YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

İYUNUN 1-i DƏYƏRLİ SOYDAŞIMIZ, TANINMIŞ QƏLƏM SAHİBİ, GÜRCÜSTANIN ƏMƏKDAR JURNALİSTİ, "GÜRCÜSTAN" QƏZETİNİN BAŞ REDAKTORU
İSLAM ƏLİYEVİN
DOĞUM GÜNÜDÜR.
DAHA DƏQİQ DESƏK, YUBİLEYİDİR.
ANADAN OLMASININ
70 İLLİK YUBİLEYİ!..


ƏZİZ VƏ HÖRMƏTLİ
İSLAM MÜƏLLİM!

MƏN SİZİ ÖZ ADIMDAN,
AİLƏMİZ ADINDAN,
PROFESSOR
MƏDƏD ÇOBANOVUN
ADINDAN,
ELƏCƏ DƏ
RƏHBƏRLİK ETDİYİM
"ZİYA" QƏZETİNİN VƏ
"ZİM.AZ" SAYTININ
YARADICI HEYƏTİ VƏ ÇOXSAYLI OXUCULARIMIZ ADINDAN
ANADAN OLMANIZIN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ
ÜRƏKDƏN TƏBRİK EDİRƏM!..


MƏN SİZİ, ELƏCƏ DƏ "GÜRCÜSTAN" QƏZETİNİN BÜTÜN YARADICI HEYƏTİNİ
HƏMİŞƏ ÖZÜMƏ MÜƏLLİM-USTAD HESAB ETMİŞƏM...

VƏ ELƏ BU GÜN DƏ MƏN SİZLƏRİ ÖZÜMƏ USTAD HESAB EDİRƏM!!!

BUNA GÖRƏ DƏ, SİZƏ UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINIZDA VƏ ƏMƏK FƏALİYYƏTİNİZDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRAM!...

ULU TANRI SİZİ QORUSUN!!!!...


BÖYÜK HÖRMƏT VƏ EHTİRAMLA,
MÜŞFİQ BORÇALI,
"ZİYA" qəzetinin və "ZİM.AZ" saytının
BAŞ REDAKTORU,

30.05.2017.




P.S.: Xatırladırıq ki, İslam Hacı oğlu Əliyev 1947-ci il iyunun 1-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Ambarovka kəndində anadan olub.
1970-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
Həmin ildən “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") qəzetində çalışır.
Uzun müddət həmin qəzetin baş redaktor müavini, eyni zamanda AzərTac-ın Gürcüstan müxbiri vəzifələrində çalışıb.
2014-cü ilin avqustundan "Gürcüstan" qəzetinin baş redaktorudur.
2015-ci ilin fevralında Gürcüstanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Ədəbi fəaliyyətə gənc yaşlarından başlayıb. Çeşidli mətbu orqanlarda hekayələri, novellaları dərc olunub.
Gürcüstanın “Şərəf” medalına və başqa mükafatlara layiq görülüb.
Ailəlidir, iki oğul, bir qız atasıdır.

ZiM.Az

.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: