AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib

AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun rəhbəri, Bank of Bakunun əməkdaşı, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və tədris proqramının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, dərslik “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq nəşr edilib.
Rektor qeyd edib ki, dərsliyin ali təhsil məktəblərində qeyri-iqtisadi profil ixtisaslar üzrə tədris prosesində istifadə olunması ilə bağlı təhsil nazirinin müavini Firudin Qurbanov universitet rəhbərlərinə məktub göndərib.

AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib Dərslikdə rəqəmsal ödənişlər və onların xüsusiyyətləri, iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə baxış, ödəniş ekosistemi üzrə “hörümçək toru” prinsipi haqqında ətraflı məlumat verilib. Həmçinin rəqəmsal ödəniş ekosistemi üzrə normativ hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətləri, Milli Ödəniş Sistemi infrastrukturu və onun komponentləri, pul köçürmə əməliyyatları, ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bölgüsü də nəşrdə əksini tapıb.
Bundan başqa, kitabda elektron bankçılıq xidmətləri və bu sahədə risklər, rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarının növü barədə də ətraflı qeyd olunub.

Tədbirdə çıxış edən kitabın həmmüəllifləri Xəyaləddin Tağıyev və Tamerlan Rüstəmov nəşrin ərsəyə gəlməsində dəstək olan qurumlara təşəkkür edib.

Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən i.e.d Arzu Hüseynova, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva dərsliyin həm universitet tələbələri, həm də rəqəmsal savadlılığını artırmaq istəyən istənilən şəxs üçün səmərəli olacağını qeyd edib.

Dərslik rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi, eyni zamanda maliyyə sahəsində çalışan mütəxəssislərin ixtisaslaşması baxımından da faydalı vəsait hesab olunur.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imza ...

AzTU ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imza ...

AzTU, İqtisadiyyat
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
“Bank Respublika” ASC-nin AzTU tələbələri üçün təlimləri davam edir

“Bank Respublika” ASC-nin AzTU tələbələri üçün təlimləri davam edir

AzTU
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
AzTU-da

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub

AzTU
“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

AzTU
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
AzTU Magistrantları müsabiqədə iştirak edirlər

AzTU Magistrantları müsabiqədə iştirak edirlər

AzTU
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

AzTU, Turan
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Nazirlik, AzTU
Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rez ...

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rez ...

AzTU, Turan
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
AzTU-da III Respublika İnnovasiya müsabiqəsinin maarifləndirici tədbiri keç ...

AzTU-da III Respublika İnnovasiya müsabiqəsinin maarifləndirici tədbiri keç ...

AzTU
AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub

AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub

AzTU, Digər ali məktəblər
AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

AzTU
Rəy yazın: