Günay NOVRUZ: Sevgilim...

Get öz xoşuna
Günay NOVRUZ: Sevgilim...
***
Sevgilim, əlini yox...
- bir barmağını ver mənə,
Yetər o barmaq mənə.
Sevgilim, ürəyini yox...
-döyüntüsün eşitdir mənə,
Yetər o 88-ə kimi sevgimə.
Dostum, dostluğunu yox...
-satqınlığını de mənə,
Yetər səhv etməməyimə.
Dostum, keçən günümə yox...
-yox, etdiyin ömrümə,
And olsun ki, yetər mənə.
Dərdim, mənə yox...
-hörmət et özünə,
Yetər bu hörmət mənə.
Dərdim, dindirmə boşuna...
qatma məni qoşuna,
Gəlişin yetər, yetər, yetər
get öz xoşuna.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: