Ancaq nə qadınlar süpürgəyə sahib çıxdılar, nə də kişilər qılınca...

Ancaq  nə qadınlar süpürgəyə sahib çıxdılar, nə də kişilər qılınca... Maşının içərisindən onu izləyirdim. Məni görməsini istəmirdim açığı. Ancaq deyəsən onun da məni görmək fikri yox idi. Siqareti sıxışdırdığı dodaqları arada qabarıb çəkilirdi. Bozumtraq tüstü səmaya tələsirdi. Bu adamı birinci dəfə idi görürdüm. Doğrusu elə mən də bu həndəvərdə birinci dəfə idi ki olurdum. Uca boylu bir kişi idi bu. Adını bilmirdim. Soruşmaq da istəmirdim. Çünki, onun hamı tərəfindən qəbul edilən bir adı artıq formalaşmışdı fikrimcə. O doğulanda bəlkə də Əli idi, Vəli idi ya da Rasim idi... Və bu adlardan ya eynisinə, ya da qeyrisinə sahib olan haqqında danışdığımız şəxs bilmirdi ki, gələcəkdə onu nələr gözləyir. Ancaq o böyüdükcə məncə həyatın heç də hamıya ədalətli olmadığını qavramışdı. Hətta bunu qavrayanda lap xəfifcə üz-gözünü də turşutmuşdu. Yoxsa sifətində yer alan bu dərin qırışların başqa cür necə izahı ola bilərdi ki? Məncə o hönkürərək ağlamışdı da ona hamının dediyi “süpürgəçi” ləqəbini eşitdikdə. 50-ə yaxın yaşı olardı, ya da olmazdı bu da həyatın ona oynadığı bir imitasiya oyunu idi bəlkə də sahib olduğu bu sima. O doğulanda süpürgəni qadınlara, qılıncı kişilərə verirdilər. Ancaq nə qadınlar süpürgəyə sahib çıxdılar, nə də kişilər qılınca...
“Süpürgəçi” mən də onu sizə bu cür tanıdacağam...
Artıq o özü belə istəsə bu ləqəbi söküb ata bilməzdi. Cəmiyyət üçün o sadəcə süpürgəçi idi. Qızıl bazarının qarşısını süpürən. Atılan zir-zibili həssasiyyətlə seçib, ayıran və qruplaşdıran...
O bacarıqlı və sakit görünüşə sahib biri idi. Mən ona baxanda artıq bilirdim ki, bu adam haqqında nəsə yazacağam. Süpürgəçi burada minlər və milyonlar tərəfindən süpürgəçi idi bəli. Heç kim maraqlanmırdı gerçək “o” ilə... Bəlkə də o Aynurun atası idi, ya da Vaqifin babası, ya da Səlimənin sevgilisi, Rəfiqənin həyat yoldaşı, Ümbulnisə xalanın gözünün ağı-qarası...
Süpürgəçi idi o, sadəcə süpürgəçi! Bitti!.Cəmiyyət səhnəsində onun istəmədiyi bir rolu var idi. Və artıq məzaradək bu rol onun həyatına qırsaqqız kimi yapışacaqdı.
Milyonlarla gördüyümüz insanlardan idi o da... Kimliyi ilə zərrə qədər maraqlanmadığımız.
Bir hadisəni xatırladım. Dünən ağacın altında dayanıb maşın gözləyirdim. İşdən yorğun-ağrın çıxmışdım. Sol tərəfimə təmizlikci bir qrup insan yığışmağa başladı. Ayaqlarım ağrısa belə özümə sığışdırıb oturmadığım yerdə elə rahatca, xoşbəxtliklə əyləşmidilər ki... Deyə-gülə sir-sifətindən eybəcər tənhalıq tökülən iri ciblilərə inad mübarizə aparırdılar həyatla. Birdən ağlıma gəldi ki, xeyir, sadəcə onlar laqeyd insanlardılar. Layeqd olmasalar oxuyub vətənə millətə xeyir verərdilər...
Universitetin sonu idi. Tələbələr evlərinə dağılışırdılar. Qulaqlarında Amerika istehsalı qulaqcıqlarla Rihhana, Jason Derula dinləyən gələcəklərimizə inat sol tərəfimdən, hə elə o narıcı geyimli təmizlik işçilərinin zümzüməsində yayıldı payız qoxan Naxçıvana “Sarı gəlin” melodiyası...
Hətta bir çox turistin diqqətini də çəkdi bu. Və mən də boylanıb onlara tərəf baxdım. Artıq olara arxamı çevirməmişdim. Bəlkə də küçələrdən süpürdükləri payıza qıya bimirdilər. Bəlkə də lap uzaqlarda olan kimisə, nəyisə xatırladırdı onlara payız...

Cəmiyyət onlara sadəcə “süpürgəçi” kimi baxırdı. Ancaq onlar həm də o Aynurun atası idi, ya da Vaqifin babası, ya da Səlimənin sevgilisi, Rəfiqənin həyat yoldaşı, Ümbulnisə xalanın gözünün ağı-qarası...

Və hiss etmədən mənim də dodaqlarıma yapışan “Sarı gəlin”ni hiss etdim...
Bu sevda nə sevdadır,

Səni mənə verməzlər...
Neynim aman, aman,
Neynim aman, aman...
Sarı gəlin...


NARGİS,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Köşə yazılar
Dərya QILINC:

Dərya QILINC: "İNTİHAR" (Hekayə)

Nəsr, Müsabiqə
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
Vəfa Mürsəlqızı: GÖDƏKCƏ MÖVSÜMÜ

Vəfa Mürsəlqızı: GÖDƏKCƏ MÖVSÜMÜ

Poeziya, Müsabiqə
Raqif Raufoğlunun YENİ ŞEİRLƏRİ

Raqif Raufoğlunun YENİ ŞEİRLƏRİ

Poeziya, Müsabiqə
Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..

Borçalı, Köşə yazılar
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Düşünməyə dəyər:

Düşünməyə dəyər: "Nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar in ...

"Elm və Təhsil", Köşə yazılar
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə
Aynur Nəbili - Urus dili (Hekayə)

Aynur Nəbili - Urus dili (Hekayə)

"Şərqin səsi", Nəsr, Müsabiqə
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

AzTU
Səkinə  ananın  baxışları  (Hekayə)

Səkinə ananın baxışları (Hekayə)

AzTU, Nəsr
İŞIQLI ATALI:

İŞIQLI ATALI: "Ömrümün əzəli – Doğa…"

Humanitar elmlər, Köşə yazılar
Rəy yazın: