Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli bir ölkədir. Milli-mənəvi sərvətlərimizə, tariximizə, adət-ənənələrimizə dəyər dövlətimizin əsas prioritetidir. Bu baxımdan Azərbaycan Texniki Universitetinin (AzTU) hazırlıq kurslarına yeni qəbul olunmuş, müxtəlif ölkələrdən gəlmiş əcnəbi tələbələrin şəhərimiz, ölkəmiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimizlə yaxından tanış olmaları çox vacibdir. Beynəlxalq əlaqələr departamentinin “Əcnəbi tələbələrin təhsili” şöbəsi də AzTU-da təhsil almağa başlayan xarici vətəndaşların ölkəmizlə yaxından tanış olmaları üçün müxtəlif tədbirlər planı hazırlamışdır. Sentyabr-dekabr aylarında ƏTTŞ, “Azərbaycan dili və pedaqogika”, ”Xarici dillər” kafedralarının təşkilatçılığı ilə müxtəlif ekskursiyalar təşkil olunmuşdur. Ekskursiyalarda hazırlıq qruplarında təhsil alan, Türkiyə, İran, İraq, Çin, Pakistan, Şri Lanka, Nepal, Banqladeş və başqa ölkələrdən gələn tələbələr iştirak etmişlər.

2018-ci il dekabrın 12-də XX və XXI əsrlərin dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində ƏTTŞ, “Azərbaycan dili və pedaqogika” və ”Xarici dillər” kafedralarının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə tələbələrin ekskursiyası təşkil edilmişdir.
Tələbələrə məlumat verilmişdir ki, Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam şəkildə bərqərar olmasına baxmayaraq bu işlərin vahid mərkəzdən istiqamətlənməsinə ehtiyac duyulurdu. Bu zərurətdən irəli gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən Bakıda Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyev Mərkəzinin binası Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Loqonun gümüşü rəngi özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzdə əcnəbi tələbələr üçün ən cəlbedici bölmələrdən biri də Heydər Əliyev Muzeyi oldu. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar tələbələrdə böyük maraq doğurur.

Tədbirlər planı çərçivəsində ƏTTŞ və “Azərbaycan dili və pedaqogika” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Tələbələrə məlumat verilmişdir ki, Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük incəsənət muzeyidir.

Muzeydə Qədim Şərq, Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif inkişaf dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir.
Antik və orta əsrlər Azərbaycan incəsənətinə, Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunumuş əsərlərlə zəngin olan muzeydə XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları nümayiş etdirilir. Ümumilikdə muzeydə sərgilənən 1700-dən çox eksponat tələbələrin Azərbaycan tarixi, incəsənəti və mədəniyyəti ilə yaxından tanış olmasına imkan verir və tələbələrin böyük marağına səbəb olur.
Tələbələrə çatdırılıb ki, bütün bunlardan əlavə, muzeyin eksponatları arasında Avropa incəsənətinə, Rusiya, İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə aid əsərlər də sərgilənir.

Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!.. ƏTTŞ və “Azərbaycan dili və pedaqogika” kafedrasının təşkilatçılığı ilə daha bir ekskursiya Milli Azərbaycan Tarixi Muzeyinə təşkil olunmuşdur.
Tələbələrə məlumat verilmişdir ki, muzey Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Tarix Muzeyi 1920-ci ilin iyulunda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir. Muzeyin zəngin kolleksiyası: milli geyimlər, zərgərlik bəzək əşyaları, şərq silahları, mis məmulatları, xalça və xalça məmulatları, Azərbaycan tikmələri, arxeoloji materiallar, arxeoloji qazıntılardan əldə edilmiş qızıl və gümüş əşyalar, Azərbaycanda dövlətçilik və onun rəmzləri və başqa maraqlı eksponatlar əcnəbi tələbələr tərəfindən böyük rəğbətlə qarşılanmış, ölkəmizin mədəniyyətinin nə qədər qədim və zəngin olduğunu bir daha sübut edir.

Aynur FƏRƏCOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

M.F.Axundzadə adına Muzey, Tiflis
AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

Naxçıvan
AzTU tələbələri

AzTU tələbələri "Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bi ...

AzTU
Pakistanlı tələbə Muhammed Nayyem:

Pakistanlı tələbə Muhammed Nayyem: "Biz də Onu öz liderimiz hesab edirik.

AzTU
AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU
AzTU tələbələri

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU
AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU, QHT
AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU, Dünya
AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

Əsas xəbər, AzTU
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
Marneuli Bələdiyyəsində “Muzey Gecəsi”

Marneuli Bələdiyyəsində “Muzey Gecəsi”

Borçalı
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU
Rəy yazın: