YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...
TƏBRİK
EDİRİK!..


Mənim üçün
olduqca əziz və
doğma olan
"Gürcüstan" qəzetinin
bütün yaradıcı heyətini
qəzetin
nəşrə başlamasının
95 illik Yubileyi
münasibətilə
ürəkdən və
səmimi qəlbdən
təbrik edirəm!..

Öz adımdan, eləcə də ailəmiz və çalışdığım kolletkiv adından,
xüsusilə də atam - professor Mədəd Çobanovun adından,
"Gürcüstan" qəzetinin Baş redaktoru,
Gürcüstanın Əməkdar jurnalisti, çox hörmətli İSLAM ƏLİYEV başda olmaqla
"Gürcüstan" qəzetinin hər bir əməkdaşına və
ona dayaq olan hər kəsə uzun ömür, möhkəm cansağlığı
və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!..

Bizlər - Gürcüstanda doğulan, Gürcüstanda yaşayıb-yaradan və
eləcə də Gürcüstandan pərvazlanıb hazırda Azərbaycanda, Türkiyədə,
Rusiyada və başqa ölkələrdə yaşayan qələm əhli, daha dəqiq desək,
əli qələm tutan hər kəs məhz "Gürcüstan" qəzetinə borcluyuq!..

Elə buna görə də, "Gürcüstan" qəzetinin yaşamasında əməyi olan hər kəsə təşəkkür edirəm!..

Var olsun "Gürcüstan" qəzeti!.. Var olsun "Gürcüstan"sevərlər!..

İnşallah, "Gürcüstan"ın 100 illik Yubileyində görüşənədək!..

Müşfiq BORÇALI.



Yuxarıdakı şəkildə: "Gürcüstan" qəzetinin 95 illiyi ilə əlaqədar toplanmış redaksiya kollektivi:
otururlar (sağdan sola) opertor Linda Allahverdiyeva, Baş redaktor müavini Elman Kələyev,
baş redaktor İslam Əliyev, şöbə müdiri Nəsib Nəsibov, katibə Etibar Cəlil-Xoca,
2-ci cərgədə foto-müxbir Şahvələd Ayvazov, xüsusi müxbir Bəhram Mehdi,
böyük müxbir Binnət Məmmədov, xüsusi müxbir Nadir Bayramlı, operator Nika Narimanidze,
xüsusi müxbir İslam Məmmədov, xüsusi müxbir Şamil Ziyadəliyev.



"Gürcüstan" qəzetinin 1970-ci illərdəki redaksiya kollektivi:
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: