ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi

ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdiASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi Avrasiya İncəsənət Mədəniyyət Ədəbiyyat və Elm Federasiyası (ASKEF) 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi.

Quruluşundan hələ altı ay keçməsinə baxmayaraq etdiyi böyük mədəniyyət sənət fəaliyyətləri ilə adında söz etdirən ASKEF, quruluş məqsədinə uyğun işlərinə may ayında şair, yazıçı, musiqiçi, alimlər və siyasi xadimlərsən ibarət 50 nəfərlik bir karvan ilə ASKEF Azərbaycan təmsilçiliyinin ASKEF Azərbaycan rəhbəri Xalq Şairi Fikrət Qoca, İlqar Fəhmi, Hüseyn Sözlü, Qabil Ədalət, Arifə Əliyeva, Şəfəq Sahibli, Aləmzər Əliyeva, Narıngül Babayeva, Etibar Qurbanov, Cavanşir Atəşi, Şahid Məmmədkərimov, Vüsal Oğuz və AKSEF beynəlxalq nümayəndəsi Raifə Sərxanqızının təşkilatçılığı ilə Azərbaycanın Şəki və Bakı şəhərlərində tədbirləri baş tutdu.

Noyabr ayında yenə böyük bir qrupla 5 Balkan ölkəsinə mədəniyyət gəzintisi təşkil etdi.
2-4 sentyabr 2016 tarixlərində Antaliyada 17 ölkənin iştirakı ilə reallaşan 9-cu Beynəlxalq Avrasiya Şairləri və Sənətçiləri görüşməsi ilə işlərinə davam etdi.

23-26 dekabr 2016-cı il tarixlərində Dənizlidə 10-cu Avrasiya şairləri və sənətçiləri Dənizli görüşməsini reallaşdırdı.
Yurd içindən və xaricindən 176 iştirakçının iştirak etdiyi tədbir 3 gün davam etdi.

Dənizli Karahayıt Barika Park Termal Oteldə başlayan tədbir ilk gün otel salonunda şairlər, yazıçılar, rəssamlar və teatr nümayəndləri təqdimatlar etdilər.
Kərküklü sənətçi Eyüp Hikmək Kərküklü Kərkük mahnılarının izləyənlərə gözəl anlar yaşatdı.
Təbrizdən gələn sənətçi Yanar Sönməz sazıyla, sözüylə proqrama rəng qatdı.
Antalya Qadın Səhnəsi Dəstəkləmə Dərnəyi Teatr qrupu hazırladıqları oyunlarla gözəl bir təqdimat etdilər.
Məşhur söz yazarları Vural Şahin və Yalçın Benlican, proqram prodüseri Mehmet Ali Demircan diqqət çəkən iştirakçılar arasındaydılar.

Proqramın 2-ci günü Dənizli Bələdiyyəsi və Mədəniyyət Turizm Nazirliyi dəstəyi ilə Dənizlinin və dünyanın əhəmiyyətli yerləri olan, Pamukkale və Hierapolis gəzintisi edildi. Daha sonra Dənizli Bələdiyyəsi və Zeynep Karaaslan Bez Bəbək Muzeyi ziyarət edildi. Askef Çağdaş Türk Müziği Korosu Şef Arzu Singer Dədə rəhbərliyində Dənizlidə böyük bir tamaşaçı kütləsinə möhtəşəm bir konsert verdi. Konsert sonrası xor, izləyənlər tərəfindən ayaqda alqışlandı.
Proqramın 3-cü günü Xalq ozanları deyişmələr etdilər, şairlər və sənətçiləri təqdimatlar etdilər, Zeynep Karaaslan kukla qrupu unudulmağa üz tutmuş kukla sənətimizi sərgilədilər. Tamaşaçılara çox gözəl yerli bir kukla nümayişi təqdim etdilər.

Tədbirə qatılan dərnəklər: Avrasiya İncəsənət Mədəniyyət və Ədəbiyyat Dərnəyi-Bursa Aşıklar Şairləri və Yazarlar Dərnəyi- Əskişəhir Şair Yazar və Ozanlar Dərnəyi- Yozqat Sürməli Folklor Dərnəyi -Yozgat Ozanlar Şairlər Yazarlar Dərnəyi-Yaren Mədəniyyət İncəsənət və Turizm Dərnəyi- Antalya Qadın Səhnələri Dəstəkləmə Dərnəyi-Ərzurum İpək Yolu Xalq Ozanları Dərnəyi-Bolqarıstan Səbahaddin Əli Mədəniyyət Dərnəyi-İraq Türkmən Ədəbiyatçılar Təşkilatı.

Federasiya rəhbəri Savaş Ünal: - Bizlər ASKEF olaraq uzun bir yola çıxdıq. Məqsədimiz, eyni dili danışan, eyni qanı daşıyan, eyni mədəniyyətə sahib insanları mədəniyyət sənət işığı altında yığmaq, ortaq gözəl fəaliyyətlərə imza ata bilməkdir. Bizdən sonrakı nəsillərə mədəniyyətimizi miras qoymaqdır.
Yaranma tarixindən qısa bir müddət keçməsinə baxmayaraq, ölkəmizdə və xaricdə əhəmiyyətli fəaliyyətləri reallaşdıra haqlı qürurunu yaşayırıq.
2017-ci ildə ASKEF adından söz etdirəcək böyük və əhəmiyyətli layihələrlə qarşınızda olacaq.
Bizlər böyük bir ailəyik bu ailənin bacara bilməyəcəyi heç bir iş yoxdur.
Bizə dəstək verən təşkilatlara, iştirakı bizlərə güc verən iştirakçılara çox təşəkkür edirik.

Sonda Savaç Ünal ASKEF-İN nizamnaməsini açıqladı:

Federasiya; bütün insanlıq üçün işlərində Konstitusiyaya, qanunlara, Beynəlxalq müqavilələrə, universal hüquq qaydalarına və insan hüquqlarına bağlıdır.
İnsan hüquqlarının milli və beynəlxalq səviyyədə inkişaf etdirilməsinə töhfə verir. Bu məqsədlə ictimai təşkilatları və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Mədəniyyət müxtəlifliyini, cəmiyyətdəki birlik və bərabərlik duyğusunu gücləndirən zənginlik olduğunu qəbul edən bir anlayışı qəbul edir.
Bu mənada, müxtəlif ölkələrdə yaşayan sənət icmalarının, yaşadıqları ölkələr arasında dostluq və sülh körpüsü yaradacaqlarına, qarşılıqlı sosial, mədəni və iqtisadi əməkdaşlığın inkişaf ölçüdə bu dostluq əlaqəsinin güclənəcəyini inanır. Mədəni və sənət adına əlaqələri mənfi istiqamətdə təsir edə biləcək hər cür mövqe və davranışdan uzaq durur. Bu əlaqələri inkişaf etdirən ya da müsbət istiqamətdə təsir edən cəhdləri dəstəkləyir.
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
Biz də ZiM.Az olaraq, ASKEF-in bütün yaradıcı heyətinə uğurlar arzulayırıq!..

SONA ABBASƏLİQIZI,
ZiM.Az-ın redaktoru.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şairə Dilbər Sultan dünya sənətçiləri ilə bir arada

Şairə Dilbər Sultan dünya sənətçiləri ilə bir arada

"Şərqin səsi"
AZƏRBAYCANDAN BİR QRUP NÜMAYENDE HEYETİ ANTALYADA DÜZENLENEN DİL BAYRAMINDA ...

AZƏRBAYCANDAN BİR QRUP NÜMAYENDE HEYETİ ANTALYADA DÜZENLENEN DİL BAYRAMINDA ...

Turan
ASKEF-in Naxçıvan səfəri

ASKEF-in Naxçıvan səfəri

Naxçıvan, Turan
ASKEF-in Genel  Başkan Savaş Ünal Efendiyə

ASKEF-in Genel Başkan Savaş Ünal Efendiyə

Təbriklər, Turan

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

QHT, Turan
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Turan, Diaspora
Tamara Kvesitadzenin Bakıda fərdi sərgisi olacaq

Tamara Kvesitadzenin Bakıda fərdi sərgisi olacaq

Mədəniyyət, Elanlar
Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

M.F.Axundzadə adına Muzey
Bursada Xocalı Soyqrımı anılıb

Bursada Xocalı Soyqrımı anılıb

Qarabağ, Turan
Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflis, "Varlıq"
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT

"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI

Bakı, Mədəniyyət, "Şərqin səsi"
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM

Turan
AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

Nekroloqlar
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Azərbaycan
Rəy yazın: