COĞRAFİYA İNSTİTUTUNDA 31 DEKABR GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ YIĞINCAQ KEÇİRİLİB

COĞRAFİYA İNSTİTUTUNDA 31 DEKABR GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ YIĞINCAQ KEÇİRİLİBCOĞRAFİYA İNSTİTUTUNDA 31 DEKABR GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ YIĞINCAQ KEÇİRİLİB 2017-ci il dekabrın 28-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə yığıncaq keçirilib.

Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
ndən ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov əvvəlcə Dünya azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq, dünyanın müxtəlif ölkələrində 60 milyona yaxın azərbaycanlının yaşadığını diqqətə çatdırıb. Onların təşkilatlanmasının, Azərbaycan həqiqətlərinin dünyanın hər yerinə çatdırılmasının azərbaycanlıların birliyindən asılı olduğunu qeyd edən akademik bildirib ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir və həmfikir olaraq, Azərbaycanı xarici ölkələrdə tanıdır.

Sonra İnstitut rəhbəri yola saldığımız ilin müəssisəmiz üçün uğurlu olduğunu nəzərə çatdıraraq, 2017-ci ildə əməkdaşların səyi və əməyi nəticəsində əldə olunan nailiyyətlərdən, İnstitutun keçirdiyi əhəmiyyətli tədbirlərdən söhbət açıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində İnstitutun elmi və sosial-ictimai sahədəki fəaliyyəti həm beynəlxalq, həm də yerli miqyasda qənaətbəxşdir. Qarşıdan gələn ilin tədbirlər baxımından zəngin olacağını vurğulayan akademik 2018-ci ildə keçiriləcək Beynəlxalq miqyaslı elmi konfranslardan, onların keçirilməsinin əhəmiyyətindən söz açıb.

Çıxışının sonunda akademik Ramiz Məmmədov institut əməkdaşlarını Dünya azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edib, hamıya möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtlıyı, xoş güzəran, qarşıdan gələn ili sevinc, yaxşı əhval-ruhiyyə ilə qarşılamağı arzulayıb.

Cİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək bildirib ki, hər bir müəssisənin uğuru birbaşa rəhbərliyin fəaliyyətindən asılıdır. Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, coğrafiya elminin intensiv inkişafı da məhz direktor, akademik Ramiz Məmmədovun məqsədyönlü, yorulmaz əməyinin nəticəsidir ki, HİK sədri buna görə kollektiv adından Ramiz Məmmədova minnətdarlığını bildirib və Yeni ildə ona can sağlığı, coğrafiya elminin inkişafı yolunda yeni-yeni nailiyyətlər arzu edib.

Yığıncaqda söz alaraq çıxış edən əməkdaşlar – coğrafiya elmləri doktorları - Rəna Qaşqay, Əmir Əliyev, Nəriman Paşayev, Yelena Tağıyeva, c.ü.f.d. Mətanət Musayeva, elmi işçi Luiza Salayeva, “Viki” qrupun rəhbəri Aida Aslanova HİK sədrinin dediklərinə və arzularına qoşularaq Coğrafiya İnstitutunun son illərdə sürətlə irəliləməsində və coğrafiya elminin inkişafında akademik Ramiz Məmmədovun fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, onun yüksək tələbkarlığı, təkidi nəticəsində institut əməkdaşları kompüterlə işləməyə daha da üstünlük verirlər, elmi seminara çıxarılan məruzələr kompüter vasitəsilə hazırlanaraq təqdim edilir ki, bu da işin asanlaşmasına və səviyyəsinin artmasına səbəb olur.

Çıxış edənlər İnstitut kollektivinin mehribançılığı, insanların bir-birinə isti və doğma münasibətilə institutlar arasında fərqləndiyini də qeyd ediblər, Yeni ildə İnstitut rəhbərliyinə və kollektivinə tükənməz nailiyyətlər arzulayıblar.

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
COĞRAFİYA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI OLUB

COĞRAFİYA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI OLUB

Digər bölmələr
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il  ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il ...

AzTU
Coğrafiya İnstitutunda 20 Yanvar faciəsi anılıb

Coğrafiya İnstitutunda 20 Yanvar faciəsi anılıb

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Regionlar, Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Digər bölmələr
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU
Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib.

Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib.

Digər bölmələr
KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

Elm
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Digər bölmələr
Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

"Zirvə", Borçalı
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Bolus
“TÜRK DÜNYASI COĞRAFİYASI”  KİTABI  LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

“TÜRK DÜNYASI COĞRAFİYASI” KİTABI LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Digər bölmələr
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU
Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçir ...

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçir ...

Batum
Rəy yazın: