VƏTƏNİ SEVMƏK, İMANDANDI...

VƏTƏNİ SEVMƏK, İMANDANDI... Müsabiqə üçün

Bu məkan nə gözəldi,ətraf nə işıqlıdı,bu səslər necə həzindi,rahatlayıcıdı.Bu torpaq nə yumşaqdı, necə çəkicidi, necə istidi. Baş qoyub dincəldiyim,ətrindən bihuş olduğum sinə necə həlimdi,nə mehribandı.Göylərdə sayrışanlar necə parlaqdı, rəngi necə gözəldi.Mən hardayam, bu gözəlliyin adı nədi... görəsən.
Mən kiməm, niyə gəldim bura,Doğulduğu məkanı,yeridiyi torpağı,baş qoyduğu sinənin sahibini tanımaq istəyən oğlandan gəldi bu sual. Cavab gecikmədi.Gəldiyin məkanın adı dünyadı oğlum.Ayaq qoyub yeridiyin məkan torpaqdı,isti qoynunda böyüdüyün,südündən əmib dirçəldiyininsə adı anadı.Səni dünyaya gətirən odu. Qayğını çəkən, ağrılarına dözən, kipriyi ilə od götürüb səni boya başa çatdırandı o.Sən həmişə ona borclusan,sən həmişə ona itaətdə olmalısan.
Bəs ondan müqəddəs yoxdurmu, deyə sordu oğlan.Var oğlum, ondan müqəddəsi tək Vətəndi.
O ananında anasıdı, hamımızın anasıdı.Onu qorumaq,sevmək,itaət etmək elə həm də ananı qorumaq deməkdi.Ana və vətən eynidi,ayrılmaz nəsnələrdi.Onları ayırmaq günahdı.Lap desəm cinayətdi.Oğlan sevindi.Suallarına cavab tapdığı üçün rahatlandı.Heyranı olduğu dünyanın,vurğunu olduğu məkanın,canı kimi sevdiyi məxluqun adını öyrəndiyindən xoşhal oldu.Şükranlıqlarını əsirgəmədi.Nə yaxşı dünya adlı bu cahana gəldim,nə gözəl ki,bu isti torpağn ətrini və dadını duydum.Nə xoş ki,anamın həniri ilə isindim, böyüdüm və anlaqlı oldum.Və söz verdi oğlan And içdi.
Söz verdi ki,Onu işıqlı dünyaya gətirən anasını bir ömür boyu sevəcək, qulluğunda duracaq,anasının anasını-vətəni göz bəbəyi kimi qoruyacağ,keşiyini çəkəcək.1964-cü ildə yanvarın 29-da gəldiyi işıqlı dünyanı vicdanla,namus və ləyaqətlə yaşayacağı vədini də verdi,və tutdu.Tutdu sözünü.Böyük arzu və amalla həyat yolçuluğuna çıxan Vaqif Əhmədov arzularına doğru ümid və inadla irəliləməyə başladı.Orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram- rejissorluğu fakültəsinə sənədlərini verdi və imtahandan müvəfəqiyyətlə keçib qəbul olundu.Və həyat adlı bir məkana vəsiqə qazandı həm də. Böyük səhnələrdə yeni-yeni aktyorlar yetişdirmək, əsərlər səhnələşdirmək arzularının ən ülvisiydi.

Və bu arzuyla özü üçün xeyli xəyallarda qurdu Vaqif.Amma,sən saydığını say,gör fələk nə sayır deyirlər.Fələk yox yağılar pis saydılar.Qonşu torpaqlara göz dikdilər və silahlanıb hücuma keçməyə başladılar.Belə bir məqamda Vaqif kənarda dura bilərdimi,seyirçi kimi yaşamağa davam etməyi qüruruna sığışdırdımı?Yox əlbəttə.Durmadı da.Gəncliyinin ən qaynar çağında, tələbəlik illərinin ən unudulmaz məqamında,zaman və şəraətin ona nəsib etdiyi daha bir səhnədə rol almağı vacib bildi.O səhnənin ən kiçik qəhrəmanı olmaq belə şərəf idi Vaqif Əhmədov üçün.
Beləcə Yağının torpaqlarımıza hücum etməsi Vaqifin sənət və həyat yolunun istiqamətini də dəyişdirdi.Körpəliyində verdiyi söz, içdiyi anda sadiq oldu.Yolçu yolda gərək deyib də tələbə yoldaşları ilə vidalaşdı. Qaynar bölgəyə döyüşə yollandı.Cəbhəyə, kişilik ,mərdlik və igidlik məktəbinin məzunu olmağa getdi.
2-ci Bakı könüllüləri batalyonunun tərkibində Goranboy rayonunun azğın və murdar erməni yağılarından təmizlənməsində qəhrəmanlıqla döyüşdü.Bundan sonra onların Batalyonu Tərtər istiqamətində,Ağdərə rayonunun düşməndən azad edilmiş Talış kəndi ətrafında mövqe tutdu.İyunun 21-23 də Madagiz kəndi uğrunda qanlı döyüşlərdə iştirak etdi və yağılara unuda bilməyəcəkləri bir dərs verdi.
Döyüş yoluna uğurla başlaması ona evə istirahətə getmək şansı da qazandırdı. Komandirlərinin israrlı təkidinə baxmayaraq istirahət növbəsini təxirə saldı.Vaqif Ağdərəni düşməndən təmizləyək, sonra istirahət edərəm dedi.Elə həmin gün axşam saatlarında məlumat gəldi ki,Ağdərə uğrunda həll edici döyüş başlanır.Sevincdən ürəyi atlandı Vaqifin,bu yerləri yağlardan təmizləməyin hüzurunu yaşamağa hazırladı könlünü.Və yaxşıca hazırlaşdı qanlı döyüşə.İyunun 3-də dan yeri söküləndə,sübh ala toranında döyüşə atıldı yoldaşları ilə.Vaqif və dostlarının göstərdiyi rəşadət erməniləri vahiməyə saldı.Baxmayarq ki,düşmən texniki təminat baxımından onlardan çox üstün idi. Amma az döyüş sursatı ilə yağıya ağır zərbələr vurmağa bacaran el oğulları, sonacan dayanmanın mümkünsüzlüyünü anladılar.Müvəqqəti geri çəkilmənin vacibliyini dərk etdilər. Yenidən güc toparlayıb geri qayıtmaq məqsədini qarşılarına qoyan döyüşçülər,geriyə qayıdarkən düşmənin zirehli texnikadan açdığı güllə yağışına düşdülər.Zalımların açdığı atəş Vaqifi ağır yaraladı.Yarasının ağır,ağrılarının güclü olması onu narahat etsə, bu anda beynindən bircə fikir keçdi.
Necə olur olsun,düşmən əlinə keçməmək. Yağı əlinə keçməyi isə şərəfinə və qüruna sığışdırmadı.Mən söz vermişəm vətən uğrunda əsir yox,şəhid olacam dedi.Dərindən nəfəs aldı.Və həyatını qaraldan qərara imza atdı.Əlində qalmış sonuncu qumbaranı sinəsinə sıxdı. Deyəsən rahatlandı axı.Hə hətta Dodağına xəfif gülüş də qondu. Dünyanı anlamaq istədiyi zamanlar göz önünə gəldi.Yenə gözəlləşdi dünya gözündə eynən körpəliyində olduğu kimi..Yenə ayaq açıb gəzdiyi topağın bihuşedici ətri gəldi burnuna.
Yenə sinəsində dincəldiyi hənirin istisi gəldi bədəninə..Gülümsündü.Anası nurlu çöhrəsi ilə dayanıb ona baxırdı.Baxdıqca baxdı övladına.Əyildi Vaqifinin önündə,həyatım,övladım,uzanma bu torpağın üstündə, soyuqlayarsan,başını dizimə qoy,rahat uzan,canım qurban olsun sənə.Əyilib onun üz-gözündən öpdü.Ana neynirsən? Əyilmə ana, qurbanın olum əyilmə.Qışqırdı Vaqif.Qeyri-ixtiyari qışrıdı.Anasına Var gücü ilə qışqırdı.İlk və son dəfə olaraq qışqırdı sevimli anasına.Get ana dedi,get evimizə.Məndən nigaran qalma.Mən gələcəyəm.Mənə rahatdı buralarda.Bu ellər,bu yurdlar mənim elimdi,oylağımdı,vətənimdi.Bu torpaq yağının yox mənimkidi.Səninkidi,bizimkidi ana.Get,get deyirəm, düşmən səni əyilən görməsin.Yoxsa rahat olmaram burda.Yoxsa rahat uyuya bilmərəm get,ana get.Və asta-asta son dəfə özünü toparlayıb gözlərini açdı,ki,görsün anası getdi ya yox. Və rahatlandı. Anasının astaca, usdufca uzaqlaşdığını gördü, Rahat oldu. Və gözlərini əbədilik həmişəlik yummağa çalışdı.Qaranlıqsa asta-asta, aram-aram gəldi gözlərinə. Göylərə baxdı,Vaqif. Sayrışan ulduzları,bədirlənən ayı gördü, gözünə yenidən işıq gəldi. Sevindi,körpə kimi atılıb düşmək keçdi könlündən nə gözəldi bu yerlər, nə gözəldi bu məkan, nə yaraşıqlıdı bu dağlar, qayalar, düzlər dedi.Ağrı,acıları da çəkildi,yox oldu.İlahi bu nə gözəllikdi, bu nə laləzarlıqdı mən hara düşdüm,mən hara gəldim deyə ətrafına boylandı.. Mən axı indi qan içində olmalıydım. Mən axı parça-parça didilməliydim deyə nəfəs almağa çalışdı.Yox nəfəsim yerindədi.Əllərini yoxladı,yox onlarda yerindədi ki.Bəs ayaqlarım,mənim ayaqlarım necə oldu..Ayaqlarına əl gəzdirdi, o da yerindəydi...

Onda gözlərim,yoxdu, görmürəm, deyə düşündü. Yox axı görürəm. Bəs onda mən. Birdən, birdən yağıya əsir düşmüş olaram. Sarsıldı.. Ağlamaq tutdu tutdu onu.. Yox o bu ağır yükü çəkə bilməzdi. Bəs. Bəs. Bəs. Mən axı ölmək istəyirdimmmmmmm. Sızıldadı, göynədi Vaqif. Bu an qulağına xəfifi bir səs gəldi. Vətən uğurunda ölənlərə öldü deməyin. Onlar hər zaman diridilər.Şəhidlər heç vaxt ölmürlər.Onlar Yaradanın yanında qərarlaşırlar. . . Sən ölməmisən,sən dirisən, sən şəhidsən.Sən uca və ucalıqlardasan övladım...

Vaqif qanadlandı sanki.Uçdu,uçdu.Dodaqlarında pıçıltıyla bu ifadələri söyləyə bildi.Torpağm sənin uğrunda can vermək şərəfdi mənə.Sən mənə can verdin,sən mənə ruh verdin,mən canımı sənə fəda etməzmiydim Vətənim.Mən qanımla suvardım torpağımı suvardım ki,o yerlərdə igidlər bitsin, qəhrəmanlar yetişsin. Haqqım halal torpağım, haqqını halal et vətənim,dedi. Və səssizliyə,əbədiliyə qovuşdu Vaqif Əhmədov.Bir gəncin həyatı da belə bitdi. Bir igidin həyatı belə başladı.

Elşən Elmanoğlu (Şirbağırov),
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
“kino və televiziya” fakültəsi, “televiziya rejissoru” ixtisasi üzrə
IV kurs tələbəsi



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BİR FİLMİN SONU KİMİ

BİR FİLMİN SONU KİMİ

Müsabiqə
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
KÜBRA MUSAYEVA (2010)

KÜBRA MUSAYEVA (2010)

Nəsr, Müsabiqə
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Unutsaq, unudularıq!

Unutsaq, unudularıq!

Sumqayıt
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
PƏRİXANİM MİKAYILQIZI:

PƏRİXANİM MİKAYILQIZI: "YARİMÇIQ QALMIŞ SEVGİNİN NOTLARI" (Hekayə)

"Elm və Təhsil", Nəsr, Müsabiqə
SAĞ QALMAĞIM TANRININ LÜTFÜDÜR

SAĞ QALMAĞIM TANRININ LÜTFÜDÜR

Publisistika, Müsabiqə
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
Rəna Abdullayeva:

Rəna Abdullayeva: "DİQQƏT!.. İLK DAYANACAQ ŞƏHİDLƏR XİYABANI, İLK GÖRÜŞ AT ...

Nəsr, Müsabiqə
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema)

Qarabağ, Poeziya
MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

ŞƏHİDLƏRİMİZ
ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
İlkin Qazi:

İlkin Qazi: "BUĞDACIQ VƏ BƏNÖVŞƏ" (Hekayə)

Naxçıvan, Nəsr
NƏĞMƏ OXUYAN ŞƏHİDİM - XUDAYAR YUSİFZADƏ

NƏĞMƏ OXUYAN ŞƏHİDİM - XUDAYAR YUSİFZADƏ

ŞƏHİDLƏRİMİZ, Müsabiqə
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
Rəy yazın: