GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA  YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB
Bu günlərdə
Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi yardım
gös­tərmək məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan
Res­publikasının
Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının
Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”
təsis olunub.


Bu barədə mətbuata Fondun icraçı direktoru Müşfiq Borçalıməlumat verib. O, bildirib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (ZiM.Az) və “Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.

Fondun 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı hazırlanıb müzakirəyə təqdim olunsun.

İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan 5 nəfər tələbəyə “Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilsin.

Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə yardım etmək, Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək, qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq, şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək, ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə, el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulub.

Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olamsının 80 illik yubileyi Bakıda, Tiflis­də, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub. Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub, vaxtilə dünyaya göz açdığı və ilk orta təh­sil aldığı Darvaz kəndindəki ictimai məktəbdə müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi oldu­ğu çoxsaylı kitablarını, eləcə də, müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləva­zimatları və s. hədiyyə edib.
Professor Mədəd Çobanov bildirib ki, doğma məktəbinə xeyriyyə tədbirləri bundan sonra da
müntəzəm olaraq davam edəcək.


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: