TELLİ SƏNƏMİN YENİ ŞEİRLƏRİ

TELLİ SƏNƏMİN YENİ ŞEİRLƏRİBIRCE GUNLUK ANAM OL

Bu seiri Xanim anaya hesr edirem.

Oxsasin sacimi isti ellerin,
Bas qoyum dizine xatirelerin.
Qapisi baglanar qemin,qeherin,
Ana,birce gunluk anam ol menim.

Yene hesret sehi yanaga hopdu,
Omrumun hem solu,hem sagi qopdu.
Kohne yaralarin qaysagi qopdu,
Ana ,birce gunluk anam ol menim.

Goruse yollanan yollarim oldu,
Boyuna uzanan qollarim oldu.
Gulleri saraldi,baharim oldu,
Ana,birce gunluk anam ol menim.

Ismarinc eyleyir Telli bu setri,
Men uca saxladim bu uca xetri.
Yagir uz-gozunden Borcali etri,
Ana,birce gunluk anam ol menim.

Bu qoca dunyaya emanet eyle ,
Omrumu omrune doqma ad eyle.
Gotur misra - misra her gun yad eyle
Bu deli konlumun ,deli esqini .

Gelmisem omrune gelecek kimi ,
Bextever - bextever gulecek kimi .
Qoxla lecek - lecek bir cicek kimi ,
Bu deli konlumun , deli esqini .

Ayriliq sozunu cirpiram dasa ,
Ruhum xeyalinla durub bas - basa.
Basib oz baqrina gul kimi oxsa ,
Bu deli konlumun , deli esqini .

Hesretin mehinden sizlayir yaram ,
Canim bu dunyada tapmadi aram .
Telliyem men sene baqislayiram ,
Bu deli konlumun , deli esqini .

ANAM, AY ANAM

təcnis


Çox illər keçsə də ayrılığından,
Çıxmırsan yadımdan anam, ay anam.
Elə istəyirəm hər hara getsəm,
Səni xatırlayıb anam, ay anam.

Ay qemli ureyim, az sızlda, yan,
Hezin bulaq kimi ax, sizil , dayan.
Sənin həsrətinden hey sızldayan,
Zamanam, vədəyəm, anam, ay anam.

Getdiyim yol olubdumu heç kəsə,
Qəm dilimi bacarıbmı heç kəsə ?
Mən Telliyəm, ömrüm boyu heç kəsə,
Vermədim mən təəssüb, a nam, ay anam


SƏNƏM DƏ MƏNƏM
Eziz dostlar ilk defedir ki tecnis yaziram ...Nese duz olmasa cox uzerime gelmeyin..

təcnis


Qəlbi eşqlə, məhəbbətlə döyünən,
Elə Telli də mən, Sənəm də mənəm.
Bu bal dodaqların, ay ömrüm - günüm,
Gəl şəhdi - şirəsin sən əm də, mənəm.

Alov nurdu, alov işıq, alov dan,
Məqamında qismətini al ovdan.
Məndə olan bu atesden, alovdan,
Axtarma başqa bir Sənəmdə, mənəm.

Dəryayam, sənindi bu ada, eşqim,
Şair etdi məni bu ad, a eşqim.
O qədər böyükdü bu ada eşqim,
Sənəm məndə deyil, Sənəmdə mənəm.

Daqilib daqlara dumanin saci ,
Beyazliq buruyub yali , yamaci .
Eynine geydiyin yasil yapinci ,
Omrune bezrkdi , bezek , Sahdaqi .

Zirveler esqiyle yasayir konul ,
Ozunde dunyani dasiyir konul .
Seni neqme - neqme oxsayir , konul ,
Her sozum cicekdi , cicek , Sahdaqi .

Hicran ellerimi uzdu dozumden ,
Kuleyin astaca opdu uzumden .
Esqim cicekleyib dasdi gozumden ,
Hesretle cirpinir urek , Sahdaqi .

Sozun tonqali tek alisir sinem ,
Her misram alovdu , cetinki sonem .
Borcali qizidir bu Telli Senem ,
Ezelden kovreyem , kovrek , Sahdaqi .

ZiM.AZ

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: