Xalidə İlyasqızı TURANLI (1958)

Xalidə İlyasqızı TURANLI (1958) Əliyeva Xalidə İlyas qızı - 1958-ci il fevralın 8-də vətənimizin gözəl və qədim guşələrindən biri olan Qəbələ şəhərində dünyaya göz açıb. Ədəbiyyata marağı hələ uşaq yaşlarından onub. Orta məktəbdə ikən şeprinə görə hədiyyə verilən kitab onun ən əziz xatirəsidir! Hələ ən kiçik yaşlarından "Dünya" şeirini yazmışdır. Xalidə xanım 1977-ci ildən, oxumağa gələndən Bakı şəhərində yaşayır. 1991-2001-ci ilədək 1 saylı Yeniyetmələrin Yaradıcılıq Mərkəzində müəllimə işləyib. On bir illik pedoqoji fəaliyyət ona uşaqlar, yeniyetmələr haqqında da çox şeyi daha yaxından öyrənmək şansı verib ki, bu da uşaq şerlərinin də yaranmasına təkan olub. 1987-ci ildən şeir və məqalələri dövrü mətbuatda mütamadi olaraq çap olunur. Dəfələrlə radio efirlərində və televiziya ekranlarında səslədirilib! Hələ Sovet dönəmində şeirləri "Ulduz", "Elm və həyat", “Göyərçin", "Sehirli dünya", Məhsəti" jurnallarında "Şəfqət", "Kredo","Ozan"qəzetlərində və s. mətbu orqanlarında çap olunmuşdur. Bundan başqa "Məhsəti şairlər məclisi"nin "Məhsəti" jurnalında, "Hur heykəli" toplusunda, "Dirili Qurbani" məclisinin "Bənövşə çələngi" (2 ciliddə),"Qələm" toplusunda, "Abşeron inciləri", “Aşıq Pəri İnciləri", ideya müəllifi olduğu "İslam inciləri" almanaxlarında şeirləri dərc olunub. “Məhsəti” Ensiklopediyasında şair xanımın yaradıcılıq fəaliyyəti işıqlandırılıb.
"Qalım "toplusundakı şerinə görə "Fərqləmə diplomu" ilə təltif olunub. Hazırda da müxtəlif mətbuat orqanlarında şer və məqalələri çap olunur. Bundan başqa öz ictimai fəaliyyətinə görə (əsgərlərlə qocalar və uşaqlarla görüşləri olur) bir neçə diplomlarla təltif olunub. Vətən haqqındakı serlərinə görə beş diplom, "Məhsəti" diplomu, "Vətən naminə","Müdafiə Nazirliyinin "Fəxri Fərmanı", “Xanqızı Nətavan", "Qaratel", "Zəka və Ülviyyət", Qardaş Türkiyənin radiolarında səslənən şerlirinə, mətbuatında işıqlandırılan şerlərinə görə "Türkiyə Sevdası", "Vətən Həsrəti", "Dostluq Məşəli” və s. diplomlarla təltif olunub. "Aşıq Pəri" məclisinin iştirakçısıdır, Məhsəti şairlər məclisinin çəkilişlərində yaxından iştirak edir.
1996-cı ildə "Kəpənək qanadlarında çırpınan ürək "adlı ilk kitabı işıq üzü görüb. 2014-cü ildə "Mən niyə ürəkdən gülə bilmirəm", "Könlümün dedikləri" adlı iki kitabı oxucuların ixtiyarına verilib.
2020-ci ildə çap olunmuş "YAŞIL İŞIQ" antologiyasının redaktor işi, tərtibat və "Ön söz" də Xalidə xanıma aiddir.
Çox istedadlı qələm səhibi şairə Xalidə xanımın hazırda üç kitabı çapa hazırlanır.
O həm də fəal ictimaiyyətçidir. "Dirili Qurbani", “Məcumeyi-şüəra","Məhsəti" və s. məclislərin üzvüdür.
Üç kitab müəllifi, şairə Xalidə İlyasqızı (Daşcalı) Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Qızıl Qələm" Media Mukafatı laureatıdır.
Üç uşaq anasıdır. Hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir.

Biz də Xalidə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az



AZƏRBAYCANIM

Ana vətən, Azərbaycan,
Sənə qurban olsun bu can.
Səninüçündür bu dərd, ələm,
Bu təlaşlar, bu həyacan.
***
Yaşa, yaşa Azərbaycan,
Azad yaşa, Azərbaycan,
Babəkin var, Koroğlun var,
Neçə igid, zor oğlun var!
***
Mehdin, Həzin, Poladıntək,
Alov, atəş, qor oğlun var!
Yaşa, yaşa Azərbaycan!
Azad yaşa Azərbaycan,
***
Qoynun olsun daim gülşən,
Övladların yaşasın şən.
Sevinc olsun sənə düşən,
Yaşa, yaşa Azərbaycan.
Azad yaşa Azərbaycan.
***
Sazlı-sözlü bir aşıqsan,
Ay-ulduzlu nur, işıqsan!
Sən dünyaya yaraşıqsan!
Yaşa, yaşa Azərbaycan!
Azad yaşa Azərbaycan!
***
Yaradanın, quranın var
İslam dinin, Quranın var,
Keşiyində duranın var,
Yaşa, yaşa Azərbaycan
Azad yaşa Azərbaycan!


AZƏRBAYCANIM!

Müstəqilliyin əbədi olsun. Amin.

Azərbaycan!
Sən, hünərdən yaranmısan!
Azərbaycan!
Sən, təpərdən yaranmısan!
Azərbaycan!
Sən, zəfərdən yaranmısan!
Sənin oğlun nər igiddi!
Gör neçəsi vətən üçün
canın qıyan mərd şəhiddi!
Torpağını suvayıb öz al qanıyla!
İgidlərin qorumaqçün sərhəddinə
alınmayan qala çəkdi!
Öz canıyla!
Qızlarınsa güllər əkdi!
Hər ikisi vətəninə keşik çəkdi.
Hər bir zaman çekəcək də!
Sənsən mənim canda canım,-
Yenilməz Azərbaycanım!
Sən elə bir ucalıqsan!
Enməzsən heç!
mübarizsən öz yolundan,
dönməzsən heç!
Torpağını düşmənlərə,
verməzsən heç bölməzsən heç!
Çünkü sənin torpaqların müqəddəsdir!
Çünki sənin çox qədim bir tarixin var!
Əbədiyyət qazandıran!
Onunçün də yaşayarsan!
Ölməzsən heç!
Azərbaycan!
Canımda can!
Azərbaycan!
Qanımda qan!
Azərbaycan!
Elin ilə,bayrağınla qoşa-qoşa,
Yaşa-yaşa, Azərbaycan!
Yaşayacaq Azərbaycan!


BAYRAĞIMIZ

Axan şəhid qanımızdan yaranıb,
Ay ulduzlu, üçrəngli bayrağımız.
Göy rəng bizi birləşdirib əbədi,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.
***
Tanrı sevən yaşıl İslam rəngidir,
Bu üç birlik dünyanın ahəngidir,
Qanımızı coşduran himn, "Cəngi"dir,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.
***
Yüksəlişi daimi, əbədidir,
O sancılan yer Tanrı məbədidir,
Tükənməyən zəfərlər mabədidir,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddos, saf bayrağımız.
***'
Dünya sənə xor baxanı qınadı,
İgidləri mübarizə sınadı,
Qartal Azərbaycanımın qanadı,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.
***
Namərdlərdən, nadanlardan öc alıb,
İgidlərin zəfərindən güc alıb,
Qəhrəmanlıq qanı ilə ucalıb.,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.
***
Öz çiyninə ağır yüklər götürüb,
Bu vətənim qərinələr ötürüb,
Gör neçə Mübariz, Ramil yetirib,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.
***
Günü-gündən artacaq növrağımız,
Zirvələrdir daima oylağımız,
Enən deyil,bu şanlı bayrağımız,
Salacaq dünyaya səs bayrağımız,
Əbədi, müqəddəs, saf bayrağımız.


AZƏRBAYCAN VƏ TÜRKİYƏ

İki dövlət bir millət var,
Azərbaycan və Türkiyə!
Ayrılmayan qardaşdılar,
Azərbaycan və Türkiyə.
***
Atatürklə,Məmmədəmin,
Türkə yaratdılar zəmin!
İnanıb oldular əmin!
Azərbaycan və Türkiyə!
***
Dini birdir, dili birdir,
Ayı, günü, ili birdir,
Bağ-bağçacı, gülü birdir.
Azərbaycan və Türkiyə!
***
İgid ata-babası var,
Milli geyim, əbası var,
Qəhramanlıq ədası var,
Azərbaycan və Türkiyə.
***
Bir-birinə dayaqdılar,
Yol göstərən mayakdılar,
Keşikdədir, oyaqdılar,
Azərbaycan və Türkiyə.
***
Birdir bax,səhər-axşamı,
Onları bil,sevir hamı!
Ərdoğan ilə İlhamı,
Azərbaycan və Türkiyə!
***
Bir-birindən güc aldıqca,
Düşmənindən öc aldıqca,
Yaşayacaq ucaldıqca,
Azərbaycan və Türkiyə!


YARIDAN MƏNİ

Gözlərim giryandı, ürəyim nalan,
Fələkdir dərd-qəmdən yarıdan məni.
Şirin arzularla coşub-çağladım,
Qəm əridib, şamtək yarıdan məni.
***
Həsrətin qəlbimi qarsa, neylərəm?
Getməli olsam mən Qarsa, neylərəm?
Yollar çiskin,duman,qarsa,neylərəm?
Tufan döndərəmməz yarıdan məni!
***
Qəlbimə nisgili axandı yenə,
Dostun yada salıb,ax,andı yenə.
Unudub günahı,ax,andı yenə,
Yarı qəbul evlə, yarı, dan məni.
***
Sanki,susamısan sən qana-qana,
Bax, gözünü tutan sən qana-qana,
Yaxşını pis saydın, sən qana-qana,
Xalidə, yet kama, yarıdan məni!


AYRILIQ DƏRDİ

Nə məni danışdır, nə məni dindir,
Cahan dərdlərini çiynimə mindir,
Soruşsan hansı dərd daha dərindir,
Gələr ürəyimdən ağrılı bir səs:
Ayrılıqdan betər dərd ola bilməz!
***
Gör, nə kələk açdı başıma fələk,
Baxmadı bu cavan yaşıma fələk,
Hicranı çıxartdı qarşıma fələk,
Bir də çatan deyil dadıma heç kəs,
Ayrılıqdan betər dərd ola bilməz!
***
Dil-dil ötə-ötə susan dil oldum,
Qönçədən çıxmamış solan gül oldum,
Gülünü sar almış bir bülbül oldum,
Yaralı könlümdə can verir həvəs,
Ayrılıqdan betər dərd ola bilməz!
***
Üzümə baxana görünsəm də şən,
Canım çıxa bilmir qəm tünlüyündən,
Sevinc deyilənə tamarzıyam mən,
Daha məndən ötrü cahan bir qəfəs,
Ayrılıqdan betər dərd ola bilməz!
***
Kimsədə görmədim vəfa,etibar,
İçimdə yay günü at oynadır qar,
Xalidə,dərmanın inanmıram var,
Kefim çalxalanıb durula bilməz,
Ayrılıqdan betər dərd ola bilmez!


YETİNCƏ ÜZƏM

Binədən dünyada mən bir yad adam,
Ruhum göylərdədir, özüm ad-adam.
Uzaq dəryalarda qalıb yad adam,
Tanrı rüsxət verə,yetincə üzəm....
***
Özümü yandıran atəşəm,odam,
Qamlər yığnağıdır qaranlıq odam.
Gözümə dağ olub o həyət,o dam,
İstədim gülləri qönçəkən üzəm...
***
Xalidə, məğrursan, dağsan, qalasan,
Yaşa saf adınla,daim qalasan,
Əbədi sönməyən ocaq qalasan,-
Ömrü də möhtaclıq yetincə üzəm.


VƏTƏNİN KÜSKÜN BƏNÖVŞƏSİ

Tez duyuldu bu yaz bənövşə ətri.
Dedi,bir yol gəlib məni yoxlayın.
Ey vətən övladı harda qalmısız,
Ətrimiz yayılıb gəlin qoxlayın.
Dağları əriməz qar alıb qalıb.
Bizim də səbrimiz daralıb qalıb.
Həsrərdən çol-çəmən saralıb qalıb.
Bir az kökümüz var, gəlin saxlayın.
Ətrimiz yayılıb gəlin, qoxlayın.
Vətən günahsıztək düşüb qəfəsə,-
Torpaq da həsrətdir isti nəfəsə.
Düşmən birdə düşməz belə həvəsə,-
Nankorun köksünü gəlin oxlayın.
Ətrimiz yayılıb gəlin qoxlayın!
Ah-nalə, göz yaşı içib boyatdıq!
Bağrıqan torpağı dərddən oyatdıq
Övladın gözləyən tənha "soyaddıq"
Xalidə,bu həsrət yurdu yoxlayın,-
Sizin bənövşəyik, gəlin qoxlayın.


KİTAB

Hər evdə,hər yerdə əziz tutular,
Misilsiz inci var, adı kitabdır!
Ölməz xəzinədir, tariximizdir!
Yazardan insana sanki,xitabdır!
***
Qoruyar köksündə çox həqiqəti,
Əsrdən-əsrə yolu uzanar,
İnsanı öyrədər, yol göstərər o,
Darda köməyə əl-qolu uzanar!
***
Nur saçıb yolunu işıqlandırar,
Qaranlıq yollarda yaşıl işıqtək!
Sirli sualların cavabı onda,-
Sənlə söhbətləşər yaşlı,uşaqtək!
***
Köksü dürr,incidir,ruha qidadır,
Hər kitab döyünən ürək yaşadır!
Həmdə alınmayan sirli qaladır,
Bükülməz diz,sınmaz bilək yaşadır!
***
Keçmişdən bu günə nur paylayandı,
Həqiqət qoruyan düzə həyandı!
Möcüzəylə dolu sirli ümmandı,-
Alimdi,müəllimdi bizə həyandı!
***
Kitab and yerimiz,inanc yerimiz,
Gör neçə hikmətlər bəsləyir kitab!
Həm Tanrı,həm bəndə sözün yaşadıb,
Saflığa hünərə səsləyib kitab!


BAĞIŞLA BU DÜNYANI!

Ulu tanrı, çox gözəl yaratmısan!
Günahsıza bağışla bu dünyanı!
Dualarla günahları əfv eylə!
Yu, tərtəmiz, yağışla bu dünyanı!
Ey Allahım, bağışla bu dünyanı!
***
Çox gözəldir, çayın-bulağın dağın!
Günü gündən gözəl idi növrağın,
Yenə gələr, ötən o gözəl çağın,_
Dəyiş,gözəl naxışla bu dünyanı!
Ey Allahım, bağışla bu dünyanı!
***
İnsanlara rəhm.insaf,iman ver ,
Körpələrə yaşamağa aman ver.
"Fırtınalar gəmisi"nə liman ver,
Yaşat saf bir axışla bu dünyanı!..
Ey Allahım, bağışla bu dünyanı!
***
Dərdim bənzər silahlanmış qoşuna!
Az ömrümün çoxu getdi boşuna!
Qəzzəblənmə,dünya gəlsin xoşuna,
Dəyiş bircə çaxışla bu dünyanı!
Ey Allahım, bağışla bu dünyanı!
***
Bu möcüzə dünyamızın dərdi nə?
Sən bilirsən əlac eylə dərdinə!
Ay Xalidə, gül gözlədin dərdin nə?
Süzdün heyran baxışla bu dünyanı!..
Ey Allahım, bağışla bu dünyanı!...

ZiM.AZ

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: