Qədim SARVAN kəndi

Qədim SARVAN kəndiQədim SARVAN kəndiQədim SARVAN kəndi Qədim SARVAN kəndi Qədim SARVAN kəndiSARVAN - Tarixi Borçalının Aran bölgəsinin mərkəzi his­­səsində - sabiq Borçalı (indiki Marneuli) rayonunun qədim tarixə malik olan qədim türk kəndlərindən biridir.

Sarvan - 1932-ci il 13 fevral tarixindən Borçalı adlanıb, 1947-ci ildə Marneuliyə qatılıb.
Qə­dim Sarvan kəndi hal-ha­zırda Marneuli rayonunun inzi­bati-ərazisinin mərkəzi Mar­neu­li şəhərinin tərkibində bir­ləş­dirilib.
Sarvan kəndi Alget ça­­yının sol sahilində, dəniz sə­viyyəsindən 470 m yüksək­lik­də, Qa­zax-Qırmızı körpü-Sarvan-Arıxlı-Bolulus-Dar­vaz-Qa­­­rabulaq (Başkeçid na­­hiyəsi)-Karvansaray-Pər­­­­vanə-Qars (Os­manlı-Tür­ki­yə) ticarət yolunun (Dəvə kar­­vanı yolu­nun) üs­tündə yerləş­miş­dir. Şübhəsiz ki, bu da Sarvan kən­dinin mə­dəni məi­şə­ti­nin və iqtisadiyyatının in­kişafına müəy­yən də-rə­cədə təsir et­mişdir. 1930-1950-ci illərdə Sarvanda Borçalı Türk (Azərbaycan) Pedaqoji Texnikumu fəaliyyət göstərib. Son vaxtlar Heydər Əliyev adına park-seyrəngah yaradılıb, əzəmətli məscid ucaldılıb.

Məşhur el şairləri Qul Allahqulu, Dost Pirməmməd, May­­­­qa Mətin, aşıqlar Allahverdi, İsgəndər, Lətif, Hüseyn, din xa­dimləri Mustafa Talıbzadə (Abdulla Şai­qin atası, aka­demik Ka­mal Talıbzadənin babası), Şeyx Mə­həm­mədəli, el qəh­rə­man­­ları Hacıxəlil ağa, Xaccaoğlu Qəm­bər, II Dünya Mü­­ha­ri­bəsinin Qəhrəmanı İsmayıl Bayramov, Əmək Qəh­rə­manları Əlləz Orucov, Dursun Hüseynov, Səməd Səməd­za­də, tən­qid­çi alim Əhəd Hüseynov, Azər­bay­can Milli Məc­lisi­nin üz­vü olmuş filosof akademik Səlahəddin Xəlilov, Gür­cüs­tan Par­lamentinin üzvü və qubernatorun müavini ol­muş Azər Sü­ley­manov, pro­fes­sorlar Abbas Hacı­yev, Asif Hacılı, Əmir­xan Xə­­lilov, Hidayət Nuriyev, Xalid­paşa Xu­banov, Ba­xış Bay­ra­mov, Vaqif Sa­dıxov, Vəkil Hacılı, Məm­məd Sarvan (Sa­dı­qov), AzərTAc-ın Baş direktor müa­vini olmuş Əməkdar jur­­na­­list Elman Cəfərli, Mü­seyib Əlizadə, heyhey­kəltəraş Cüm­şüd İb­rahimli, kino-akt­yor Gümrah Rə­himov, Dramaturq Kərim bəy Şərifli, nasir-publisist Hü­seyn Mi­nasazlı, Abbas Mina­saz­lı, yazıçı Hidayət Bayramov, tanın­mış ictimaiyyətçilər Cəlil Kə­ləyev, Baxış Kələyev, Tofiq Hacıyev, Rafiq Hacı­yev, Fa­zil Hə­sənov, Kamal Həsənov, Ramiz Məmmədov, El­dar Cə­fərli, Faiq Məmmədov, pol­kovniklər Eyvaz Məm­mə­­dov, Va­qif Bayramov və b. məhz Sarvan kən­dinin yetir­mə­­ləridir.
Sarvan - peşə, sənət mənasını bildirən söz əsasında dü­zələn etno­oykonimdir. Bu toponim Göyərlərin qövmü Sarvan tayfasını, eləcə də Sarban (kapvan yolçusu) deyimini yada sa­lır.

Bu kən­din sakinləri Azərbaycan türklərindən ibarətdir. Azər­baycan türklərinin etnogenezisi üzərində aparılan araş­dır­­ma­lar gös­tərir ki, xalqımızın etnogenezisinin formalaş­ma­sın­da yüzlərlə türkdilli tayfa yaxından iştirak etmişdir. Belə tayfalardan biri də Qıpçaqlara məxsus Kəngərli tayfası­nın bir qrupu olan Sarvan adlı tayfa olmuşdur. Bu tayfanın qədim Bor­çalı əra­zisində məs­kun­laş­masının tarixi dəqiq məlum ol­ma­sa da, onun bu bölgədə sakin olması ehtimalı orta əsr­lərin erkən dövrlərinə gedib çı­xır.

Sarvan tayfası qədim zamanlardan köçəri həyat sürmüş və dəvəçiliklə məşğul olmuşdur. Buradan da, yəni tayfa üzv­lərinin əsas məşğuliyyəti - dəvəçiliklə əlaqədar olaraq hə­min tayfanın adı Sarvan etnonimi və həmin etnonimin son­rakı inkişafı prosesində Sarvan etnotoponimi təşəkkül tap­mış­dır. Müasir dilimizdə Sarvan «ovlar yolu», «dəvə yolu», «də­vəçi» mənalarında da işlənməkdədir.

Azərbayca­nın Də­vəçi, Salyan, Ağcabədi rayonlarında da Sarvan adlı kənd­lər, Nax­çıvan şəhərində isə Sarvanlar adlı məhəllə vardır. Bütün bu toponimlər Sarvan etnonimi ilə əlaqədardır. Ağsu ra­yo­nun­dakı Ərəbsarvan kəndinin adı da «ərəb» və «sarvan» etno­nimləri, yəni «qəbilə, tayfa və xalq adları» ilə bağlı ola­raq, ya­ranmışdır.

XVIII əsrin I rübündə, xü­susilə 1721-ci ildə hazı­rlan­mış «Dəstüril-əməl» dəftərində və hə­min dövrü əks etdirən gür­cü mənbə­lərində qeyd olunduğu kimi Borçalıda oturaq hə­yat keçirən Sarvan tayfası Aran Borçalıda Sarvan adlı kənd salmışdır. «Dəstüril-əməl» dəf­tə­rin­də Sarvan kəndinin 99 ev­dən ibarət iki tayfa olduğu qeyd edilmişdir. 1728-ci ildə ha­zır­lanmış «Dəftəri-müfəssəli-əya­ləti-Tiflis» adlı dəftərdə isə belə bir qeyd var­dır ki, Sar­vanlılar adlı yerdə Sarvan camaatı 69 evdən ibarət olmuş­dur. Güman ki, 1721-1728-ci illər ara­sında Sar­van tay­fasının biri, yaxud 30 evdən ibarət bir qolu Borçalının dağlıq bölgə­sinə köçmüş və orada məskən sal­mışdır. Yeni məs­kunlaşmış Sar­van tayfasının yeni kəndi əv­vəllər Dağ Sarvanı adlan­mışdır. Yəni, dağlarda məskən sal­mış sarvan­lılar. Mən­tiqi ardıcıllıq da bunu təsdiq edir. De­mə­li, Aran Sarvanı olma­sa, Dağ Sar­vanı olmazdı və Dağ Sarva­nının Aran Sarvanın­dan köç­mə­sinə heç bir şübhə yeri qalmır. Bunu həm kəndin yaşlı sa­kinləri, həm də tarixi rə­qəm­lər bi­lavasitə təsdiq edir. 1721-ci ildə Sarvan 99 evdən ibarət ol­du­ğu hal­da, 7 il sonra 1728-ci ildə 69 ev olub. Bu tarixi fakt­lardan açıq-aydın görü­nür ki, sarvan tay­fasından 30 ev Bor­çalının dağlıq bölgəsinə köç­müş və orada Dağ Sarvanı adlı yeni kənd salmışlar.
Ətraflı məlumat almaq üçün bax: «Ərcivan Sarvanı».




Qədim SARVAN kəndi P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..

OLA BİLƏR Kİ, KİMİNSƏ ADINI UNUTMUŞUQ.
ƏVVƏLCƏDƏN ÜZR DİLƏYİR,
BİZƏ KÖMƏK EDƏCƏK HƏR BİR KƏSƏ
QABAQCADAN TƏŞƏKKÜR EDİR VƏ
HAMINIZA UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az


Telefonlar:
+994 50 322 - 05 - 55;
+994 70 322 - 05 - 55
+994 55 692 - 05 - 55 (VatCap).

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: