ŞƏMİSTAN ƏLİZAMANLININ 65 YAŞI TAMAM OLUR

ŞƏMİSTAN ƏLİZAMANLININ 65 YAŞI TAMAM OLUR

TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı,
Türk Dünyasının böyük sənətkarı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri
- Şəmistan Əlizamanlının AD GÜNÜdür!..
Daha dəqiq deək, Yubileyidir.
Anadan olmasının 65 illik YUBİLEYİ!..


Əlizamanlı Şəmistan Hüseyn oğlu - 1959-cu il fevralın 4-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Aşağı Qullar kəndində anadan olub. 1977-1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-1981-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edir.

Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir.
O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.

Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edibdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyev'in döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilibdir.

1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.

1997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunubdur. Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapmışdır.

Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şeir və məqalələr həsr etmişlər.

Biz də rəhbərlik etdiyim "ZİYA"-nın və ZiM.Az-ın bütün bütün yaradıcı heyəti adından,
dəyərli ziyalımız - çox hörmətli Şəmistan Əlizanlını anadan olmasının 65 illik Yubileyi münasibətilə ürəkdən təbrik edərik, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatlarında və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az




Şəmistan ƏLİZAMANLI: İgid Əsgər, möhkəm dayan!...

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982)

Başkeçid
MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

"Elm və Təhsil", Rusiya, Diaspora
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
XIDIRNƏBİ QARALOV  (1949)

XIDIRNƏBİ QARALOV (1949)

Başkeçid, Təbriklər
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Professor Şəmistan Mikayılov vəfat edib

Professor Şəmistan Mikayılov vəfat edib

Bolus, Nekroloqlar
AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
TURAN ELLƏR VAR OLSUN!..

TURAN ELLƏR VAR OLSUN!..

Tv
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

QHT, Turan
TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

MEDİA, Tv, Təbriklər
“ŞƏHİDLƏR XİYABANI” mahnısının yeni klipi

“ŞƏHİDLƏR XİYABANI” mahnısının yeni klipi

Qarabağ, Tv, Şou
General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyev (1959)

Qarabağ, "Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Təbriklər
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

Başkeçid
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Rəy yazın: