ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992) REDAKSİYAMIZIN ARXİVİNDƏN:

İlqar Zərrar oğlu Mahmudov
(1973-1992)


Ömrün çiçək çağında əbədiyyətə qovuşan igid...

Müharibənin qanlı-qadalı günləri bir-birini əvəz edir. Günlər də ötdükcə Vətən uğurunda canlarını fəda edən şəhidlərimizin sayı artır. Müqəddəs Ana Torpağımız öz igid, qəhrəman oğullarını qoynuna alır. Şəhidlər Xiyabanları böyüyür və böyüdükcə Azərbaycan bayrağı daha yüksəkliklərdə ucalır, əzəmətlə dalğalanır və Qələbəmizə gedən yol gündən-günə yaxınlaşır...
İlqar Zərrar oğlu Mahmudov
- 1973-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanis) rayonundakı Hüseynkənd elində anadan olmuş, Bolnis rayonundakı Kazret qəsəbəsində təhsil almışdır. Hamı kimi, o da şirin arzularla yaşayırdı: həyatda özünə layiq müstəqil yol seçmək, ailə qurmaq, Ana Vətənə, doğma ata yurduna, el-obasına xeyir vermək, valideynlərin etimadını doğrultmaq və s. və i. Amma təəssüflər ki, quduzlaşmış yağı düşmən yolunu azdığından bir çoxları kimi İlqarın da böyük arzuları və planları alt-üst oldu. O, müqəddəs torpağımızın düşmən təcavü-zündən müdafiəsinə ilkin qoşulanlardan oldu, könüllü olaraq cəbhəyə getdi. Tərtər rayonunda döyüşən “Qurtuluş” batalyonunun sıralarında bir yurdsevər igid də artdı.
İlqar Ağdərə uğurunda vuruşlarda qəhrəmancasına döyüşdü, bir sıra əməliyyatlarda igidcəsinə iştirak etdi, neçə-neçə düşmən ocağı söndürdü...
Ömrünün çiçək çağında, arzularının pöhrə vaxtında – iyulun 19-da isə düşmən gülləsi İlqara tuş gəldi. Döyüş dostları onu Bərdə qospitalına çatdırdılar. Amma... onu xilas etmək mümkün olmadı. Ayın 21-də İlqar ƏBƏDİYYƏTƏ qovuşdu. Şəhidlər Xiyabanında dəfn olundu.
Bəli, ölümün də yaşamaq kimi, şərəflisi və şərəfsizi var. Şərəfsiz yaşamaq nə qədər asan olduğu kimi şərəfli yaşamaq bir o qədər çə-tindir. Və həm də şərəfli yaşamaq hamıya qismət olmur!...

Şüküfə ana, Zərrar əmi! Başınızı uca tutun!
Fəxr edin ki, ölümü ilə müqəddəsləşən bir Şəhidin valideynlərisiniz.
İlqar - canıyla, qanıyla azad etdiyi hər kənddə doğulan körpəylə yenidən dünyaya gələcək.
Elə bunların xətrinə dözümlü olmalısınız. Axı, ölümü də gülə-gülə qarşılayan İlqar Əbədiyyət qazanıb.
Onun unudumaz və əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.


Müşfiq Mədədoğlu,
“Ziya” qəzeti, 26 avqust, 1992, №16 (355)


***

İLQAR

(Şəhid İ.Zərrar oğlunun xatirəsinə)


Harda ayrılmışdır, harda görüşdük,
Nədən oldu dərdin, azarın İlqar.
Biz ki, tələsirdik toyuna gələk,
Kəsdi qarşımızı məzarın İlqar.

Tale belə yazmış sənə qisməti,
Dar gündə Vətənin sən dözəmmədin.
Qorumaqçün elin namus, ismətin,
Düşüb Qarabağdan güzarın İlqar.

Xalqa məhəbbətin dərindən dərin,
Sübut etdi bunu öz əməllərin.
Ah-fəryad etdikcə qız-gəlinlərin,
Keçib xəyalından öz yarın İlqar.

Torpağımıza ayaq basanda yağı,
Sənin də qəlbinə çəkdilər dağı.
Bu eldə şərəfsiz yaşamamalı,
Bilmisən özünə az arın İlqar.

Məzarın uyuyur xalq beşiyində,
Əsgərsayaq durub el keşiyində.
Gəlsin ziyarətinə hər eşidən də,
Töksün qəbrin üstə yaşların İlqar.

Xıdır Orucoğlu,
“Ziya” qəzeti, 29 iyun, 1994, №16 (981)



Bax: Müşfiq ÇOBANLI, Borçalı şəhidləri. Bakı, 1996.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət  ...

AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət ...

AzTU, Bolus
GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., QHT
Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Başkeçid, Hüquq, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

Qaraçöp, Təbriklər
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı
İLQAR HƏKİM

İLQAR HƏKİM

"SAZLI-SÖZLÜ BORÇALI"
Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolus
ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov    (1962-1994)

ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov (1962-1994)

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Regionlar, Başkeçid
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

Darvaz, İdman, Rusiya
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: