"MƏDƏNİ NİYYƏT”

"MƏDƏNİ NİYYƏT” Birbaşa mətləbə keçəcəm.

Dünən yolda gedərkən məndən irəlidə gedən ictimai nəqliyyat hesab olunan avtobusun pəncərəsindən düz üstümə yarımçıq qazlı içki butulkası atıldı.
Bəxt də məndə özünü ən yüksək formada göstərdiyi üçün butulka başı aşağı bir şəkildə boynuma düşdü.
Söydüm, necə lazımdısa o cür söydüm.
Əccəb də elədim söyməkdə.
Amma məni narahat edən başqa məsələdir.

Daha doğrusu ayırd edə bilmədim ki, bu hərəkət məqsədli bir şəkildə oldu ya yox?
Tutalım ki, onu atan şəxs güzgüdən məni görürdü və bunu bilərəkdən etdi.
And içirəm ki, bilərəkdən etsəydi onu söyməzdim ya da indiki kimi qınamazdım.
Çünki normalda bu cür hərəkət bir qisas xarakteri daşıyardı. Yəni onu atan adamın mənimlə bir qəsdi-qərəzliyi olmalıdır ki, ”baş”ıma bu oyunu gətirsin. Amma, təəssüf və yenə də təəssüf ki, bu məqsədli bir şey deyildi. Çünki belə halları mən, yalançılar sözü olmasın, hər gün görürəm. İşiqforda dayanan avtomobilin pəncərsəsindən küçəyə atılan hər bir tullantı onun və bizim mədəniyyətimizin hansı səviyyədə olmasının göstəricisidi.Demirəm ki,küçəni zibilləmə. Çünki bunun cavabı artıq verilib. Qardaşımız qayıdıb deyəcək ki, ”mən küçəni zibilləməsəm,oranı süpürənlər işsiz qalacaq”. Ay sənə çörək verəndən tutmuş,səni bizə “urcah” edənə kimi hamsına lənət olmuş biqeyrət! Atma da, atma, qoy o işsiz dediyin adam acından ölsün,amma sən atma. Qoy o işsiz dediyin adam gedib dilənsin, amma sən atma. Bu cür özümüzə bəraət qazandıra-qazandıra hər şeyimizi itiririk axı. Öz sahib olduğumuz dəyəri itiririk,mədəniyyətimizi itiririk,abrımızı-həyamızı itiririk.

Qanunla da bir çıxış yolu yoxdu ki,adam lazımı qurumlara müraciət eləsin. Qanun dedi ki, ”ictimai yerlərdə siqaret çəkmək qadağandır”. Qardaşımız elə bir çıxış yolu tapdı ki,and olsun Allaha gedib iki əllərimlə əlini sıxdım. Normal həcmli siqaretin başından kəsib,onu ovuca sığan bir şəklə gətirdi və heç nə olmamış kimi ovucunu dayadı dodaqlarına. Arabir tüstü görünürdü, onu əl hərəkətləri ilə o yan bu yana qovurdu. Oskarlıq bir ideyadı, amma şərəfsizlikdi. Amma alçaqlıqdı, amma biqeyrətlikdi.

Yaxud,elə şeylərə dəyər verib tanıdırıq ki,sonradan baxanda özümüz özümüzə şok təsiri bağışlayırıq.Sosial şəbəkəni tamamilə zəbt edən “fəhlələrüyüy” mövzusu hamıya tanışdı. Təsəvvür edin,siz bir oğrusunuz.Oğurluğun balacası və böyüyü olmur,oğurluq oğurluqdu.Və hansısa bir "ehtiyac ucbatından etmişəm" kimi ifadələr də oğrunu heç də bu ləkədən xilas etmir.Mənim də ehtiyacım var.O demək deyil ki,gedib oğurluq eləməliyəm!

Sözüm onda deyil. Son günlər artıq bu mövzu sözün əsl mənasında məni həyatdan iyrəndirib. Çaşırsan birinin yanında nəsə söz deyəsən,o dəqiqə adam yumor bacarığını qoyur ortaya "yoo,biz fəhləyüy". Hə, di gəl hamı gülsün, sən gülmə. Onda da deyilir ki, "guya sən bombasan da" və s. Ay mənim dəyərli millətim,ay mənim gözünə döndüyüm Qarabağ sevdasında olan "ne qodnu qardaşlarım", ay mənim dərdi başından aşan hüznlü xalqım,vallah ucuz görünürük. Vallah utancverici görünüruk.Bir mövzu bu qədər ucuz və "dərin" ola bilərmi? Adam artıq sosial şəbəkə fenomeninə çevrilib ee. Reklamlara, verilişlərə dəvət alır. Nəyin sayəsində? -"oğurluq etməyi ilə". Gəlin indi, mənim 7-17 yaş arası sosial şəbəbəkə soydaşlarım, bundan qəşəng nümunə götürün...

Qınamıram e. Biz özümüzü bilirsiz nə vaxtdan itirmişik? –Sabirin “Hophopnamə”sinə tum büküb satandan.
Sabirinin qədir qiymətini bilməyən bir cəmiyyətə heç vaxt deyə bilməzsən ki, “küçəyə zibil atmaq mədəniyyətsiliyin göstəricisidi”.
Çünki o artıq tumları yedikdən sonra əlindəki “Hophopnamə”ni büküb,zibil şəklində pəncərədən atır.

Vaxtınızı aldığım üçün üzr istəyirəm.

Özününüzü qoruyun!..


Nihat PİRİYEV,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: