Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflisdə 5 ölkənin yazarları görüşdü Tiflisdə 5 ölkənin yazarları görüşdü Tiflisdə 5 ölkənin yazarları görüşdüMayın 18-də Tbilisidə - Gürcüstan Elmlər Akademiyasının böyük salonunda Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin və AYB-nin Gürcüstan bölməsinin təşkilatçılığı ilə beynəlxalq poeziya bayramı keçirilib. Tədbirdə azərbaycanlı yazarlarla birgə, Gürcüstanın, Türkiyənin, Şimali Kipr Türk Respublikasının, İraqın Kərkük vilayətinin və Bolqarıstanın bir çox tanınmış şair-yazıçıları, alim-türkoloqları iştirak və çıxış ediblər. Tədbiri “Varlıq” Mədəniyyət Mərkəzinin və AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət açaraq, qonaqları salamlayıb, yazarlar arasında görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini vurğulayıb, sonra isə çıxış etmək üçün sözü xarici ölkələrdən gəlmiş yazarlardan ibarət nümayəndə heyətinin rəhbəri, KİBATEK-in (Beynəlxalq Kipr, İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumu) sədri Fəyyaz Sağlama verib. F. Sağlam öncə İştirakçıları salamlayıb, rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib və özünün rəhbərlik etdiyi on nəfərlik heyəti iştirakçılara təqdim edib. O, bu görüşdən çox məmnun olduğunu və gələcəkdə belə tədbirlərin intensiv keçirilməsi üçün əlindən gələni edəcəyini söyləyib.

Görüşdə çıxış edən Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili də hər kəsi salamladıqdan sonra, özündən əvvəlki çıxışçıların fikirləri ilə həmrəy olduğunu bildirib və gələcəkdə birgə görülə biləcək işlərdən və qarşılıqlı əməkdaşlıqdan danışıb.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı səmimi münasibətlərdən və daim yüksələn xətlə inkişaf edən əməkdaşlıqdan danışaraq, ədəbi-mədəni sahədə belə tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və əməkdaşlığa təkan verdiyinə diqqət çəkib və ilk addım olan bu görüşün gələcəkdə geniş xarakter alacağına ümid bəslədiyini ifadə edib.

Pedaqoji elmlər namizədi, professor Mahmud Xubanlı, ağsaqqal yazıçılar Emin ElsevərƏli Abbas Azərbaycan-Türkiyə-Gürcüstan ədəbi əlaqələrinin keçmişindən və indisindən söz açaraq, bu münasibətlərdəki çatışmazlıqlardan və perspektivlərdən sözhbət açıblar.

İraq-Kərkük Mədəniyyət Dərnəyinin qurucu rəhbəri Şəmsəddin Kuzəçi Tbilisidə olmasından və burada azərbaycanlı yazar qardaş-bacıları ilə görüşündən olduqca məmnun qalmasından, İraq türkmənlərinin Azərbaycan türkləri ilə eyni qanı daşımasından, Gürcüstanda yaşayan yarım milyon soydaşımıza qucaq dolu salamlar gətirməsindən vəcdlə danışıb.

Sonra xarici ölkələrdən gələn qonaqlar təmsil etdikləri təşkilatlar adından Rafiq Hümmətə ədəbi-
Tiflisdə 5 ölkənin yazarları görüşdü mədəni əlaqələr sahəsində göstərdiyi xidmətlərə görə mükafatlar, təşəkkürnamələr təqdim etmiş və kitablar, başqa hədiyyələr vermişlər.

Gürcüstanda bir çox görkəmli azərbaycanlı yazarların yaşayıb-yaratdığını dilə gətirən Rafiq Hümmət, təkcə yaşadıqları ölkədə deyil, ümumən Türk dünyasında onlara diqqətin artırılmasının vacibliyini qeyd edərək, qonaqlara bu gözəl görüş üçün təşəkkür edib və öz növbəsində onlara rəhbəri olduğu qurumlar tərəfindən nəşr olunmuş bir çox kitabları – Azərbaycan və gürcü dillərində “Koroğlu”, “Min bir bayatı”, “Ədəbi Gürcüstan”, “Hekayələr və nağıllar”, “Yüz böyük gürcünün həyatı və fəaliyyəti” və s. hədiyyə edərək, “Varlıq” Mədəniyyət Mərkəzi adından KİBATEK-in rəhbərinə Təşəkkürnamə təqdim edib.

Tədbirdə çıxış edən “Qarapapaqlar” jurnalının
Tiflisdə 5 ölkənin yazarları görüşdü redaktoru Akif Xansultanlı bu görüşdə istedadlı gənc yazarların iştirakından daha çox məmnun qaldığını bildirib, belə tədbirlərin gənclərin yaradıcılığına ciddi stimul verəcəyinə inandığını dilə gətirib.

Sonra qonaqlardan Şükrü Aydın, Ayişə Tural, Mövlud Kaplan, Güzin Onralkan, Şəmsəddin Kuzəçi, Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı yazarlardan Allahverdi Təhləli, Səadət Buta, Fatma Aslan, Osman Əhmədoğlu, Şövkət Dağlarqızı, Ziyadxan Əhmədov, Afiq Muxtaroğlu, Güllü Tomarova, gənc istedadlardan Vaqif Səyyah, Vüqar Vəkiloğlu, Afayət Afiq, gürcü şairlərdən Quri Otobaia, Zaza Suyaşvili və başqaları poetik nümunələr səsləndirmişlər.

Gürcüstan Baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin rəsmisi Zaur Darğallı,
Tiflisdə 5 ölkənin yazarları görüşdü Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı
Elcan İmamverdiyev, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, Kvemo Kartli-Borçalı qubernatorluğunun və Rustavi meriyasının məsul işçiləri Soso Pirveli
Bəhram İsayev, Gürcüstan parlamentinin sabiq deputatı Ramin Bayramov, AzərTac-ın, APA-nın, İnteraz TV-nin Gürcüstan təmsilçiləri, başqa media işçiləri, Azərbaycan mədəniyyətinin coşqun təbliğatçısı Tamar Lamparadze, “Varlıq” Mədəniyyət Mərkəzinin sədr müavini Cambul Məmmədli, QHT nümayəndələri, müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, bölgələrdən şairlər və ədəbiyyatsevərlər tədbirdə iştirak ediblər.

Sonda Feyyaz Sağlam bu gözəl görüşün təşkilində çəkdiyi
böyük zəhmətə görə Rafiq Hümmətə təşəkkür edərək,
onu bu ilin dekabrında Türkiyədə keçiriləcək beynəlxalq
ədəbiyyat simpoziumuna dəvət edib.
Görüş iştirakçıları xatirə şəkilləri də çəkdiriblər.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"VARLIQ" Mədəniyyət Mərkəzində Xocalı Soyqırımına həsr olunmuş tədbir keç ...

Qarabağ, Rustavi, "Varlıq"
XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB

XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB

ŞƏHİDLƏRİMİZ, Rustavi, UNUTSAQ, UNUDULARIQ!....
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

"Varlıq", Rustavi
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

Qarayazı, Nekroloqlar
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavi
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Qarayazı, QHT
Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Qaraçöp
Rəy yazın: