Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gürcüstanın Baş Naziri cənab Giorgi Qaxariyaya müracət ünvanlayıblar

Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə və  Gürcüstanın Baş Naziri  cənab Giorgi Qaxariyaya müracət ünvanlayıblar Gürcütanda
Azərbaycan dilli
universitetin
təsis edilməsi ilə bağlı
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin direktoru, Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə və
Gürcüstanın Baş Naziri cənab Giorgi Qaxariyaya
müracət ünvanlamaq üçün təşəbbüs irəli sürüb.

Təşəbbüs qısa bir zamanda soydaşlarımız tərəfindən bəyənilib, alqışlarla qarşılanıb və həmin müraciətlərə yüzlərlə ziyalalırımız imza atmaq arzusunda olduqlarını bildiriblər.

Aşağıda həmin müraciətləri ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.




Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

M Ü R A C İ Ə T


Hörmətli cənab Prezident,


Gürcüstan azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğını hər zaman hiss etmişik, məhz sizin göstərişiniz sayəsində Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan gənclərin təhsil haqqı ödənilir. Bu sosial durumu çətin olan ailələr üçün çox böyük dəstəkdir və minlərlə ailənin sevincinə səbəb olmuşdur.
Təəssüf ki, bu gün Gürcüstan azərbaycanlılarının ən çox üzləşdiyi problem yenə də təhsil sektoru ilə bağlıdır. Gürcüstanda Azərbaycan məktəblərinin sayı ilbəil azalmaq üzrədir: 1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi var idisə, 2019-cu ildə məktəblərin sayı 120-yə qədər azaldı. Bu məktəblərdən də 80-i yalnız Azərbaycan, 40-ı isə qarışıq (Azərbaycan-gürcü-rus-erməni) sektor/bölmə olan məktəblərdir.
Təəssüf ki, qarışıq sektorlar olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatının keçilrilməsi də qadağan edilibdir. Azərbaycan məktəblərində gürcü dili dərsi 1-ci sinifdən məktəbi bitirənə qədər hər gün 12 il ərzində tədris olunduğu halda, Azərbaycan dili dərsinin tədrisinə həftədə cəmi üç saat vaxt ayırıblar. Gürcüstanın təhsil qanunvericiliyənə görə etnik azlığın ana dilində təhsil almaq hüququ olsa da bizim bu huquqlar Azərbaycan məktəbləri bağlandıqca ilbəil tapdanır.
Heydər Əliyev Fondunun və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə bir çox Azərbaycan məktəbləri əsaslı təmir olunmuşdur, beləliklə də bəzi Azərbaycan məktəbləri bağlanmaq təhlükəsindən qurtulmuşdur. Bu göstərilən dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və s. Azərbaycan dilli məktəblərdə vəziyyəti çətinləşdirsə də, məktəblərin bağlanmasının ən başlıca səbəblərindən biri kadr çatışmamazlığı olaraq qalır.

A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar Sulxan-Saba Orbeliani, halhazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılır) Azərbaycan bölməsi vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Təəssüf ki, bu bölmənin bağlanılması Azərbaycan məktəblərində kadr çatışmamazlığını daha da hiss etdirmək üzrədir.

Azərbaycan dilli məktəblərdə kadr çatışmamazlığı hazırda təqaüd yaşına çatmış müəllimlərin iki illik maaşlarını almaq üçün ərizə yazmaqla təqaüdə çıxmaları ilə daha da kəskin hiss olunmaqdadır (ikinci axın “işdən çıxarılma prosesi” cari ilin noyabr ayında baş tutacaq bu isə vəziyyəti daha da gərginləşdirəcək).

Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycan dilli müəllimlər də çatışmır. Gürcü dilində universiteti bitirən gənclər üçün isə Azərbaycan dilində kimya, biologiya, fizika, tarix və s. fənlərdən dərs demək çətinlik yaradır. Belə ki, bir çox terminlərin izahını vermək ana dilində də çətinlik törədir, gürcü dilində təhsil alanlar üçün isə bu ikiqat çətinlik deməkdir.

Yuxarıda sadalanan problemləri həll etmək üçün Azərbaycan və Gürcüstan dövlətlərinin birgə səyi nəticəsində Azərbaycan dilli kadrlar hazırlayan universitetin təsis edilməsinə dəstək olmağınızı sizdən xahiş edirik. Düşünürük ki, belə bir universitet nəinki Gürcüstan azərbaycanlılarının təhsil problemini həll edəcək, həmçinin Azərbaycan və gürcü xalqları arasında dosltluq münasibətlərinin gücləndirilməsində önəmli rol oynayacaqdır:

1. Elə bir universitet ki, Azərbaycandilli kadrlar yetişdirəcək (riyaziyyat, fizika, tarix, Azərbaycan dili və Ədəbiyyatı, kimya, coğrafiya və s.). Bu kadrlar gələcəkdə Gürcüstandakı Azərbaycan dilli məktəblərdə dərs deyəcəklər, bəzi kadrlar isə universitetdə qalıb magistratura və doktoranturada təhsillərini davam etdirib sonradan bu universitetdə dərs deyəcəklər. Azərbaycan dilli kadrlar oxuduqları müddətdə, universitetə daxil olandan, universiteti bitirənə kimi gürcü dilini də mükəmməl öyrənəcəklər. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan kadrların Gürcü dili və ədəbiyyatı fənnini də tədris etmək hüququ olacaq, beləliklə də gürcü məktəblərində də müəllim kimi işləmək imkanları da olacaq.

2. Elə bir universitet ki, azərbaycanlılarla gürcülər bir yerdə təhsil alacaqlar, bir-birlərinin mədəniyyətlərini, dillərini, tarix və adət-ənənələrini birlikdə öyrənəcəklər.

3. Elə bir universitet ki, pedaqoji kadr hazırlayan fakültədən əlavə digər fakültələr də, biznes, hüquq, sosial elmlər və s. fəaliyyət göstərəcək, təhsil gürcü və ya ingilis dilində olacaq.

4. Elə bir universitet ki, fakültəsindən asılı olmayaraq bütün tələbələr üçün Azərbaycan və Gürcüstan mədəniyyətini, Azərbaycan və Gürcüstan tarixini bilmək məcburi olacaq, azərbaycanlılar üçün isə əlavə olaraq gürcü dilini bilmək məcburi olacaq.

5. Elə bir universitet ki, Azərbaycandilli media, jurnalistika, mətbuat və teatr üzrə də kadrlar yetişdirəcək, paralel olaraq həmin kadrlar gürcü dilində də mükəmməl öyrənəcəklər bu isə mətbuatda məlumatların hər iki dildə çatdırılmasına, teatrda tamaşaların hər iki dildə oynanılmasına, ən önəmlisi də bu sahə üzrə güclü, PEŞƏKAR kadrların yetişməsinə gətirib çıxaracaq.

6. Elə bir universitet ki, Azərbaycan və gürcü xalqları arasında əsl dostluq münasibətlərinin inkişafına gətirib çıxaraq.

Bu universitetin Azərbaycanın dahi oğlu, Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuş, Azərbaycan və gürcü xalqları arasında “Dostluq simvolu” kimi tanınan Nəriman Nərimanovun adını daşımasını istəyirik.

Hörmətli cənab Prezident,

Bu müraciəti sizə bütün Gürcüstan Azərbaycanlılarının adından, ziyalılar, müəllimlər, valideynlər, orta və ali məktəblərdə təhsil alan gənclər, QHT rəhbərləri adından ünvanlayırıq və bizim ümidimizi doğruldacağınıza şübhə etmirik.

Öncədən sizə təşəkkür edirik.


Hörmətlə,

Gürcüstan azərbaycanlıları
(müraciəti imzalayan şəxslərin siyahısı əlavə olunur)


Əlaqələndirici şəxs: Aygül İsayeva, İqtisadiyyat üzrə fəlsəfə doktoru
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin İcraçı Direktoru
Gürcüstan Respublikası, Marneuli şəhəri, 3000, Giorgi Mazniaşvili küç. 2
Tel: 0357 22 52 52; 0357 22 16 75
Email: gaim.integration@gmail.com



Gürcüstanın Baş Naziri
cənab Giorgi Qaxariyaya

M Ü R A C İ Ə T


Hörmətli Baş Nazir,


Yeni təyin olunmuş ali dövləti və məsuliyyətli vəzifənizində əsas fəaliyyətinizin Gürcüstan dövlətinin çiçəklənməsinə, firəvanlığa, tolerant, multikultural  və demokratik dəyərlərin inkişafına xidmət edəcəyini arzu edirik.
Avropaya inteqrasiya yolunu seçmiş Gürcüstanın bu yolu başa vurması üçün üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkəsində yaşayan etnik azlıqların hüquqlarının qorunması, hörmətlə yanaşması, tolerantlığı nümayiş etdirməsidir. Avropaya inteqrasiya üçün öhdəliklərdən də öncə Gürcüstan hökümətinin təhsil ilə bağlı qanunvericiliyinə əsasən etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanları ilə təmin olunubdur. Gürcüstan Azərbaycanlıları Gürcüstan Konstitusiyasına görə milli azlıq (ölkədə çoxluq təşkil edən ən böyük milli azlıq azərbaycanlılardır) kimi qəbul olunsa da bizim ana dilində təhsil almaq hüququmuz ilbəil əlimizdən alınır: 1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi var idisə, 2019-cu ildə məktəblərin sayı 120-yə endi. Bu məktəblərdən də 80-i Azərbaycan, 40-ı sektor məktəblərdir. Təəssüf ki, gürcü sektoru olan məktəblərdə Azərbaycan dili və Ədəbiyyatının keçilrilməsi də qadağan edilibdir.

Təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və s. Azərbaycan dilli məktəblərdə vəziyyəti çətinləşdirsə, məktəblərin ən başlıca səbəbi kadr çatışmamazlığı olaraq qalır.

A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar Sulxan-Saba Orbeliani, hal-hazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılır) Azərbaycan bölməsi vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi, təəssüf ki, bu bölmənin bağlanılması Azərbaycan məktəblərində kadr çatışmamazlığını daha da hiss etdirmək üzrədir.

Azərbaycan dilli məktəblərdə kadr çatışmamazlığı hazırda təqaüd yaşına çatmış müəllimlərin iki illik maaşlarını almaq üçün ərizə yazmaqla təqaüdə çıxmaları ilə daha da kəskin hiss olunmaqdadır (müəllimlərin iki illik maaşlarını almaq üçün ərizə yazmaqla təqaüdə çıxma prosesinin ikinci axını noyabr ayında baş tutacaq bu isə vəziyyəti daha da gərginləşdirəcək).

Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycan dilli müəllimlər də çatışmır.
Gürcüstan təhsil qanunvericiliyinə əsasən, Gürcüstan azərbaycanlılarının etnik azlıq kimi ana dilində təhsil almaq hüququ var. Avropaya İnteqrasiya etməyin başlıca tələblərindən biri də ölkədə yaşayan etnik, milli azlıqlara qarşı tolerantlıq nümayiş etdirmək, onların hüquqlarının qorunmasıdır. Avropa ölkəsi olan İsveçrədə vətəndaşlar seçimlərindən asılı olaraq fransız, alman, italyan və ingilis dillərində orta və ali məktəblərdə təhsil ala bilərlər. Ölkədə çoxluq təşkil edən milli azlıq kimi biz öz ANA dilimizdə təhsil almaq üçün Gürcüstanda Azərbaycan dilli kadrlar hazırlayan universitetin təsis olunmasını TƏLƏB edirik.

Bu universitetin təsis olunmasına dəstək olmaq üçün Azərbaycan dövlətinin prezidentinə də müraciət ünvanlayacağıq. Azərbaycan və Gürcüstan dövlətlərinin birgə səyi ilə təsis ediləcək universitetdə aşağıdakıların olmasını təklif edirik:

1. Elə bir universitet ki, Azərbaycan dilli kadrlar yetişdirəcək (riyaziyyat, fizika, tarix, Azərbaycan dili və Ədəbiyyatı, kimya, coğrafiya və s.). Bu kadrlar gələcəkdə Azərbaycan məktəblərində dərs deyəcəklər, bəzi kadrlar isə universitetdə qalıb magistratura və doktoranturada təhsillərini davam etdirib, sonradan bu universitetdə dərs deyəcəklər. Azərbaycan dilli kadrlar oxuduqları müddətdə universitetə daxil olandan, universiteti bitirənə kimi gürcü dilini də mükəmməl öyrənəcəklər. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan kadrların Gürcü dili və ədəbiyyatı fənnini də tədris etmək hüququ olacaq, beləliklə də gürcü məktəblərində də müəllim kimi işləmək imkanları da olacaq.

2. Elə bir universitet ki, azərbaycanlılarla gürcülər bir yerdə təhsil alacaqlar, bir-birlərinin mədəniyyətlərini, dillərini, tarix və adət-ənənələrini birlikdə öyrənəcəklər.

3. Elə bir universitet ki, pedaqoji kadr hazırlayan fakültədən əlavə digər fakültələr də - biznes, hüquq, sosial elmlər və s. fəaliyyət göstərəcək, təhsil gürcü və ya ingilis dilində olacaq.

4. Elə bir universitet ki, fakültəsindən asılı olmayaraq bütün tələbələr üçün Azərbaycan və Gürcüstan mədəniyyətini, Azərbaycan və Gürcüstan tarixini bilmək məcburi olacaq, azərbaycanlılar üçün isə əlavə olaraq gürcü dilini bilmək məcburi olacaq.

5. Elə bir universitet ki, Azərbaycandilli media, jurnalistika, mətbuat və teatr üzrə də kadrlar yetişdirəcək, paralel olaraq gürcü dilində də mükəmməl öyrənəcəklər bu isə mətbuatda məlumatların hər iki dildə çatdırılmasına, teatrda tamaşaların hər iki dildə oynanılmasına, ən önəmlisi də bu sahə üzrə güclü, PEŞƏKAR kadrların yetişməsinə gətirib çıxaracaq.

6. Elə bir universitet ki, Azərbaycan və gürcü xalqları arasında əsl dostluq münasibətlərinin inkişafına gətirib çıxaraq.

Bu universitetin Azərbaycanın dahi oğlu, Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuş, Azərbaycan və gürcü xalqları arasında “Dostluq simvolu” olan Nəriman Nərimanovun adını daşımasını istəyirik.


Eyni zamanda, gələn ildən etibarən, 1+4 proqramı ilə təhsil alan etnik azərbaycanlılar üçün universitetə qəbul zamanı dövlət imtahanının yalnız məntiqdən deyil, Azərbaycan dili və ədəbiyyatı fənnindən də məcburi olmasını xahiş edirik, bu azərbaycanlıların öz dillərini yaşatması üçün bir stimul olardı.

Bundan əlavə, çox təəssüf ki, Azərbaycan məktəblərində gürcü dili keçilsə də gürcü ədəbiyyatı tədris olunmur. 1+4 proqramından imtina edib, 1 il hazırlıqda deyil birbaşa universitetdə oxumaq istəyənlər üçün gürcü ədəbiyyatının Azərbaycan məktəblərində keçirilməməsi abiturientlərin universitetə qəbul olması üçün ciddi çətinliklər yaradır. Sizdən Azərbaycan dilli məktəblərdə gürcü ədəbiyyatının keçilməsi üçün qərar verməyinizi xahiş edirik.

Hörmətli Baş Nazir!

Milli azlıqların hüquqlarının qorunması, istəklərinin nəzərə alınması vətənimiz Gürcüstanın beynəlxalq aləmdə tolerant ölkə kimi nüfuzunu getdikcə artıracaq, Gürcüstan azərbaycanlılarının Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya olunmasına və birlikdə güclü Gürcüstan qurmağa zəmin yaradacaq.
Bu müraciəti sizə bütün Gürcüstan Azərbaycanlılarının adından, ziyalılar, müəllimlər, valideynlər, orta və ali məktəblərdə təhsil alan gənclər, QHT rəhbərləri adından ünvanlayırıq və bir daha aşağıdakı məsələləri operativ həll etməyinizə ümid edirik:

Gürcüstanda Azərbaycan dilli kadrlar hazırlayan universitetin təsis olunması;
1+4 proqramı ilə təhsil alan etnik azərbaycanlılar üçün universitetə qəbul zamanı dövlət imtahanının yalnız məntiqdən deyil, Azərbaycan dili və ədəbiyyatı fənnindən də məcburi olması;
Azərbaycan dilli məktəblərdə gürcü ədəbiyyatının keçilməsi.

Öncədən sizə təşəkkür edirik.


Hörmətlə,

Gürcüstan azərbaycanlıları
(müraciəti imzalayan şəxslərin siyahısı əlavə olunur)


Əlaqələndirici şəxs: Aygül İsayeva, İqtisadiyyat üzrə fəlsəfə doktoru
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin İcraçı Direktoru
Gürcüstan Respublikası, Marneuli şəhəri, 3000, Giorgi Mazniaşvili küç. 2
Tel: 0357 22 52 52; 0357 22 16 75
Email: gaim.integration@gmail.com


Xatırladırıq ki, aşağıda adlarını qeyd etdiyimiz ziyalılarımız da “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin direktoru, Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsünü bəyənmiş, alqışlamış və öz imzaları ilə həmin müraciətləri təsdiq etmişlər:

Gürcüstan Parlamentinin deputatları - Azər Süleymanov, Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov,
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
Xəzər Universitetinin qurucusu, professor Hamlet İsaxanlı,
Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanov,
Professor Mahmud Kamaloğlu,
"Ziya" qəzetinin və ZiM.Az-saytının baş redaktoru, f.ü.f.d. Müşfiq Borçalı,
jurnalistlər - İlyas Əfəndi, Etibar Ovçuyev, Yunis Qaraxanov, Firəngiz İbadova, Jalə Mehdiyeva,
yazarlar - Könül Hacyeva, Rəna Abdullayeva,
ictimai fəallar - Fərhad Muxtarov, Ratxan Məmmədov, Məhbubə Əliyeva, Şahsənəm Həsənova,

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İH üzvləri: - Rafiq Hümmət, Fatma Aslamqızı, Diana Qaralova
və başqaları...


Yuxarıdakı müraciətlərə başqa kimlər öz imzalarını atmaq istəyirlərsə,
çox xahiş edirik ki, bu barədə bizə məlumat versinlər.
Əvvəlcədən hamıya təşəkkür edir və şərəfli fəaliyyətlərində uğurlar arzulayırııq!.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Məzlumluqdan mübarizliyə doğru

Məzlumluqdan mübarizliyə doğru

Borçalı, Köşə yazılar
Diqqət, Diqqət!.. Marneulidə ÖDƏNİŞSİZ KURSLAR

Diqqət, Diqqət!.. Marneulidə ÖDƏNİŞSİZ KURSLAR

Gürcüstan, Borçalı, Elanlar, Diaspora
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Tiflis
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Qarayazı, QHT
Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Tiflis, Qarayazı, Diaspora
Deputat:

Deputat: "Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı t ...

Borçalı
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Borçalı, Diaspora
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Bolus
Müəllimlərə sertifikatlar təqdim olunub

Müəllimlərə sertifikatlar təqdim olunub

Borçalı
Gürcü müəllimə imtahanı dayandıraraq «Qarabağ Azərbaycanındır» aksiyasına q ...

Gürcü müəllimə imtahanı dayandıraraq «Qarabağ Azərbaycanındır» aksiyasına q ...

Qarabağ, Tiflis
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
Rəy yazın: