirlərində Vətən məhəbbəti, torpaq, yurd sev­gisi, el-oba qayğısı xüsusilə diqqəti cəlb edir. «Vətən dərdi», «Dağlar», «Dəymir», «Dərdi ümman olan xalqım», «Dəy­məz», «Dünya», «Ağlama, ana, ağlama» və s. şeirləri bu qəbildəndir.
Hələ orta məktəb illərindən ürəyinin çırpıntılarını poetik dildə söy­lə­mə­yə ça­lı­şan gənc müəllif indiyədək qoşma, gə­raylı və bayatılarından ibarət söz çə­ləngi yaratmışdır. Onun şeirlərində, xüsusilə də «Hicran», «Səndən qeyri­sini sev­­mə­yə­cəyəm», «Bu gün sənin nişanındır», «Bilsəydim qar­şım­da ayrılıq du­rur», «Məhəbbət», «Yuxumda sən mə­nimsən» və s. kimi məhəbbət möv­zu­sun­da yazılmış şeir­lərin­də, şair Rafiq Hümmətin qeyd etdiyi kimi, süjet və mis­­­raaltı melodiyalar sintetik şəkildə qovuşaraq, ürəyə və dilə yatımlı səslə­nir.
Murtuz Fərhadoğlunun diqqəti cəlb edən «Qorxuram»«Dünya» şeir­ləri şair Rafiq Hümmətin təqdimatı ilə birgə «Gür­cüstan» qəzetinin 16 iyul 1991-ci il tarixli sayında işıq üzü görmüşdür. «Dünya» şeirində oxuyuruq:

Qardaş, itib haqqın yolu,
Mərd olub namərdin qulu,
Dünya haqda ağız dolu,
Yüz də desən, inanmaram.

İnam yerimiz hac olub,
Kim tox olub, kim ac olub,
Başqasına möhtac olub
Sayəsində dolanmaram.

İl pis gəlir ili-ildən,
Vaxtsız düşdü saçıma dən,
Hər nə gördüm, dünya, səndən
Mən gizlədib dananmaram.


Murtuz Fərhadoğlunun «Ziya» (Bakı) qəzetinin 10 sentyabr 1992-ci il tarixli sayında işıq üzü görmüş «Türk övladıyam», «Göz­ləmə»«Aman Allah!» sərlövhəli şeirləri də maraqlıdır:

Babək nəvəsiyəm, nənəmdi Həcər,
Düşmənin önündə sına bilmərəm.
Oğuz nəslindənəm, oğuz oğluyam,
Ulu əcdadımı dana bilmərəm…

Vəfalı dostuyam vəfalı dostun,
Doğmanın doğması, yadın yadıyam.
Qoy bilsin düşmənim, eşitsin yağı -
Borçalı oğluyam, türk övladıyam.


və yaxud:

Dağlar başı duman oldu,
Könül evim xırman oldu,
Dost dediyim düşmən oldu,
Aman Allah, aman Allah!

Başdan aşır dərd-sərimiz,
Yadın olur öz evimiz,
Nələr görür gözlərimiz,
Aman Allah, aman Allah!


Bəli, ustad demişkən, bu da həqiqətdir ki, şeir - is­tedad və elmdən sava­yı, həm də dözüm, mətanət, yanmaq-ya­xıl­maq sevir. Murtuza zərif sənətin sirli və dolanbac ke­çid­lə­rin­dən məharətlə keçib, poeziyanın baş keçidinə çat­ması üçün bütün bu keyfiyyətləri arzu edirik. Şeirlə­rində məna yü­kü­nün, deyim tərzinin sadəliyinə və səmi­miliyinə riayət edən gənc şairin söz kəhkə­şanının sirlərinə bulunub vaqif olması üçün irəlidə hələ bütöv bir şair ömrü var. Bu ömrü yaşa­maq­da Murtuz qardaşı­mıza uğurlar dilə­yirik!..

AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..P.S.:

Fürsətdən istifadə edərək,
Murtuz qardaşımızı
Ad günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır
və aşağıda
onun bir neçə şeirini
oxucularımıza
ərmağan edirik!..

Müşfiq BORÇALI.

(Bax: Müşfiq Borçalı.
Sazlı-Sözlü Başkeçid.
3-cü cild. Bakı, 2016.
səh.659-671.)



Murtuz Fərhadoğlu BAŞKEÇİDLİ :

Gələndə arxamca ağladi Şindi...

​​Gələndə arxamca ağladi Şindi,
Elim haray cəkdi, toprağim dindi.
Nə vaxtdi cixmişam, yəqin ki, indi
O doğma obalar unudub məni.

Olmadi bu elin dərdini duyan,
Olmadi kimsəyə yurd dərdi əyan,
Meşələr qoynunda gur-gur cağlayan
Nəğməli bulaqlar unudub məni.

Yenə də xəyalim yurduma varmiş,
Yurdda kecən ömrüm nə bəxtiyarmiş...
Hər bir qarişinda izlərim qalmiş
Cicəkli yaylaqlar unudub məni.

Taleyin hökmünə qol cəkir zaman,
Bir yanda gün doğur,bir yanda duman,
Yaniqli-yaniqli boylanib baxan
Başi qarli dağlar unudub məni.

Həsrətin qilinctək bağrimi deşib,
Sənə məhəbbətim qanima kecib.
Qadasin aldiğim anam BAŞKECİD-
Demə Fərhadoğlu unudub məni...

BU DƏRDLƏRLƏ
ÖLMƏDİM...


Nələr çəkdim bu dünyada, ilahi,
Nələr gördüm, niyə gördüm, bilmədim.
İllər boyu yaş axitdim gözümdən,
İllər boyu sevinmədim, gülmədim.

Düşünürdüm, kədər hara,mən hara!
Dərdlər məni gətirəndə zinhara.
Nə yaxşi kİ, bildirmədim dostlara,
Nə yaxşi ki, dostlarimla bölmədim.

Ömrüm boyu zülüm çəkdim, çalişdim,
Yatanda da dərdlərimlə danişdim,
Şam olsaam da,axiracan alişdim,
Külək vurdu, tufan oldu, sönmədim.

Zalim mənim od qaladi belimdə,
Layla bitdi,aği bitdi dilimdə
Hər bir dərdi dəfn elədim qəlbimdə,
Qəribədi, bu dərdlərdən ölmədim.

Kimə qalar dünya-sənə,mənəmi?
Hər bir dərdə sipər etdim sinəmi,
Yalanamsa gəl dilimdən as məni,
Bu dünyada yaxşi heç nə görmədim,
Mətinəmmiş, bu dərdlərdən ölmədim....


NƏĞMƏ DE

Dostum,qardaşim RAFİQƏ


Sazina-sözünə qurban,a Rafiq ,
Götür telli sazi,telə nəğmə de,
Dağlarin qoynunda yerləşən kəndə-
Doğma məmləkətə,elə nəğmə de.

Yaman darixmişam Qizilkilsəmçün,
Dostum,tanişimçün,kimi-kimsəmçün,
"Yurd yeri" üstündə,doğma yerlərçün,
Ucalt öz səsini zilə,nəğmə de.

Bürüsün aləmi çal-çağir səsi,
Ucalsin göylərə saz təranəsi.
Gözəldir hər sözün öz ifadəsi-
Dinib-danişdiğim dilə nəğmə de.

Yurdumun bu günü,əzəli gözəl,
Yayi bir cənnətdi,payizi xəzəl,
Yazda meh düşəndə çəməni bəzər,
Çəmənə nəğmə de,gülə nəğmə de.

Vətən arxalanir həmişə mərdə,
Başi qarli dağlar dözürmü dərdə?
Yəqin ki,azalib kef çəkənlər də,
Bulaq üstə qalmiş külə nəğmə de.

Çixsam Kərə dağa,qaynayar qanim,
Bağlidir Şindiyə ürəyim,canim,
Yiğişib qoynuna Leyləkuçanun
Mizraba nəğmə de,telə nəğmə de.

Keçmişi düşünüb,ürəyim inlər,
Dönüb xatirəyə o keçən günlər,
Yurdu unudanlar yurda dönsünlər-
Gəlsinlər imana-dinə,nəğmə de.

Sönməsin yurdumun odu,çiraği,
Heç vaxt əskilməsin elin qonaği.
Yenə yada düşdü o " Daş bulaği",
Qəlbim cuşa gəldi yenə,nəğmə de.

Gözəldir kamanim,gözəldir tarim,
Sizintək dostlardir dövlətim,varim,
Murtuzam,ən böyük arzum,muradim-
Yurda dönəcəyim günə nəğmə de....
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: