Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıbHeydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıbHeydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb 2017-ci il noyabrın 6-da AMEA Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi”nin açılış mərasimi olub.

Öncə tədbir iştirakçıları guşənin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, bölməyə aid olan institutlar haqqında əyani vəsaitlərin yer aldığı guşə ilə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin fəaliyyətini əks etdirən “Elm Guşəsi”nin tərtibatı işində köməkliyinə görə təhsil kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib. Bu kimi layihələrin yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmağa xidmət etdiyini deyib: “Orta məktəblərdə AMEA-nın müvafiq elmi bölmələrinin “Elm Guşəsi”nin yaradılmasının əsas məqsədi xüsusi istedadı olan perspektivli məktəbliləri elmə cəlb etmək və onların gələcək peşəkar oriyentasiyalarında məhz elmə üstünlük vermələrini təmin etməkdir”. Akademik qeyd edib ki, şagirdlər dərsdən kənar asudə vaxtlarında guşə qarşısında toplaşaraq elmlə bağlı müzakirələr aparmaq imkanı qazanacaqlar. Onlar "Elm Guşəsi"nin məlumat löhvəsində AMEA BTEB-ə daxil olan institutların yaranma tarixi, elmi istiqamətləri, elmi nailiyyətləri, maddi-txniki bazaları haqqında geniş məlumat ala biləcək, orada olan kitab və digər əyani vəsaitlərdən faydalanacaqlar.

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bu təşəbbüsün digər təhsil müəssisələrində də həyata keçirdiyini bildirib. Təhsillə elmin vəhdətinin zəruriliyindən danışan şura sədri yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə “Bu günün şagirdi, sabahın alimi”, “Əyləncəli-öyrədici təcrübələr” və bir çox layihələr çərçivəsində müsabiqə, bilik yarışı və seminarların təşkil edildiyini söyləyib. F.Salmanov elm guşələrinin Bakı şəhəri və regionların bir çox məktəblərində də təşkil olunacağını deyib.

Daha sonra təhsil kompleksinin direktoru Məmmədəli Kəsəmənli çıxış edib. Belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması baxımında əhəmiyyətli olduğunu deyib.
Tədbirdə AMEA BTEB-ə daxil olan institutların direktorları rəhbərlik etdikləri müəssisələrin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri və əldə etdikləri nailiyyətlər haqqında məlumat veriblər.

Sonda gənc alimlərin və məktəb şagirdlərinin iştirakı ilə maraqlı təqdimatlar olub.

Qeyd edək ki, ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

Biologiya və tibb elmləri
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

Biologiya və tibb elmləri
Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

İctimai elmlər
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

Humanitar elmlər, İctimai elmlər
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
Rəy yazın: