AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİBAMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB 2017-ci il Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.

O, əvvəlcə AMEA-nın müxbir üzvü Cəfər Qiyasiyə 75 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bidiriblər ki, tədbirdə AMEA-nın Ümumi yığıncağının 29 aprel 2016-cı il tarixli qərarının icrası haqqında məlumat verilib. "AMEA Rəyasət Heyətinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında" qəra­rının müvafiq bəndləri üzrə bir sıra mühüm işlərin görüldüyü nəzərə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində qarşıya qoyduğu vəzifələri və müəyyən etdiyi prioritetləri rəhbər tutaraq "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsinin hazırlandığı qeyd edilib. Sənədin layihəsi Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunub. Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla layihə yenidən işlənilib və razılaşdırılması üçün müvafiq nazirliklərə təqdim edilib. Nazirliklər tərəfindən verilən rəy və təkliflər nəzərə alınıb. Rəyasət Heyətinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə layihə bəyənilib və baxılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

Vurğulanıb ki, 2016-cı ildə aktual elmi və texnoloji problemlərin həllinə, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində multidissiplinar tədqiqatların aparılmasına yönəlmiş elmi tədqiqat proqramlarının maliyyələşdirilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qərarların icrası təmin edilib.

"Müstəqillik yollarında - 25" kitabının hazırlandığı, həmçinin ölkə başçısının 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncamından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" və "Multikulturalizm: meyillər və reallıqlar" kitablarının nəşr olunduğu, AMEA-da "Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirildiyi diqqətə çatdırılıb.

Hesabat ilində informasiya texnologiyalarının tətbiqinin aktual məsələlərinin araşdırıldığı, biliklər cəmiyyəti şəraitində müəllif hüquqlarının, intellektual mülkiyyətin qorunmasının aktual məsələləri, o cümlədən plagiatlıq, piratçılıq, vərəsəlik, habelə elmin kommersiyalaşdırılması, patentləşdirmə, intellektual mülkiyyətin sığortalanması məsələləri ilə bağlı mövcud problemlər, İnternet mühitində bu məsələ ilə bağlı yaranan əlavə çətinliklərin araşdırıldığı, Azərbaycanda müvafiq problemlərin həllinə dair təkliflərin irəli sürüldüyü qeyd olunub. Bildirilib ki, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində "Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması (Nizami layihəsi)" üzrə bir sıra işlər görülüb, ölkənin hərbi sənayesinin inkişafı və müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində elmi tədqiqat işləri genişləndirilib, müvafiq elmi müəssisələrdə yeni yüksəkməhsuldar bitki sortlarının yaradılması üzrə molekulyar və genom seleksiyası, bitki genomlarının oxunması, biomüxtəlifliyin mühafizəsi, münbitliyini itirmiş torpaqların bərpası və məhsuldarlığının yaxşılaşdırılması, balıqçılıq və kənd təsərrüfatı heyvandarlığı sahələrində təhlükəsiz ərzaq məhsullarının yaradılması, yeni qida əhəmiyyətli bitki növlərinin introduksiyası istiqamətlərində innovativ multidissiplinar tədqiqatlar aparılıb.

Ötən il elm və təhsilin, ümumilikdə elmi-texniki sferanın normativ-hüquqi bazasının hazırlanması istiqamətində bir sıra işlər görülüb, normativ-hüquqi sənədlərin bu sahədə qəbul olunmuş aktlara və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması işləri davam etdirilir.

Bildirilib ki, humanitar və ictimai elmlər sahəsində aparılan elmi-tədqiqat işlərində azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliğinə böyük diqqət yetirilib, Azərbaycan tarixinin elmi nəzəri-metodoloji əsaslarına yenidən baxılıb, Azərbaycan tarixinin yeni konsepsiyası yaradılıb.

AMEA-nın innovasiya fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib və bu sahədə innovasiya yönümlü qurumlarla əməkdaşlıq genişləndirilib. Akademiyanın elmi müəssisələrində elmin kommersiyalaşdırılması, elmtutumlu məhsulların istehsalı, ideyaların praktikada tətbiqi istiqamətində fəaliyyətlərini artırmaqla büdcədənkənar əlavə maliyyə vəsaitinin cəlb edilməsinə nail olmaq üçün məqsədyönlü işlər aparılıb.

Məruzədə AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən xüsusi təyinatlı işlərin genişləndirildiyi, istehsal olunan malların dünya bazarına çıxarılması üçün məqsədyönlü işlərin aparıldığı qeyd olunub. Vurğulanıb ki, zavodda 60 çeşiddə sürtkü yağları, yuyucu vasitələr və digər məhsullar istehsal olunub.

Bildirilib ki, alimlərimiz BAK-ın (Böyük Adron Kollayderi) ATLAS və ALİCE layihələrində fəal iştirak edirlər. Hazırda 22 azərbaycanlı mütəxəssis Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır. Onlardan dörd nəfəri eyni zamanda ATLAS layihəsi çərçivəsində Avropa Nüvə Tədqiqatı Mərkəzində (CERN) fəaliyyət göstərir, iki mütəxəssis isə ALİCE layihəsi çərçivəsində CERN-də tədqiqat aparır.

Rəyasət Heyəti yuxarıda sadalanan və qeyd olunan digər məsələləri nəzərə alaraq AMEA-nın Ümumi yığın­cağının 29 aprel 2016-cı il tarixli qəra­rının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib. Başa çatdırılmamış işlərin cari ildə davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.

Sonra cari ildə AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələlərinə baxılıb. Akademiyanın 2016-cı ildəki fəaliyyətinə həsr olunacaq tədbirin bu il aprelin 28-də, AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə, vitse-prezidenti, İctimai, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibləri vəzifələrinə seçkilərin keçirilməsinə dair Ümumi yığıncağın isə mayın 2-də keçirilməsi qərara alınıb, gündəliklər təsdiq edilib.

İclasda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri elan edilib. Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.

Tədbirdə AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinin də adları açıqlanıb. Fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyevin AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayevin AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanovun AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayevin AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatları ilə təltif olunması haqqında qərar qəbul edilib. Bundan başqa, akademik Vaqif Fərzəliyev AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı, akademik Vasif Babazadə AMEA-nın Akademik Musa Əliyev adına mükafatı, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın professoru elmi adını almaq üçün müsabiqənin elan edilməsi haqqında olub. Akademik Akif Əlizadə bildirib ki, "Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adı Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli qərarı ilə təsis olunub.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti müsabiqənin keçirilməsi, bununla bağlı mətbuatda elanın dərc olunması və digər məsələlərlə bağlı müvafiq qərar qəbul edib.

İclasda "Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi metodikası" təsdiq edilib, bununla bağlı AMEA-nın elmi müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyəti akademik Akif Hacıyevin 80 illik yubileyi münasibətilə bu ilin 6-8 dekabr tarixlərində "Riyaziyyat və mexanikanın müasir problemləri" adlı beynəlxalq konfransın keçirilməsi, həmçinin Neft-Kimya Prosesləri İnstitutunda Beynəlxalq əlaqələr, Ədəbiyyat İnstitutunda Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbələrinin yaradılması, Geologiya və Geofizika İnstitutunun yeni strukturunun təsdiqi, Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərarlar qəbul edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Elm
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
Rəy yazın: