ASLAN MANSUROV (1919-1991)

ASLAN MANSUROV  (1919-1991) ASLAN MANSUROV

(1919-1991)


Aslan İsmayıl oğlu Mansurov - 1919-cu ildə ulu Borçalımızın qədim Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayo­nu­ndakı Qızıl-Kilsə kən­dində anadan ol­muş­dur.
Təkcə Başkeçiddə deyil, bütöv­lükdə Bor­çalıda görkəmli ziyalı ki­mi tanınan, Gürcüsatn pedaqoji ictimaiyyətçi ara­sın­­da bö­yük hörmət və nüfuz sahibi olan Aslan İsmayıl oğlu Tbilisidə İkiillik Müəl­limlər İnstitutunu və Azərbaycan Dövlət Pe­daqoji İnstitutunun filologiya fa­kültəsini bitir­mişdir.
O, ikinci dünya müharibəsinin iştirakçısı olmuşdur.

Əlli ildən çox əmək fəaliyyəti ilə məşğul olan Aslan Man­surov Başkeçidin Ormeşən, Az-Gəyliyən kənd məktəblə­rində dərs demiş, Səfərli kən məktəbində direktor, Qızılkilsə kən­dində dərs hissə müdiri, direktor vəzifələrində çalışmış, doğma kən­dində kolxoz sədri olmuşdur.

1968-ci ildə rayon rəhbərliyi onun təşkilatçılıq bacarığını, maarif işini dərindən bilməsini və zəngin təcrübəyə malik ol­ma­sını nəzərə alıb Dmanisi rayon Xalq Maarif Şöbəsinə mü­dir vəzifəsinə irəli çəkmişdir. Bu vəzifədə 1977-ci ilədək fəa­l­liyyət göstərən Aslan İsmayıl oğlu Mansurov rayonda maa­ri­fin səviy­yəsinin yüksəldilməsi, yeni məktəb binaları, uşaq bağ­çaları tikilməsi üçün əlindən gələni əsirgəməmiş və bu sahədə böyük uğurlar əldə etmişdir. Həmin dövrdə Dmanisi rayonun­dakı orta məktəblər respublika miqyasında tanınmış, məzun­larının sorağı keçmiş ittifaqın müxtəlif ali təhsil ocaq­larından gəlmişdir.

Xalqın maariflənməsi naminə sözün əsl mənasında yo­rulmaz fəaliyyət göstərən Aslan müəllim maarif fədaisi kimi gənc müəllimlərə nümunə olmuşdur. O harada və hansı və­zifədə ça­lışmasından asılı olmayaraq heç zaman haqqı na­haqqa qurban verməmiş, işində prinsipial, əqidəsində dön­məz, başqalarına münasibətdə səmimi və həssas olmuşdur. Elə buna görə də el ağsaqqalı kimi hər yerdə hörməti sax­lanılmış, adı fəxrlə çəkil­mişdir.

Onun fədakar əməyi hökumət tərəfindən də layiqincə qiy­mətləndirilmişdir. O, keçmiş SSRİ-nin bir sıra orden və me­dal­ları ilə təltif olunmuş, Gürcüstanın Əməkdar Müəllimi adına layiq görülmüşdür. Fərdi təqaüdçü olmuşdur.
1991-ci ildə vəfat edən Aslan Mansurovun şirin xatirəsi bu gün də qəlblərdə yaşamaqdadır.
Allah rəhmət eləsin!...


Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Borçalı",
II cild. Bakı, 2015.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: