Yaxşılıq köhnəlməyən libasdır

Yaxşılıq köhnəlməyən libasdır Dağlar qoynunda yerləşən Tovuz rayonu ölkə prezidentinin diqqət və qayğısı sayəsində getdikcə inkişaf edir. Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Tovuz rayonunun da siması günü-gündən dəyişməkdədir.
İndi bu diyarda təbiətin gözəl çağıdır. Hər tərəf yaşıl libasa bürünüb, yazın gəlişi təbiətə xoş ovqat gətirməklə yanaşı, insanlarda da işgüzarlığı artırıb. Onlar uzun keçən soyuq qış aylarından sonra əkin sahələrinə çıxır, sanki isti nəfəsləri ilə torpağa hərarət verir, bol bərəkətin bünövrəsini qoyurlar. Yolun hansı səmtə düşsə əkinçiliklə məşğul olan insanlarla rastlaşırsan. Bu işgüzarlıq isə hər bir tovuzlunun firavan həyatı deməkdir. Bu poetik sətirlərim mənim əyani surətdə gördüklərim və xoş təəssüratlarımdır.


Həmin ərəfədə yolum Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestr Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə düşdü. Doğmalarımdan birinin daşınmaz əmlakının sənədləşməsi ilə bağlı idarənin bir neçə əməkdaşı ilə görüşdüm. Daha sonra arxiv şöbəsinin müdiri Musa Məmmədova müraciət etdim. O, bizi hörmətlə qarşılayıb, suallarımıza aydınlıq gətirdi və məsləhətini verib, lazım gələn sahəyə yönəltdi.
İdarədə olarkən söhbət əsnasında bir neçə vətəndaş Musa müəllimin insanlarla mədəni rəftarından, insanlığa bəslədiyi hörmətindən, işinə məsuliyyətindən, müraciət edənləri düzgün istiqamətə yönəltməsindən və xeyirxahlığından razılıq etdilər. Eşitdiklərimdən çox məmnun oldum. Qənaətimdən irəli gələn bu kiçik yazımın sərlövhəsində qeyd etdiyim kimi; yaxşılıq köhnəlməyən libasdır. Nə yaxşi ki, Vətənini, millətini sevən, paklığı qoruyan, insanlığa dəyər verən xeyirxah insanlar hələ də aramızda vardır. Bu bizi çox sevindirir.

Musa müəllimlə söhbətimdən öyrəndim ki, o - Musa Nadir oğlu Məmmədov Gəncə şəhər Texnologiya Universitetini bitirib. Ali təhsilli mütəxəssis və işinin bilicisi kimi 10 ildən artıqdır ki, sevib-seçdiyi sahədə çalışır.
O, çalışdığı müddət ərzində mədəni səviyyəsi, səmimiyyəti və peşəsindəki obyektivliyi sayəsində çoxlarının hörmətini qazanmışdır. Şübhəsiz ki, bütün bunlar insanların sevgisini qazandıran cəhətlərdir.
Mən də, öz növbəmdə bir qələm əhli kimi belə xeyirxah, peşəsini sevən insan haqqında fikrimi bildirməyi özümə borc bildim.

Daşınmaz Əmlakın Dövlət Reestr xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə Qazax, Ağstafa, Tovuz rayonundan və bütün ətraf kəndlərdən müraciətlər çox olur. İdarənin kollektivi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz vəzifə borclarını şərəflə, ləyaqətlə, xeyirxahlıq missiyası ilə yerinə yetirirlər. Əhaliyə göstərilən bu kimi yüksək xidmət hər bir vətəndaşda dövlətimizə, dövlətçiliyimizə və qanunlarımızın aliliyinə bir daha böyük inam hissi yaradır.
Bunun üçün biz qəzetimizin yaradıcı heyəti adından ilk növbədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova minnətdarlığımızı bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reestr xidmətinin 15 saylı Tovuz ərazi idarəsinin belə gözəl, öz işinə məsuliyyətlə yanaşan, peşəkar əməkdaşları vardır.


Xanım Bilalqızı,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ankara Universitetinin professorları AzTU-da olub

Ankara Universitetinin professorları AzTU-da olub

AzTU, Turan
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-pra ...

Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-pra ...

Elm, Qarayazı
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək

Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək

Diaspora

"Ot kökü üstə bitər" - hüquq müdafiəçisi Samirə Məmmədzadə

"Şərqin səsi", Müsabiqə, Hüquq
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə, Mədəniyyət
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
Emin Babayev

Emin Babayev "QIZIL QƏLƏM" Ali Media mükafatına layiq görülüb

Qarabağ, Tv, Təbriklər
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-nun əcnəbi tələbələri ilə görü ...

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-nun əcnəbi tələbələri ilə görü ...

AzTU
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Bolus
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
RESPUBLİKAMIZIN  TORPAQ  GERBLƏRİ

RESPUBLİKAMIZIN TORPAQ GERBLƏRİ

Regionlar, Publisistika
Rəy yazın: